» » “Çanta vergisi” Avstraliyada turizmi zədələyə bilər

“Çanta vergisi” Avstraliyada turizmi zədələyə bilər

 

“Çanta vergisi” Avstraliyada turizmi zədələyə bilər

 

"Çanta vergisi” Avstraliyada turizmi zədələyə bilər .

Avstraliyada aparılmış sosioloji sorğu göstərir ki, məzuniyyət vaxtı işləməyə və istirahət etməyə gələn turistlər üçün nəzərdə tutulan "arxa çantası” vergisi ölkənin turizm sektoruna ciddi mənfi təsir göstərəcək.

AZƏRTAC "vergiler.az” saytına istinadla bildirir ki, federal hökumət müvəqqəti təsadüfi işlərdə çalışan turistlərə 32,5 faiz dərəcəsi ilə vergi tətbiq etməyi planlaşdırır.

Hökumətin bu niyyətini artıq turoperator şirkətləri kəskin etirazla qarşılayıblar. Onların turistlər arasında keçirdikləri sosioloji sorğunun nəticələrinə əsasən, "arxa çantası” vergisi qüvvəyə minəndən sonra turistlərin 60 faizi Avstraliyaya gəlməkdən imtina edəcəklər.

Turistlərin yarıdan çoxu Avstraliyada daha az vaxt keçirəcəy

ini, 69 faizi isə daha az pul xərcləyəcəyini bildirib.

Sorğunun nəticələri ümumilikdə belə qənaət yaradır ki, turistlər təşvişə düşüblər. Məsələ bundadır ki, ölkəyə işləməyə gələn turistlər ən aşağı tariflə - günü 21-22 ABŞ dollarına təsadüfi işlərdə çalışırlar.

“Çanta vergisi” Avstraliyada turizmi zədələyə bilər

Mənbə: http://azertag.az/xeber/CHanta_vergisi_Avstraliyada_turizmi_zedeleye_biler

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz