» » "Ana və Uşaq" təbrik edir

"Ana və Uşaq" təbrik edir

 Sentyabr... Baharda əkdiyimiz şitillərin, ağacların bar-bəhərə çatdığı, süfrələrə dolduğu ay. Artıq "qızılı payız”ın nəfəsi duyulmaqdadır. Bir azdan yazdan hazırlanıb vüsalla əbədiləşən payız toyları başlayacaq... Bu da payızın bir lütfü. Qara zurna sədaları evlərə, ürəklərə dolduqca neçə gələn payızlara əhd-peyman bağlanacaq.

Payızın ömür yolumuzda, taleyimizdə açdığı bir iz də məktəb yollarıdır....
Hər birimizin tale yoludur həm də bu yol...
Şagird olanda hər səhər tezdən evimizdən məktəbədək özümüzdən böyüklərin arxasınca addım-addım basıb bir də görərdik ki, budur, çatmışıq....
Necə gəldi-keçdi bildik ki...? Son zəng sədalarında ha özümüzü şən tutmağa çalışsaq da, üzümüzdə təbəssüm, içimizdə yaş uşaqlıq xatirələrimizi sinif otaqlarına, məktəbin həyətinə səpələyib ayrıldıq bu həyatdan... Arzumuzu yeni arzulara qonaq apardıq...
Sevdik, sevildik.... Amma bu illəri heç unuda bilmədik.... Sonradan övladlarımız olanda övladlarımızı yanımıza salıb öz keçmiş uşaqlığımızı balalrımızın kövrək addımlarında yenidən yaşaya bildik.

"Ana və Uşaq"  təbrik edir

  

Allah, Allah, bu, kimdir, bizim oxşarımızdır, yoxsa elə özümüzük?! Yox, oxşarlıq olsa da, bu, özümüz deyil, bizim çiyərparalarımızdır, könül meyvələrimizdir, oğlumuzdur-qızımızdır. Bəs bunları bir vaxt arzulamamışdıqmı? Arzulmamışıqmı oğlumuz, qızımız, nəvəmiz məktəbə gedəcək, biz də məktəbin həyətində həsrətlə gözləyəcəyik: dərs bitsin, yanına düşüb qürurla evə qayıdaq. Evə gələn kimi balamız da guya Amerikadan gəlib, boynunun damarları çıxa-çıxa danışacaq ki: "belə oldu”, "elə oldu”, "müəllimə elə dedi”, "müəllimə belə dedi”...
9 ayın zəhmətinə dəyirmiş bu, həm də artıqlaması ilə, tamam unutdurdu o qayğıları. Hələ axşam ataları gələndə dil-dil ötəcək: səhərdən eyni şeyləri dəfələrlə sizə söyləyib çoxdan əzbərləyib. Atası balası danışdıqca onun ağzına baxsa da, bütün varlığıyla, ruhuyla uçub gedəcək sizinlə əhd-peyman bağladığı anlara...................
Siz də səssiz nəqmə oxuyacaqsınız içinizdə xəfif:

Hop- hopun olsun, oğlum,
Gül topun olsun, oğlum.
Ağacların dibində,
Toyluğun olsun, oğlum.

Atam -tutam mən səni,
Şəkərə qatam mən səni.
Axşam atan gələndə,
Önünə atamm mən səni....

Halalınız olsun....
Bu da bir arzudur. Əmin-amanlıq olsun. Elə bu balaların şıirin-şəkər qayğılrında bir də görəcəksiniz bu çağ da gəldi: elçi getmək lazımdır... Gedək, əzizlərim, gedək...
Təki əmin-amanlıq olsun.Balalarımız, nəvələrimiz sağlam, ağıllı və təhsilli böyüsünlər. Sözümüz, dilimiz kəsərli olsun, nə var ki, xoş işləri başa gətirməyə.
Bu gün hörmətli sənətkrlarımız Möhlət Müslimovun nəvəsi Tamerlan, Göyçay Musiqi məktəbinin direktoru Rövşən müəllimin nəvəsi Cahangir, mənim nəvəm Səmra və daha neçə gözəl balamız valideynlərinə, bab-nənələrinə bu anları yaşatdı.
Qismətimiz, nəsibimiz həmişə belə anlar olsun.
"Ana və Uşaq ” jurnalı adından hər birinizi təbrik edirik... Arzularınızca olsunlar..Arzularınızca böyüsünlər.Şəcərənizə, xalqımıza layiq övladlar kimi yetişsinlər.
 
 

"Ana və Uşaq"  təbrik edir

 

"Ana və Uşaq"  təbrik edir

 

"Ana və Uşaq"  təbrik edir

 


 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz