Atletika üzrə dünya çempionatında Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev birinci oldu
Müəllif: Anaveusaq.az от 11-08-2017, 18:00


Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatının yeddinci günündə Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev dünya çempionu olub.
Ramil Quliyev 200 metr məsafəyə qaçışda finişə 20,09 saniyə nəticə ilə birinci çatıb. Bu, tarixdə ilk hadisədir ki, azərbaycanlı idmançı yüngül atletika üzrə dünya çempionu olub.
İkinci yeri 20,11 saniyə nəticə ilə Cənubi Afrika Respublikasının idmançısı Vayde Van Nikerk, üçüncü yeri isə eyni göstərici ilə Trinidad atleti Jerim Riçards tutub.
Qızıl medal qazanan həmyerlimiz çempion tituluna yiyələndikdən sonra stadionda Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurub.
Ramili parlaq qələbə münasibəti ilə təbrik etmişdir.
Təbrikdə deyilir:
- Əziz Ramil.
İlk növbədə səni yüngül atletika üzrə dünya çempionu adını qazanmağın münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Qeyd etmək istərdim ki, tarixdə ilk dəfə olaraq azərbaycanlı idmançı yüngül atletika üzrə dünya çempionu olub. Xüsusilə sevindirici haldır ki, sən qələbədən sonra Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın. Bu, onu göstərir ki, sən öz xalqına bağlı, vətənpərvər insansan.
Sən bu gün Türkiyəni təmsil edirsən. Ancaq idmanda ilk addımlarını Azərbaycanda atmısan.
Bu qələbə münasibətilə Türkiyəni də təbrik edirəm. Sənin qələbən, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürüdür. Biz Azərbaycanda səninlə fəxr edirik.
Sənə idmanda yeni qələbələr arzulayıram.
Oxşar postlar:
- Taekvando üzrə Azərbaycan millisi dünya çempionatında bir qızıl və bir bürünc medal qazanıb
- İslamiadanın sərbəst güləş yarışlarının birinci günündə Azərbaycan idmançıları iki qızıl medal qazanıblar
- Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək
- Azərbaycanlı Elmira Mirzəyeva şahmat üzrə Moskva çempionu olub
- Azərbaycanlı məktəblilər beynəlxalq olimpiadada beş medal qazanıblar
- Oxunub: 1 882
- Şərhlər: 0
- Bölmə: Sərbəst səhifə / İdman
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar