» » İstəyirsinizmi səliqəli bir evə sahib olasınız?

İstəyirsinizmi səliqəli bir evə sahib olasınız?

 

İstəyirsinizmi səliqəli bir evə sahib olasınız?

Hər kəs təmiz və səliqəli bir evdə yaşamağı sevir. Həm özü və ailəi üçün, həm də evinə gələn dost-tanışın, qohum-qardaşın yanında xəcalətli olmaması üçün. Sirr deyil ki, heç də bütün qadınlar bu vəzifənin öhdəsindən lazı şəkildə gələ bilmirlər. Hansı səbəbdən olursa-olsun, səliqə-sahmansız ev-eşiyə heç cürə bəraət qazandırmaq olmaz. Bu cür işlr qadın fəaliyyəti ilə mümkün olursa, bütün ailənin borcudur. Ata-oğul qab-qacaq yumasa da, qab-qacaq yuyanın əməyinə ehtiram bəsləməklə evdə-ailədə bir təmizlik mədəniyyəti formalaşdırmış olur. Çünki başqasının əməyinə ehtiram bəslənilməyən yerdə heç nəyə nail olmaq olmaz, təmizlik, səliqə-sahman da yaratmaq olmaz. Elə isə bütün bunlara necə nail olmalı?

 

İstəyirsinizmi səliqəli bir evə sahib olasınız?

Evdə hər gün etməyiniz lazım olanlar bəllidir əslində: Yataq otağı havalandırılır, yataqlar yığılır, hamam və ayaqyolu təmizlənir, yemək sonrası əlüzyuyan, soba silinir, toplanmış çirkli paltarlar maşına atırlar. Əgər müşahidə etsəniz, evin, pəncərə və pərdələrin tozunu götürməyi və otaqları süpürməyi də bütün digər işlərə əlavə edin. İşlərinizi asanlaşdırmaq və daha səmərli olması üçün bir neçə təklifimiz var.
Ailə üzvlrinizlə əməkdaşlıq edin, vəzifələri paylaşın. Ailənin bütün üzvləri arasında iş yerləri paylaşa bilərsiniz. Məsələn, gündəlik çirkli paltarların toplanması, nahar və ya yemək sonrası qab-qacaqları yuyulması və yataqların toplanması kimi işləri həftələrə -günlərə bölərək, uşaqlarınız arasında paylaşdıra bilirsiniz. Beləliklə, təmizlik işi günorta saatlarına qədər başa çatır və alış-veriş üçün vaxt tapa bilərsiniz.

İstəyirsinizmi səliqəli bir evə sahib olasınız? 

Ocaq/soba təmizliyi ilk işiniz olsun

Soba tez-tez yemək bişirildiyi üçün çox tez də çirklənir. Xüsusən, yağları çıxarmaq çox çətin olur. Yemək bişirməyə başlamazdan əvvəl ocağın üzərinə sabunlu ilıq su buraxsanız yemək bişəndən sonra ocağı təmizləmək daha asan olacaqdır.

İstəyirsinizmi səliqəli bir evə sahib olasınız?

Mətbəx və əlüzyuyan təmizliyini hər gün edin

İnanılması çətin olsa da, çirkli mətbəx vannası, əlüzyuyan tualet vəsaitlərindən daha çox mikrob saxlayır. Bunun içiin əlüzyuyanın gigiyenası çox əhəmiyyətlidir. Əlüzyuyanı dezinfeksiya etmək üçün oksigenli su və ya sirkə edin və sabunlu ilıq su ilə onları yuyun.
 

İstəyirsinizmi səliqəli bir evə sahib olasınız?

Qabyuyan maşının təmizliyi diqqətinizdən qaçmasın

Qabyuyan maşınlarında toplanıb qalan yemək qalıqlarını təmizləmək üçün qabyuyanın kənarlarını karbonatlı su ilə silin. İçinin təmizliyi üçün qabyuyana bir fincan sirkə etmək olar. Qabyuyanı boş işlətməyi də unutmayın. Beləliklə, cihazınız tam dezinfeksiya olacaqdır.

Zibil qutusunu dezinfeksiya edin

Zibil qutularındakı pis qoxulardan xilas olmaq üçün limon, duz qarışııqları ilə təmizləyin. Bununla həm də zibil qutunuzu dezinfeksiya da etmiş olarsınız.

Kiçik sintetik bezlərdən istifadə edin

Mətbəxinizdə təmizlik üçün mikrofiber vəzi istifadə edin. Həm təmizlik üçün sizə köməkçi olacaq, həm də paltar maşınqayırmasında yuyaraq yenidən istifadə oluna.
Süngəri dezinfeksiya edin

Süngərlər bakteriyalar üçün bir çoxalma sahəsidir. Odur ki, tez-tez istifadə etdiyiniz süngərləri dezinfeksiya etmək üçün yüksək temperaturda mikrodalğalı sobaya atın. Bir neçə dəqiqə saxlayın.
 

İstəyirsinizmi səliqəli bir evə sahib olasınız?  

Hamam təmizliyi hər zaman vacibdir

Duş və kabinə şüşələrini yuyun
Ayda iki dəfə, duş kabinəsinin şüşələrini limon yağı ilə ovmaq lazımdır.

Vanna otağının pərdələrini də unutmayın

Rütubətli qalan duş pərdələri əcaib ləkələri olur. Odur ki, vanna otağının pərdələrini tez-tez dəyişin. Uşaqlar adətən gecələr yuyulur. Uşaqları yuyundurmazdan əvvəl vanna, tualet və güzgüləri silin. Vanna otağınız hər vaxt tərtəmiz olsun.

İstəyirsinizmi səliqəli bir evə sahib olasınız? 

Yataq otağı sirlərinə də agah olun

Otağınızın nizamlı görünməsi üçün mütləq yatağınız yığılmış olmalıdır. Bunun üçün yataqdan qalxdığınızda ilk iş olaraq bundan başlayın.
Şkaf və dolabları saxmanlayın. Geyinməyəcəklərinizi oradan götürün, anbar halına gəlməsin.
Burada, əsasən, ehtiyacınız olanları saxlayın: yatağınızın başında mümkün olduğu qədər az əşya saxlayın. Kamodun üstündə digər nə varsa, götürün.
Bunlar gözünüzə çox görünə bilər, amma cədvəl tutsanız, bu zaman çox qısa olar.
Eyni zamanda bir neçə iş edə bilərsiniz.
Məsələn, telefonda söhbət edərkən, paltarları qatlaya bilərsiniz. Bişirərkən ev tozunu ala bilərsiniz.
Tozsovuran maşınla ən son istifadə etdiyiniz sahəlri təmizləyin. Rahat və əziyyətsiz olduğu üçün belə yerlər həmişə də təmiz qalacaqdır.
Bəzi əşyaları saxlamaq üçün yeriniz varmı? Yoxdutsa, evinizdə heç də hər zaman lazım olmayan əşyaların yerləşdirilə biləcəyi bir şhaf, daxıl olsun. Nə zaman həmin şeyə ehtiyacınız yaransa, asanlıqla əl atıb götürə bilərsiniz. Bu şəkildə bir şkaf və ya səbət də osun
Otağı təmizlədiyiniz zaman çirkli şeyləri və ya hər zaman ehtiyac olmayan geyimləri bura qoyun. İldə bir dəfə buradakı lazımsız və ya artıq şeylər haqqında qərar verin.
 

İstəyirsinizmi səliqəli bir evə sahib olasınız?

Ətrafınıda yalnız tez-tez ehtiyacınız olanları tutun

Çarpayınızın başında, eləcə də kamodun üzərində mümkün olduğu qədər az əşya saxlayın. Bir kitab, nəmləndirici və yataqda etməkdən xoşladığınız əl işiniz olsun. Bundan başqa digər əşyaları komidin üzərindən götürün.

Qeyd: Türkcədən tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz