Dünya uşaqları məktəbə belə gedirlər
Müəllif: Anaveusaq.az от 3-10-2017, 00:30
Bəxtiyar Vahabzadə - Məktəb yolları
A məktəb yolları, məktəb yolları,
Sizi bir an belə unutmadım mən.
Könlüm min həsrətlə titrəyib əsir
Hər dəfə, hər dəfə keçəndə sizdən.
Uşaqlıq günlərim düşür yadıma
Məktəbə aparır məni bu yollar.
O gözəl günlərdə hər kiçik anın
Sevinclərlə dolu bir aləmi var!
Hər gün iki dəfə keçirdim sizdən.
Kəssə də yolumu qar, boran, sazaq.
Gedişim yüngüldü, gəlişimdə mən
Hər dəfə bir pillə artırdım ancaq.
A mənim uşaqlıq dostum, həmdəmim!
Sən bilsən, nə qədər mənə əzizsən.
Hər kiçik daşının üstündən azı,
Atlanıb keçmişəm min bir dəfə mən.
Kamalım gün-gündən pərvazlanaraq
Bütün kainata açardı qanad.
Elmin sirlərini duyduqca mənə –
Daha da mənalı gəlirdi həyat.
Yararaq keçmişəm sənin üstünü –
Bürüyən dumanı, bürüyən sisi.
Sənsən ömrüm boyu, həyatım boyu
Getdiyim yolların ən şərəflisi!
İndi nə dərdim var, nə də bir qəmim.
Açılıb ömrümün qızıl baharı.
Məni səadətə siz apardınız,
A məktəb yolları, məktəb yolları!
Dünyanın ayrı-ayrı ölkələrinin ucqarlarında uşaqlar məktəbə belə təhlükəli və çətin şəritdə gedirlər:
Çin Respublikasında
İndoneziyada
Hindistanda
Filippində
Oxşar postlar:
- Oxunub: 1 913
- Şərhlər: 0
- Bölmə: Sərbəst səhifə / Digər
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (II yazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)
6 yaşın mübarək
Qadındır müqəddəs,qadındır yüksək...
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (IVyazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( I yazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( II yazı)
Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – VII yazı
Zakir Məmməd - 65
Yazarlar