» » Çində dünyada avtonom hərəkət edən ilk relssiz elektrik sürət qatarı fəaliyyətə başlayıb

Çində dünyada avtonom hərəkət edən ilk relssiz elektrik sürət qatarı fəaliyyətə başlayıb


Çinin Xunan vilayətinin Cucou şəhərində avtonom hərəkət edən relssiz elektrik sürət qatarı test rejimində fəaliyyətə başlayıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Çinin CRRC dəmiryolu şirkətinin hazırladığı nəqliyyat vasitəsi özündə qatar, avtobus və tramvayın xüsusiyyətlərini cəmləşdirir.
Üç vaqondan ibarət qatarın uzunluğu 32 metr, maksimum sürəti isə saatda 70 kilometrdir. Eyni vaxtda 70-dək sərnişin daşımaq imkanı olan qatar 10 dəqiqədə topladığı enerji ilə 25 kilometr məsafə qət edə bilir. Cucou şəhərində relssiz elektrik qatarlarının hərəkəti üçün hələlik cəmi 3,1 kilometr uzunluğunda xüsusi işarələnmiş yol mövcuddur. Gələn ildən həmin qatarların daimi rejimdə fəaliyyətə başlayacağı bildirilir.
CRRC dəmiryolu şirkətinin mütəxəssisləri hesab edir ki, bu cür nəqliyyat sisteminin ərsəyə gətirilməsi ənənəvi tramvay nəqliyyatı şəbəkəsindən 5 dəfə ucuz başa gəlir.

Çində dünyada avtonom hərəkət edən ilk relssiz elektrik sürət qatarı  fəaliyyətə başlayıb

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Mənbə:https://azertag.az/xeber/Dunyada_avtonom_hereket_eden_ilk_relssiz_elektrik_suret_qatari_CHinde_fealiyyete_baslayib

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz