» » “Excel”də yeni redaktə funksiyası istifadəyə verilib

“Excel”də yeni redaktə funksiyası istifadəyə verilib

Müəllif: Dəyanət от 5-09-2017, 15:10

"Microsoft” korporasiyası "Excel” proqramında sənədlərin real vaxt rejimində birgə redaktəsi funksiyasını istifadəyə verib.
AZƏRTAC xəbər verir ki, bir neçə istifadəçiyə eyni elektron cədvəllə eyni vaxtda işləməyə imkan verən yeni funksiya dəyişiklikləri avtomatik sinxronlaşdıraraq real vaxt rejimində əlavə edir. İmkandan "OneDrive”, biznes üçün "OneDrive” və ya "SharePoint” proqramlarında saxlanılan sənədlər üçün yararlanmaq mümkündür.
Bildirilir ki, ABŞ korporasiyası "Excel” proqramında birgə redaktə funksiyası ilə yanaşı, sənədlərini "OneDrive” və "SharePoint” proqramlarında saxlayan "Office 365” istifadəçiləri üçün "Word”, "Excel” və "PowerPoint” əlavələrində avtomatik saxlama funksiyasını təqdim edib.
Əvvəllər "Office Insider” proqramının iştirakçılarının yararlandığı imkandan indi hamı istifadə edə biləcək.

“Excel”də yeni redaktə funksiyası istifadəyə verilib

Mənbə:https://azertag.az/xeber/Excelde_yeni_redakte_funksiyasi_istifadeye_verilib

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz