» » "Qızqaçırmaq" yox ha, qız qaçırmaq

"Qızqaçırmaq" yox ha, qız qaçırmaq

Diqqət yetirəcəyiniz bu şəkillər hansısa ekstremal vəziiyyətlərdə çəkilməyib. Bunlar yanğın təhlükəsi zamanı insanları xilas edən yanğınsöndürənlər deyil, çayda, dənizdə suda boğulmuşları çiyinlərinə alıb sahilə can atan xilasedicilər və ya dalğıclar da deyil. Axı, adətən, ekstremal vəziyyətlərdə düşünməyə, daha optimal variantları seçməyə vaxt olmur: necə bacarırsan, elə də xilas etməlisən:çiyinlərində, qollarında daşıya bilməlisən, arxana ala bilməlisən. Ön tərəfdən, yaxud arxa tərəfdən ayaqlarını boynundan və ya çiyinlərindən sallanmış şəkildə fövqəladə zonadan mümküm qədər tez uzaqlaşmalısan.
Nə yaxşı ki, təqdim etdiyimiz şəkillər bunların heç birinə aid deyil. Bu, bir idman yarışdır, müsabiqədir.  Bəzi yerlərdə ona "Qadın qaçırmaq" da deyirlər.
İlk dəfə Finlandiyada təşkil edilib, daha sonra Birləşmiş Ştatlarda, Çində və ölkələırdə keçirilməyə başlamışdır.
18-ci əsrdə Finlandiyada Quldur Ronkainen kəndlərə hücum edir, onun adamları yalnız ən qiymətli əşyaları və qadınları oğurlayırlarmış. Onlar oğurladıqları qadınları çiyinlərində və ya kürəklərinə yükləyərək qaçırar və onları aparıb qalın meşələrdə gizlədirlərmiş.
Sonralar bu "qadın qaçırmaq” zamanla əyləncəli müsabiqə forması almışdır.
Müsabiqənin adı da buradan yaranmışdır:

"Qızqaçırmaq" yox ha, qız qaçırmaq

"Arvad daşıyan". Daşıyanlar təbii ki, kişilərdir. Daşınanlar, əsasən, həmin kişilərin öz xanımları olsalar da, bu, hüquqi arvad olmaya da bilər. Amma vacib olan şərtlər var: yaş və minimum çəki. Yarışa qatılan qadının yaşı ən azı 17, çəkisi isə 49 kiloqramdan az olmamalıdır.
Beləliklə, suda, qumda, palçıqda, şınqıllıqda və s. yoldaşlarını şiyinlərində və kürəklərində daşıyan kişilər var gücləri ilə birincilik üçün səy edir, tər tökürlər. Belə müsabiqələr əyləncəli olduğundan onları izləyənlər də çox olur. Maraqlı olan digər cəhət də budur ki, dünyanın ayrı-ayrı ölkələrində təşkil edilən müsabiqələrin qalibləri həmişə də finlər olunur. Məsələn, son 4 yarışmada birincilik əldə edən Finlandiyalı cütlük - Taisto Miettinen və Kristina Haapanen 2011-ci ildə (Amerikada) 52.58 saniyə ilə traili tamamlayaraq yenə çempion olmuşdur. Fransanın paytaxtı Parisdən yarışmağa qatılan Jesse Wall və Christine Arsenault isə yarışmanı ikinci olaraq tamamladı.
PS:Ola bilsin ki, finlər "qız qaçırmaq” üzrə mütəxəssis olsun.

"Qızqaçırmaq" yox ha, qız qaçırmaq

"Qızqaçırmaq" yox ha, qız qaçırmaq

"Qızqaçırmaq" yox ha, qız qaçırmaq

"Qızqaçırmaq" yox ha, qız qaçırmaq

"Qızqaçırmaq" yox ha, qız qaçırmaq

"Qızqaçırmaq" yox ha, qız qaçırmaq

"Qızqaçırmaq" yox ha, qız qaçırmaq

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz