» » Azərbaycanın qadın həndbolçuları “Bakı-2017”nin çempionu olublar

Azərbaycanın qadın həndbolçuları “Bakı-2017”nin çempionu olublar

Azərbaycanın qadın həndbolçuları “Bakı-2017”nin çempionu olublar

Mayın 14-də qadın həndbolçuların yarışının finalında qalib gələn Azərbaycan yığması "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
AZƏRTAC xəbər verir ki, həndbolçu qızlarımız həlledici qarşılaşmada Türkiyə yığmasını məğlub ediblər - 28:26.
Sürətli və qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində həndbolçularımız əldə etdikləri üstünlüyü qoruyub saxlaya biliblər – 14:11. Həndbolçularımız matçın ikinci hissəsində fəallaşaraq oyunda dönüş yaratmağa çalışan Türkiyə millisinin müqavimətini son dəqiqələrdə qırmağı bacararaq 28:26 hesabı ilə qələbə qazanıblar. Bununla da Azərbaycanın qadın həndbolçulardan ibarət milli komandası IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb.

Azərbaycanın qadın həndbolçuları “Bakı-2017”nin çempionu olublar

Azərbaycanın qadın həndbolçuları “Bakı-2017”nin çempionu olublar

Azərbaycanın qadın həndbolçuları “Bakı-2017”nin çempionu olublar

Mənbə:http://azertag.az/xeber/Azerbaycanin_qadin_hendbolchulari_Baki_2017nin_chempionu_olublar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz