» » 21 may Dünya Süd Günüdür

21 may Dünya Süd Günüdür

 

 

21 may Dünya Süd Günüdür

Bir ölkənin sosial və iqtisadi cəhətdən güclü olması, fiziki və zehni cəhətdən güclü, sağlam və istedadlı insanların çoxluğu ilə bilavasitə bağlıdır. Ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən uşaq və gənclərin kafi və balanslı qidalanması, onların gələcəkdə sağlam və əməkqabiliyyətli şəxslər olması vacib şərtlərindəndir. Məktəbəqədər və məktəb dövründəki uşaqlarda sürətli böyümə və inkişaf üçün bir çox qida elementinə olan tələbat həyatının digər dövrlərinə nisbətən daha çoxdur. Enerji və qida elementləri ehtiyaclarınıntəmin edilməsi üçün ən mühüm qida qruplarından biri də süd və məhsullarıdır. Süd və süd məhsullarının kifayət miqdarda qəbul edilməsi, xüsusilə, böyümə və inkişafın sürətli olduğu məktəb uşaqları başda olmaqla hər yaş qrupu üçün böyük əhəmiyyət daşıyır.
İnsan həyatının hər mərhələsində lazım olan süd C vitamini, dəmir başqa və bir çox qida elementlər baxımından ən yaxşı bir qaynaqdır. Xüsusilə, uşaqlıq, hamiləlik, südəmər, hətta, qocalıq dövrlərində kifayət miqdarda süd istifadəsi son dərəcə əhəmiyyətlidir. Orqanizmin inkişafı üçün lazım olan kalsium uşaqlarda sümüklərin və dişlərin əmələ gəlməsində mühüm rol oynayarkən, A vitamini göz və diş sağlamlığına, E vitamini immunitet sisteminin güclənməsinə, B vitamini iştaha, sinir və həzm sisteminin tənzimlənməsinə, D vitamini isə, xüsusilə, uşaqlarda diş və sümüklərin böyüməsinə və inkişafına təsir edir. Bunu yanaşı, südün tərkibindəki biotinin saç və dəri sağlamlığı üçün əhəmiyyəti var. B2 vitamini isə böyüməyi sürətləndirir: böyümə dövründəki uşaq və gənclərin gündə ən az 500 mln. süd qəbul etməsi lazımdır.

21 may Dünya Süd Günüdür


 

21 may Dünya Süd Günüdür 

 

Bu gün adambaşına illik içməli süd qəbulu Avropa Birliyi ölkələrində 89 kq, Avstraliyada 107 kq, ABŞ-da 83 kq , Türkiyədə isə 26 kq təşkil edir.
Süd haqqında cəmiyyəti məlumatlandırmaq və insanların sağlamlığına xidmət etmək məqsədi ilə hər il 21 may tarixi "Dünya Süd Günü" kimi qeyd olunur. Birləşmiş Millətlər Beynəlxalq Süd Məhsulları İstehsalı Federasiyasının arzu və təklifi ilə 1956-ci ildən bu günün bütün üzv ölkələrdə qeyd olunması qərara alınmışdır. Bu günün əhəmiyyətini dəəyərləndirərək, hətta, 21 - 28 may tarixləri "Süd Həftəsi” kimi qeyd olunur.
Dostlar sağlamlığınızın qeydinə qalmaq istəyirsinizsə, hər gün 2 stəkan süd için!

21 may Dünya Süd Günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz