» » Ağcaqanadları uzaqlaşdırmaq üçün istifadə etdiyimiz maddələr toksiki təsir göstərə bilər

Ağcaqanadları uzaqlaşdırmaq üçün istifadə etdiyimiz maddələr toksiki təsir göstərə bilər


Mütəxəssislərin fikrincə, ağcaqanad sancması malyariya, laym və s. xəstəliklərin yaranmasına səbəb ola bilər. Bundan əlavə, ekspertlər allergiyalı insanlara ağcaqanad dişləmindən qorunmağı məsləhət görürlər. Çünki ağcaqanadın tüpürcəyində güclü allergen maddə var.
Hazırda satışda olan ağcaqanadqovucular 1954-cü ildən pestisidlər deyilən həşəratqovucu kimyəvi maddədən hazırlanır. Sprey və ya kremi çox az miqdarda, bədənin sadəcə müəyyən nahiyələrində istifadə etmək olar. Əks halda bu maddələr toksiki təsir göstərə bilər.
Azərbaycan Tibb Universitetindən AZƏRTAC-a bildiriblər ki, ağcaqanadları tərli və nəmli dərinin, eləcə də tünd rəngli paltarların özünə cəlb etdiyini nəzərə almaq lazımdır. Həşəratların mexaniki üsulla qarşısını almaq üçün xüsusi ağcaqanad torları mövcuddur. Bundan əlavə, bu növ həşəratların uzaqlaşdırılması üçün ev şəraitində lavanta, limon, nanə yağları, eləcə də mixəklə hazırlanmış xüsusi spreylərdən istifadə etmək olar. Eyni zamanda, ağcaqanadlar portağal qabığı iyini də sevmirlər.
Ağcaqanadları uzaqlaşdırmaq üçün istifadə etdiyimiz maddələr toksiki təsir göstərə bilər

Mənbə:http://azertag.az/xeber/Agcaqanadlari_uzaqlasdirmaq_uchun_istifade_etdiyimiz_maddeler_toksiki_tesir_gostere_biler-

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: online
  • Şərhləri: 75
  • Məqalələri: 975
^
Ən çox kimi dişləyirlər?

Fol turşusu ağcaqanadlar üçün əhəmiyyət kəsb edən kimyəvi maddələrdən biridir. Saç spreyi, ətir, dezodorant və sabun kimi qoxular bu kimyəvi maddələrin izlərini silə bilər. Ancaq qıcıqlandırıcı və ya əngəlləyici olaraq da təsir edə bilən bu qoxuların ağır olanları əsasən ağcaqanadları cəlb edir.

Yəni ağcaqanadların sizi dişləyib-dişləməməsini bədəniniz təyin edir. Əgər cəzbedici bir qoxunuz varsa, hədəf olmaqdan qaça bilməzsiniz. Bədənimizdə qoxunu təyin edən genlər vardır. Bu genlərə sahibsinizsə, ağcaqanadların hədəfi halına gələ bilərsiniz.

Bunun öhdəsindən gəlmək üçün bədəninizə çəkə biləcəyiniz ağcaqanada qarşı kremlər və ya spreylərdən istifadə edə bilərsiniz. Bu məhsullar ağcaqanada xoş gəlməyən qoxuya malikdir. /Saglamolun.az/
  • Нравится
  • 1