» » 23 iyun Beynəlxalq Olimpiya Günüdür

23 iyun Beynəlxalq Olimpiya Günüdür

Müəllif: Dəyanət от 22-06-2017, 23:40

AZƏRTAC-ıın məlumatına istinadən,1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Stokholmda keçirilən 41-ci sessiyasında BOK-un Çexoslovakiyadan olan üzvü doktor Qruss Dünya Olimpiya günü bayramını keçirmək təklifi ilə çıxış edərək, hər il belə bir günün qeyd olunmasının Olimpiya ideallarının təbliğində mühüm rol oynayacağını əsaslandırmışdır. Onun təklif etdiyi layihə bəyənilmiş və Beynəlxalq Olimpiya Komitəsinin 1948-ci ilin yanvarında Sankt-Moritsdə keçirilmiş 42-ci sessiyasında Olimpiya gününün keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Sessiya Olimpiya günü bayramını iyunun 17-dən 24-nə qədər olan müddətdə qeyd etməyi məqsədəuyğun saymışdır. Bu tarixin seçilməsinin səbəbi Beynəlxalq Olimpiya Komitəsinin yaradılması günü - yəni iyunun 23-də qeyd olunması idi.

Birici Olimpiya günü 1948-ci il iyunun 23-də dünyanın doqquz ölkəsində - Portuqaliya, Yunanıstan, Avstriya, Kanada, İsveçrə, Böyük Britaniya, Uruqvay, Venesuela və Belçikada qeyd olunmuşdur. Həmin gün Beynəlxalq Olimpiya Komitəsini prezidenti Ziqfrid Edstrom dünyanın bütün gənclərinə müraciətlə çıxış etmişdir. Sonralar Beynəlxalq Olimpiya Komitəsi prezidentinin Olimpiya günü ərəfəsində bayram iştirakçılarına müraciət etməsi ənənə şəklini almışdır.

Olimpiya gününü daha təntənəli şəkildə və bütün Milli Olimpiya Komitələrinin iştirakı ilə qeyd etmək məqsədilə 1987-ci ildə Olimpiya Qaçış Günü keçirilmişdir. Hazırda Olimpiya Qaçış Günü bir qayda olaraq iyunun 23-də başlanır və bir həftə davam edir. Hər bir Milli Olimpiya Komitəsi bu tədbiri həmin həftə ərzində təyin etdiyi gün keçirir.

Birinci Olimpiya Qaçış Günündə qadınlar və kişilər arasında 10 km məsafəyə qaçış təşkil olunmuşdur. Olimpiya Qaçış günlərində keçirilən yarışların proqramı sonralar genişlənmişdir. Son illərdə Olimpiya Qaçış Günü həftəsində idmanın başqa növləri üzrə yarışların və müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi ənənə şəklini almışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, yarış iştirakçıları üçün heç bir yaş və cins məhdudiyyəti qoyulmur. Bütün bunlar Olimpiya Qaçış Gününün kütləviliyini daha da artırır.

Olimpiya Qaçış Günü Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında, onun Kütləvi İdman Komssiyasının rəhbərliyi ilə keçirilir.

Azərbaycanda Beynəlxalq Olimpiya Qaçış Günü ilk dəfə 1996-cı ildə keçirilmişdir. Bu tədbir çərçivəsində keçirilmiş yarışda 500-ə qədər həvəskar idmançı iştirak etmişdir.

 

23 iyun Beynəlxalq Olimpiya Günüdür

23 iyun Beynəlxalq Olimpiya Günüdür

23 iyun Beynəlxalq Olimpiya Günüdür

23 iyun Beynəlxalq Olimpiya Günüdür

23 iyun Beynəlxalq Olimpiya Günüdür

23 iyun Beynəlxalq Olimpiya Günüdür

23 iyun Beynəlxalq Olimpiya Günüdür

23 iyun Beynəlxalq Olimpiya Günüdür

23 iyun Beynəlxalq Olimpiya Günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz