» » Təbiətin insan həyatına icazə vermək istəmədiyi yerlər

Təbiətin insan həyatına icazə vermək istəmədiyi yerlər


İnsanların yerləşdikləri bəzi yerlərə, yəqin, təbiətin meyli yoxdur. Amma insanlar yenə israrla yaşamaqda davam edirlər. Həmin yerlər haqqında siz də məlumatlı olun.

Cook - Avstraliya
Təbiətin insan həyatına icazə vermək istəmədiyi yerlər
Cook - 478 kilometrlik bir qatar yolu üçün yanacaqdoldurma ehtiyacı üçün stansiya kimi inşa edilən bir bölgədir.
Bölgədə yalnız bir mağaza var və qatarın gəldiyi saatda açılır və qatar gedən kimi təkrar bağlanır. Çölün tam ortasında olan bu bölgədə ağac yetişmir, su çıxmırr. 4 evdən ibarət olan bu yerin insanları üçün su və qida ehtiyaclarını gələn qatar təmin edir.

La Rinconada - Peru
Təbiətin insan həyatına icazə vermək istəmədiyi yerlər
La Rinconada dünyanın ən yüksək şəhəri olaraq tanınır. Andes dağlarında olan bu mədən şəhəri dəniz səviyyəsindən 5.100 metr yüksəklikdə yerləşir. Normal insan yaşayışı üçün heç bir şəraitin olmadığı və bu səbəbdən də kimsənin yaşamaq istəmədiyi bu bölgədə insanları cəzb edən tək şey buradakı qızıl mədənləridir.

Motuo - Çin
Təbiətin insan həyatına icazə vermək istəmədiyi yerlər
Motuo – Himalayın cənubunda, təxminən 31.000 kvadrat kilometr əraziyə malik bir meşə şəhəridir. Bu şəhərdə yaşamağı mümkünsüz edən tək şey isə Çində heç bir yolu olmayan yeganə şəhər olmasıdır. Buraya gələ bilmək üçün ən yaxşı halda maşınla 4 gün ərzində sükan arxasında oturmaq lazımdır. Üstəlik, təhlükəli bir körpüdən keçmək vacibdir.
30 ildir ki, bu şəhərə yol çəkmək haqqında söhbətlər gedir. Lakin hər dəfə sürüşmə və digər təbii fəlakətlər işə başlamağa imkan verməmişdir. Kifayət qədər kənd təsərrüfatı məhsulu və su tapılmasına baxmayaraq, səhiyyə xidmətinin olmaması bölgəni yaşamaq üçün mümkünsüz hala gətirir. Sürüşmə, aramsız yağışlar, sıx meşə örtüyü, zəhərli həşəratlar isə velosiped və ya motosiklet kimi vasitələrlə bölgəyə girişə mkan vermir.
10.000 nəfərdən çox xalqı olan bu yerdə insanlar elə bu vəziyyətdə yaşayırlar.

Antartika
Təbiətin insan həyatına icazə vermək istəmədiyi yerlər
Antartika, şübhəsiz, heç bir insanın yaşamaq istəməyəcəyi ən ciddi yerlərdən biridir. 98 %-i buzlarla əhatədə olur və burada 6 ay gecə yaşanır. İnsanlar üçün qida qaynağı yoxdur. Tikinti vəsaiti olaraq istifadə üçün ağac və ya daş belə yoxdur. İnsan həyatına son qoya biləcək dərəcədə soyuq və şaxta var. Daimi olaraq məskunlaşan xalqı yoxdur.
200 ildən çoxdur ki, burada atədqiqatçılar və elm adamları çalışır. Təxminən 65 araşdırma stansiyası olan bölgənin qida təminatı hava daşımaları ilə təmin edilir.
Antartikaya ildə 40.000 ətrafında da turist qarşılayır.

Pompey - İtaliya
Təbiətin insan həyatına icazə vermək istəmədiyi yerlər
Pompey - dünyanın ən məşhur arxeoloji sahələrindən biridir. Eramızdan əvvəl 79-cu ildə vulkan psükürməsi nəticəsində bütün insanlar məhv olmuş, şəhər lava ilə örtülmüşdür. Artıq 150 ildən artıq müddətdir ki, arxeoloqlar eramızın 79-cu ilində Vezuvi vulkanının püskürdüyü Qədim Roma şəhəri Pompeydə qazıntılar aparırlar. İndiyə qədər quruyan lava altında ölənlərin cəsədləri aşkar edilir.
Ətrafındakı məhsuldar torpaqlar olduğu üçün insanlar yenə də burada yaşamağa davam etmişlər. Artıq şəhər 26.000 əhaliyə sahibdir. Amma hələ də vulkanik hərəkətlər davam edir və vulkanlar burada yaşamaq üçün hər zaman təhlükə olaraq qalır.
1906 və 1944-cü illərdə təkrar baş qaldıran vulkanlar 3 kəndi tamamilə yox etmiş və yüzlərlə insanı məhv etmişdir. Bir sözlə, Bu cürə dəhşətlər Pompeydə hər zaman gözlənilir.

Muli - Faroe Adaları
Təbiətin insan həyatına icazə vermək istəmədiyi yerlər
Muli adasının ümumi əhalisi 4 nəfərdir. Adada hava şəraiti, leysan yağışlar, sis, qar, qasırğa bütün il ərzində davam edir. Bu tutqun adada əkinçilik üçün imkan var. 1970-ci ildə adaya elektrik xətti çəkilmişdir. Ada sahildən çox uzaqda olduğu üçün 4 adamın qida ehtiyacı yalnız vertolyot vasitəsi ilə mümkün olur.
Adada yaz ayları 24 saat günəş batmır, qışları isə az qala bütün gün qaranlığa bürünür.

Verxoyansk - Rusiya
Təbiətin insan həyatına icazə vermək istəmədiyi yerlər
1500 nəfər əhaliyə sahib olan Verxoyansk dünyanın ən soyuq şəhəri hesab olunur. Adi günlərdə havanın temperaturu mənfi 4 - mənfi 10 dərəcə arasında olur. Bu, yerli xalq üçün çox normal hesab olunur. Yaşamın mümkün olması cəhətdən elə də müsbət olmadığı üçün Sovet Rusiya zamanında sürgün yeri olaraq istifadə edilmişdir. Su qaynağı olaraq Yana çayı var, lakin ilin 8 ayında donmuş halda olur və bura gündə yalnız 5 saat günəş işığı düşür. Şəhərdə hava uçuş sahəsi və çay üzərində kiçik bir liman var və bu yerdə yaşayan əhalinin qida təminatı da hava və su yolu ilə təmin edilir.

Maldiv adaları
Təbiətin insan həyatına icazə vermək istəmədiyi yerlər
Hindistanın 400 kilometr cənub qərbində olan bu tropik adalar silsiləsində, təxminən 330.000 insan yaşayır və ada ildə, orta hesabla, 500.000 turist qarşılayır. Məskunlaşma yeri olmaqdan çox- çox lüks bir məzuniyyət və bal ayı mərkəzidir.
Yaşana olmamasının ən əsas səbəbi bölgədə getdikcə şiddətlənən sunamilərdir. 2004-ci ildə yaşanan bir sunami adaların 10 % ni suya qərq etmişdir. 2008-ci ildə isə təcili qaçış fondu yaradılmış və böyük bir sunami ərəfəsində əhali Sri Lankaya köçürülmüşdür.

Cava adası - İndoneziya
Təbiətin insan həyatına icazə vermək istəmədiyi yerlər
22 aktiv vulkanlı Cava adasında 120 milyon adam yaşayır. Merapi dağı vulkan ocaqlarından biri və son 100 ildə burada 65 dəfə partlayış baş vermişdir. Dağın ətrafındalı 7 kilometrlik məsafədə 200.000 adam yaşayır. 1930-ci ildə olan partlayışda onların 1.100 nəfər ölmüşdür.
Həqiqətən, çox təhlükəli bir həyat sahəsidir.

Minqin - Çin
Təbiətin insan həyatına icazə vermək istəmədiyi yerlər
Minqin çox bəxtsiz bir şəhərdur. 1999-ci ildə 282.000 adamın yaşadığı bu şəhərdə hal-hazırda təxminən 2.5 milyon adam yaşayır. Bu sürətli əhali artımı şəhərin su qaynağı olan Shiyang çayının qurumasına səbəb olmuşdur. Şəhər Tengger və Badam Jaran çöllərinin arasında qaldı. Bu çöllər hər il şəhəri orta hesabla 10 metr daraltdı. Hal-hazırda yalnız 80 kvadrat kilometr ətrafında məhsuldar torpaq qaldı və hər il bu yerlər azalmaqda davam edir.
Bu da şəhərin boşaldılması vacibliyini ortaya qoyur.

Qeyd: Yazı tükcədən tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz