» » 13 sentyabr Dünya Şokolad Günüdür

13 sentyabr Dünya Şokolad Günüdür

13 sentyabr Dünya Şokolad Günüdür

Bu gün - 13 senyabr Dünya Şokolad Günüdür. Şokolad hər kəsin sevdiyi çox dadlı bir şirniyyatdır. Dadının çox gözəl olması ilə yanaşı, şokoladın həm də çox faydalı təsirləri var. İnsana məmnuluq bəxş edir, enerji verir; yeyəni, seyr edəni elə gözəlləşdirir ki, xoş təəssürat və duyğular adamı şirin də düşündürür. Ona görə də heç kəs şokolada "yox” demir: Dünya Şokolad Günündə isə , hətta, şokolad yemək üçün əlinə bəhanə düşür .
Biz də bu ecazkar gündə, əziz Oxucularımız, şokolad fantanziyanızı coşdurmaq üçün məşhur şokolad şəhərləri haqqında sizə bəzi maraqlı məlumatlar veririk…
Həyatda duya biləcəyiniz bütün dadlar şokolad kimi olsun.

Brüssel

13 sentyabr Dünya Şokolad Günüdür

Belçikanın paytaxtı Brüssel həm də şokoladı ilə şöhrət qazanmış paytaxt kimi məşhurdur. Brüssel müxtəlif ətirli şokoladlar dada biləcəyiniz ecazkar bir şəhərdir. Brüsselin ən tanınan şokolad brendi "Godivada”dır. Yolunuz Brüsselə düşsə, digər məşhur şokolad dükanlarına da baş çəkməyi unutmayın, məsələn, "Leonidas” və "Cohopolis” şirniyyat şirkətlərinin mağazaları.
Köln

13 sentyabr Dünya Şokolad Günüdür

Dünyanın ilk şokolad muzeyi ilə Kölndədir, bura Almaniyanın gözəl bir şəhəridir. Bu şokolad muzeyində bir-birindən fərqli şokoladları seyr etdikcə adam lap kiçik uşaq kimi sevinir. Muzeyin daxilində şokoladlarla bağlı hər növ məlumatlar verilmiş lhətrəkətli lentlər var. Bu istehsal lentləri sayəsində şokolad haqqında istədiyiniz məlumatları ala bilərsiniz.  Ən xoş olanı da budur ki, muzeyi ddlı şokoladları dada-dada seyr edirsiniz.

Nyu- York

13 sentyabr Dünya Şokolad Günüdür 

ABŞ-da şokoladdan uca bir bina tikilib. 6,5 metr uzunluğundakı bina görənlərin iştahını artırır. ABŞ-ın göydələnləri ilə məşhur Nyu-York şəhərində ucalan bu bina digərlərindən dadlı olması ilə fərqlənir.Çünki 6.5 metr uzunluğundakı bina saf şokoladdan hazırlanıb.Tikilinin memarı fransız aşpaz Alain Roby 1036 kiloqram qara şokoladdan istifadə etməklə düzəltdiyi bu heykəllə daha bir rekorda imza atıb. 30 saata tikilən bina Ginnesin kitabına adını yazdırıb. Roby arxitekturada heç bir məşhur binanın görünüşündən istifadə etmədiyini bildirib.Maraq dolu dünyada sevimli şirniyyatdan bina hazırlamaqdan da qəribə onun necə yeyilməsidir. Buna insanların hobbisi kimi baxılsa da, əslində tarixdə sevimli içkilərindın fontan hazırlayanlara da rast gəlmək olur.
Əgər mutluluq hormonunuzun (serotonin) yüksəlməsi üçün maraqlısınızsa, marşrutunuzu Nyu-Yorkdan salmağı unutmayın. Nyu-Yorkun məşhur şokolad mağazaları
"Vosges Haut ", "Chocolat”, "Mast Brothers” və "Mariya” sizi məmnun edəcək.

Sürix

13 sentyabr Dünya Şokolad Günüdür

Sürix İsveçrənin "Toblerone” şokoladı ilə məşhurlaşmış şəhəridir. Digər məşhur şokolad mağazalar şəbəkələri "Lindt”və "Sprüngli”dir. Həmçinin, "Peclard” və "Teuscherde” şokolad dükanları da məşhurdur. 
 
 
Barcelona 

13 sentyabr Dünya Şokolad Günüdür  

İlk şokolad maşınını görmək üçün İspaniya sizi Barselonaya çağırır. Buradakı "La Xocolata” şokolad muzeyində arzu etdiyiniz hər dadda şokolad ala biləcəyiniz gözəl mağazalar var. Bunlar "Chocolate a la Taza” və "Chocolates Amatller”, "Dulcenia” və "Fargas” mağazalarıdır.

Lionun
 

13 sentyabr Dünya Şokolad Günüdür

Fransada şokolad dadına baxmaq da unudulmazdır, özü də Lionda. Lion Fransada şokoladın ünvanıdır. Burada turistləri heyran edən məşhur "Valrhona”, "Bernachon” və "Maitre Patisserie” şokolad dükanları var. " Maitre Patisserie” konditer xidmətləri göstərsə də, şokoladları olduqca maraq doğuru. Buradakı müxtəlif makaronlar diqqətinizi daha çox cəlb edə bilər, amma onların dadına baxmağı unutmayın.

Lviv
 

13 sentyabr Dünya Şokolad Günüdür

Lviv də şokolad baxımından qonaqlarını çox xoşbəxt edən bir şəhərdir. Xüsusilə şəhərin "Market Squarede” şokolad dükanı Lvivə gələnlərn uzun zaman yadından çıxmır. Dükanın içində müxtəlif dadlarda və müxtəlif modellərdə şokoladlar var. İstiotdan zirəyə qədər bir çox ləzzəti həm dada bilir, həm də gözəl bir hədiyyə olaraq satın ala bilərsiniz.

Qeyd: Yazı türkcədən tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz