Məhəmmədrəsul Məcidov 3-cü dəfə dünya çempionu titulunu təsdiqlədi
Müəllif: Anaveusaq.az от 3-09-2017, 00:40
"Ana və Uşaq" AZƏRTAC-a istinadən xəbər verir ki, həmvətənimiz Məhəmmədrəsul Məcidov Almaniyada kişi boksçular arasında keçirilən dünya çempionatında parlaq qələbə qazanıb.
Məhəmmədrəsul Məcidov dünya çempionu titulunu 2011 və 2013-cü illərdə də qazanmışdı. O, 2013-cü ildə Avropa çempionatında, "Bakı 2015" I Avropa Oyunları və "Rio-2016" Yay Olimpiya Oyunlarında da bürünc medal qazanmışdır.
Dünya Çempionatının Hamburqun İdman Sarayında təşkil edilən davam etdirilən mübarizənin sonuncu günü isə həmyerlimiz üçün dünya çempionluğu karyerasında daha bir tarxə dönüb..
91 kiloqram çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz rinqdə qazaxıstanlı Kamşibek Kunkabayevlə üz-üzə gəlib.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, Məhəmmədrəsul Məcidov M.Məcidov 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib. DÇ-2011 və DÇ-2013-də mundialın qızıl medalını qazanan boksçumuz bununla 3-cü dəfə dünya çempionu titulu qazanıb.
Ümumiyyətlə, 9 gün davam edən dünya çempionat Azərbaycan boksçuları üçün qazanılan 2 medalla əlmətdar olub. Daha bir idmançımız - Kamran Şahsuvarlı (75 kq) yarışı 3-cü pillədə başa vuraraq adını mükafatçılar sırasına yazdırıb.
Oxşar postlar:
- Azərbaycan güləşçisi Hacı Əliyev üçqat dünya çempionu oldu
- Atletika üzrə dünya çempionatında Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev birinci oldu
- Taekvando üzrə Azərbaycan millisi dünya çempionatında bir qızıl və bir bürünc medal qazanıb
- Taekvandoçu Radik İsayev Azərbaycanın İslamiadada 50-ci qızıl medalını qazanıb
- Azərbaycan Prezidenti İlham Əliyev “Bakı-2017”-nin qaliblərinə medalları təqdim edib
- Oxunub: 2 097
- Şərhlər: 0
- Bölmə: Sərbəst səhifə / İdman
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar