Təbrik: Gəncliyin, həm də əsl gəncliyin ilk addımıdır tələbəlik
Müəllif: Akif Əhmədov от 15-09-2016, 12:02
2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə 35 minə yaxın tələbə qəbul olunub.
Onlar da bu gün ilk dəfə tələbə kimi auditoriyalara qədəm basıblar.
"Ana və Uşaq " jurnalıı adından onların hər birini ürəkdən təbrik edirik...
Bizim gənclik gözəl bir tələbəlik yaşayıb:1970 - 88 -ci illərdə. Bilmirəm, siz necə yaşayacaqsınız. Amma arzu edərdim ki, odlu-alovlu olsun, ağıllı olsun. Bu həyat sizin. Gözəl nə varsa, hamısı sizin. Fəqət, ağıllı olmalısınız.
Son illərin tələbəlik həyatı ürəyimcə deyil: zaçot kitabçasını ortadan əzirlər ki, bu, dəbdir. İlboyu bir ümumi dəftəri ya dolduralar, ya yarıya qədər yazarlar. Tibb Univüersitetinin tələbələri kimya, biologiya fakültəsinin tələbələrinə bənzəyirlər. Oğlum indi tələbə olsaydı, mən dərsə şəxsi avtomobili ilə getməsinə mane olmazdım. Amma gərək buna cavabdeh ola biləsən. Sən "5"lə oxu, nümunəvi nizam-intizama malik ol, niyə də ailənin imkan verdiyi üstünlüklərdən istifadə etməyəsən...
Bu gözəl həyat sizin üçündür... Ağıllı gənclik sizindir. Onun hər saniyəsindən ağılla və ehtiyatla istifadə edin. Yaxşı soraqlarınızı eşidək.
Tələbə adınız mübarək!
Tələbəyəm
Tələbəyəm, hələ mehəm,
Amma bütün varlığımla
Dünənimə, bugünümə
cavabdehəm.
Cavabdehəm dünənimin
Ata - ana qayğısına...
Cavabdehəm günü bu gün
Ərzin ürək ağrısına.
Mən dünyanın gürşad seli,
Arzuların gur səsiyəm.
Mən zamanın od hənirli,
Prometey nəfəsiyəm!
Gündüz məndə yanar Günəş,
Gecə mənlə gecələyər.
Pəncərəmdən düşən işıq,
Baxışımdır gələcəyə...
Tələbəyəm!
Mən bu günün tələbiyəm!
Mən sabahın tələbiyəm!
Oxşar postlar:
- Oxunub: 2 331
- Şərhlər: 0
- Bölmə: Sərbəst səhifə / Təbriklər
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (II yazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)
6 yaşın mübarək
Qadındır müqəddəs,qadındır yüksək...
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (IVyazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( I yazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( II yazı)
Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – VII yazı
Zakir Məmməd - 65
Yazarlar