» » “Bakı-2017”də Azərbaycanın ilk qızıl medalı

“Bakı-2017”də Azərbaycanın ilk qızıl medalı


Mayın 13-də Azərbaycan yığma komandası "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, qızıl medalı millimizin aktivinə atıcılıq yarışında mübarizə aparan Ruslan Lunyov yazdırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəş açmaq yarışında hamıdan dəqiq olub - (581-25 xal).
Türkiyəli Dikec Yusuf ikinci, pakistanlı Axtar Muhammad Xalil isə üçüncü yeri tutublar.
Ruslan Lunyov dünya kubokunun sahibi və dəfələrlə Azərbaycan çempionudur. Onun sonuncu böyük uğuru bu ilin martında dünya kubokunda bürünc medal qazanması olub.

“Bakı-2017”də Azərbaycanın ilk qızıl medalı

Mənbə:http://azertag.az/xeber/Baki_2017de_Azerbaycanin_ilk_qizil_medali

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz