» » Həddindən artıq istilərdə nə etməli

Həddindən artıq istilərdə nə etməli

 

Həddindən artıq istilərdə nə etməli

Havaların həddindən artıq isti olduğu yay aylarında temperatur və rütubət nizamının pozulması ilə bədən temperaturu artır və maddələr mübadiləsi bu yeni vəziyyətə uyğunlaşmağa çalışır. Adi günlərdə tərləmə ilə bədən istiliyi nisbəti eyni olsa da, həddindən artıq istilərdə bədən yalnız tərləyir və hərarət nisbəti pozulur. Yaşlıların, körpələrin və xroniki xəstəllərin tərləməsi ilə bədən hərarətinin nizamlanması hər zaman mümkün olmaya bilər. Eləcə də mühitdəki nəm nisbəti yüksəksə, tərləmə nə qədər fəal olsa da, bədənin hərarəti kafi səviyyədə düşməyə bilir. Ayrıca köklük, hər hansı bir xəstəliyə bağlı yüksək hərarət, həddindən artıq maye itkisi (dehidratasiya), ürək xəstəliyi, ruh və sinir xəstəliyi, spirt və narkotik maddə istifadəsi ilə müalicə məqsədli bəzi dərmanların (təzyiqı, sidikqovucu və s .) Istifadəsi da isti havalarda tərləməyə təsir edən digər faktorlardandır. Belə vəziyyətlərdə yüksələn bədən istiliyi beyin və digər həyati orqanlarda ziyana yol aça bilər.

Həddindən artıq istilərdən ən çox təsirlənən qruplar:

• Tənha yaşayan 65 və daha yuxarı yaşlılar
• 4 yaşından kiçik uşaq
• Qayğıya ehtiyacı olanlar
• Hamilələr
• Açıq sahədə çalışanlar
• Həddindən artıq çəkisi olanlar
• Xroniki xəstəliyi (şəkər xəstəliyi, ürək-damar xəstəlikləri, beyin-damar xəstəlikləri, psixoloji xəstəliklər, xroniki tənəffüs sistemi xəstəlikləri, qaraciyər xəstəlikləri, böyrək xəstəlikləri) olanlar
• Davamlı dərman (xüsusilə təzyiq salan, sidikqovucu, depressiya və yuxu dərmanları) istifadə edən kəslər
• Küçə uşaqları və evsizlər
Xüsusilə xroniki xəstəliyi olan və tək yaşayan yaşlılar ən çox risk daşıyan qrupdur.
 

Həddindən artıq istilərdə nə etməli

 

Həddindən artıq istilərdə nə etməli

 

Həddindən artıq istilərdə nə etməli

 

Qorunmaq üçün nələr edə bilər?

A. Ümumi qorunma

• Günün ən isti saatlarında (10.00-16.00) məcbur deildirsə, çölə çıxılmamalıdır.
• Çöl şəritində işləyənlər mümkün qədər günəş şüalarından qorunmağa çalışmalı, həddindən artıq hərəkətlərdən çəkinməli, tez-tez duz ehtiva edən sulu qidalar almağa diqqət etməlidirlər.
• Çöldə olan müddətdə açıq rəngli, yüngül, bol və möhkəm toxunmuş parçalardan toxunan geyimlər seçilməli; geniş kənarlı və hava dəlikləri olan şapka geyilməli və günəşin zərərli şüalarından qoruyan günəş gözlüyü istifadə edilməlidir.
• Günəş şüalarının dik gəldiyi saatlarda (10.00-16.00) dənizə getməməli və günəş vannası qəbul edilməməlidir. Bu saatlardan fərqli vaxtlarda dənizə girmək istəyənlər günəşdən qoruyucu krem (ən azından 15 qoruma faktorlu) istifadə etməli, şapka və eynək kimi lazımlı qoruyucu vasitələr almalı və günəşli havada uzun müddət fasiləsiz qalmamağa çalışmalıdır.
• Müəyyən fiziki fəaliyyətlər və idman etmək üçün səhər və axşam saatları seçilməli, hər bir saatlıq idman üçün ən az 2-4 stəkan maye qəbul edilməlidir. Ağır fiziki fəaliyyətlərdən uza durulmalıdır.
• Risk altındakı yetkinlər və yaşlılar gündə ən az iki dəfə günəş və ya isti çarpması cəhətdən izlənilməlidir. Körpələr isə bu baxımdan daha tez izlənilməlidir.
• Körpələr, uşaq və əlillər, eləcə də heyvanlar qapalı və park edilmiş vasitələrdə (avtomobil, digər nəqliyyat vasitələri və s.) qətiyyən qalmamalıdır. Vasitələrin daxili temperaturları, kondisioner olsa belə, park edildikdən qısa müddət sonra tempertur yüksəlir. Nəqliyyatı tərk edərkən hər kəsin çölə çıxdığından əmin olmalıdır.
• Qapalı sahələr yaxşı havalandırılmalıdır.
• Günəş görən pəncərələr pərdə və s. günəşliklərlə gölgələndirilməlidir.
• Bədən istiliyinin yüksəlməməsi üçün tez-tez duş alınmalıdır; bunun mümkün olmadığı hallarda ayaqlar, əllər, üz və alın, eləcə də boyun soyuq suyla isladılmalı və ya silinməlidir.
Həddindən artıq istilərdə nə etməli

Həddindən artıq istilərdə nə etməli 

Həddindən artıq istilərdə nə etməli

Qidalanma və maye qəbulu

• Susuzluq hissi olmasa belə hər gün ən az 2-2,5 litr (12-14 su stəkanı) maye qəbul edilməlidir.
• Naharda azyağlı pendirlər, zeytun və təzə tərəvəzlər olmalı, kafein ehtiva edən içkilər yerinə süd, meyvə suyu, cökə və itburnu kimi bitki çayları seçilməlidir.
• Yağlı qidalardan və ya yağda qızardılmış yeməklər qəbul etməkdən çəkinməli; yeməklərdə bitki mənşəli maye yağlar istifadə edilməlidir. Yeməkləri bişirərkən qızartma və qovurma yerinə qaynatma, öz suyunda və ya az suda bişirmə kimi sağlam bişirmə üsulları tətbiq olunmalıdır.
• Bədən müqavimətini artırmaq və bədənin kafi miqdarda vitamin və mineral almasını təmin etmək üçün bol miqdarda tərəvəz və meyvə qəbul edilməlidir.
• Tərləmə ilə artan maye və mineral itkisi qarşısının alınması üçün hər zaman olduğundan daha çox miqdarda maye alınmalıdır.
• Maye qəbul edilərkən su içmək əsas olmaqla birlikdə, qəhvə, çay və süd, ayran, meyvə suyu kimi içkilər seçilməlidir. Qazlı içkilər olmaz. Əgər həkim tərəfindən maye qəbulu məhdudlaşdırılmış və ya sidikqovucu dərman istifadə edilməsi zərurəti varsa, bununla əlaqədar həkimə müraciət etmək lazımdır.
• Mədə kramplarına səbəb ola biləcəyi üçün çox soyuq və buzlu içkilər seçilməməlidir.
• Kofein, alkoqol və çox miqdarda şəkər ehtiva edən içkilər bədəndən daha çox maye itkisinə gətirib çıxardığı üçün qəbul edilməməlidir.
• Çöldə və açıqda satılan yeməklərin qəbulundan uzaq durulmalı, tez pozulma riski olan qidalar (ət, yumurta, süd, balıq və s.) mümkün qədər yeyilməməlidir. Belə qidalar açıqda saxlanılmamalı, qidaların hazırlanması və bişirilməsi mərhələlərində gigiyena qaydalarına diqqət göstərilməlidir.


Həddindən artıq istilərdə nə etməli


 Həddindən artıq istilərdə nə etməli


Həddindən artıq istilərdə nə etməli


Qeyd: Yazı türkcədən tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz