» » Drezden şəhərindəki “oxuyan ev” böyük maraq doğurur

Drezden şəhərindəki “oxuyan ev” böyük maraq doğurur


Almaniyanın Drezden şəhərində "oxuyan ev” şəhər sakinlərinin sevilən məkanlarından birinə çevrilib.
AZƏRTAC billionnews.ru saytına istinadla bildirir ki, bu qeyri-adi evi yerli dizaynerlər Kristofer Rosner və Andre Tempel yaradıblar. Su boruları binanın çöl divarlarına elə quraşdırılıb ki, onlardan axan yağış damcıları melodik səslər çıxarır. Su "divar musiqi alətləri” üzərindən axaraq xoş və gözəl melodiya yaradır.
Yağışlı havada "oxuyan ev”in qarşısına çoxlu turistin toplaşması artıq heç kimi təəccübləndirmir. Onlar "yağış musiqisi”ndən sözün əsl mənasında həzz alırlar.

 

Drezden şəhərindəki “oxuyan ev” böyük maraq doğurur

 

Mənbə:https://azertag.az/xeber/Drezden_seherindeki_oxuyan_ev_boyuk_maraq_dogurur

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz