» » “Bakı-2017”: Cüdo üzrə komanda yarışlarında Azərbaycanın kişi idmançıları qızıl, qadın atletləri gümüş medal qazanıblar

“Bakı-2017”: Cüdo üzrə komanda yarışlarında Azərbaycanın kişi idmançıları qızıl, qadın atletləri gümüş medal qazanıblar

Müəllif: Dəyanət от 15-05-2017, 19:26
“Bakı-2017”: Cüdo üzrə komanda yarışlarında Azərbaycanın kişi idmançıları qızıl, qadın atletləri gümüş medal qazanıblar

Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarının Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo yarışlarının sonuncu günündə komandalar qələbə uğrunda mübarizə aparıblar.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət milli komandası yarışı qızıl, qadın yığmamız isə gümüş medallarla başa vurublar.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva kişi cüdoçular arasında komanda yarışının final qarşılaşmasına baxıblar.
Milli komandamız gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmada Əlcəzair yığmasına 3:2 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Yarışda Azərbaycanı Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauri (+90 kq) təmsil ediblər.
Bürünc medallara Türkiyə və Özbəkistan yığmaları layiq görülüblər.
Sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.
Qalib komandaların üzvlərinə medalları dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.
Çempion cüdoçularımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

x x x

Həmin gün Azərbaycanın qadın cüdoçulardan ibarət yığma komandası isə finalda Türkiyə millisinə məğlub olaraq (0:5) İslamiadada ikinci yeri tutub.
Komandamızın heyətində Purevseren Buyanxişiq (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Xanım Hüseynova (63 kq), Gülsədəf Kərimova (70 kq), İrina Kindzerska (+70 kq) yer alıblar.
Qadın cüdoçular arasında komanda yarışında bürünc medallara Özbəkistan layiq görülüb.
Sonra idmançıların mükafatlandırılması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mükafatlandırma mərasiminə baxıblar.
Qalib komandaların üzvlərinə medalları Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü Çingiz Hüseynzadə təqdim edib.
Sonra Türkiyə Respublikasının dövlət himni səsləndirilib və dövlət bayrağı qaldırılıb.
Beləliklə, "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında Azərbaycan idmançıları ümumilikdə 26 medal - 11 qızıl, 12 gümüş və 3 bürünc medal qazanıblar.
“Bakı-2017”: Cüdo üzrə komanda yarışlarında Azərbaycanın kişi idmançıları qızıl, qadın atletləri gümüş medal qazanıblar

Mənbə:http://azertag.az/xeber/Baki_2017_Cudo_uzre_komanda_yarislarinda_Azerbaycani
_kisi_idmanchilari_qizil_qadin_atletleri_gumus_medal_qazaniblar_Azerbaycan_idmanchilarina_
medallari_Prezident_Ilham_Aliyev_teqdim_edib_

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Народ кто желает играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Держите пожайлуста: Скачать саму прогу можно здесь. | Видео по установке и настройке смотрите тут.
Внимание!!! Данный патч позволяет играть бесплатно пять часов в сутки.
Если Вас интересует "Безлимит" то за 70 руб. в мес. обеспечу обновлние, поддержку и помогу с настройкой!
Играю уже девять месяцев на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
Если заинтересовало пишите в форму обратной связи. Перед покупкой протестируйте бесплатные возможности.
  • Нравится
  • 0