» » "...bura Şuşadır. Bazarda şorsatan da “Bayatı Şiraz” üstündə oxuyur"

"...bura Şuşadır. Bazarda şorsatan da “Bayatı Şiraz” üstündə oxuyur"

"...bura Şuşadır. Bazarda şorsatan da  “Bayatı Şiraz” üstündə oxuyur"
Bir gün ən yaxın dostlarından biri Abbasqulu ağanı qonaq dəvət edir: digər qonaqlar da dəvətli idi. Hamı gəlsə də, Abbasqulu ağa gecikirdi və dostu da bundan narahat idi. Çünki hər zaman Abbasqulu ağanın dəqiq adam olduğunun şahidi olmuşdu. Nəhayət, Abbasqulu ağa gəlib çıxır və gecikdiyi üçün  dostundan üzr də istəyir. Dostu isə ərkyana onu içəri buraxmayacağını söylədikdə Abbasqulu ağa bədahətən deyir:

Hər kimsənin var bir kəsi,
Mən bikəsin yox kimsəsi.
Mən bikəsin sənsən kəsi,
Ey kimsəsizlər kimsəsi.

Dostu Abbasqulu ağanı qucaqlayıb öpür və onu stolun lap yuxarı başında əyləşdirir.

"...bura Şuşadır. Bazarda şorsatan da  “Bayatı Şiraz” üstündə oxuyur"

Deyirlər ki, Şuşada "Arşın mal alan” tamaşası oynanılası imiş. Əsgər rolunun ifaçısı məşhur opera ifaçısı Hüseynqulu Sarabskini bu ərəfədə dostları qonaq aparıbmış. Qonaqlıqda yaxşıca yeyib-içən Sarabski rolu yaxşı oynamayacaq. Odur ki, Üzeyir bəydən xahiş edir ki, tamaşa başqa vaxta keçirilsin. Bəstəkar əsəbiləşir və Sarabskinin xahişini gətirənlərə
deyir ki, Hüseynqulunun nəzərinə çatdırın ki, yadından çıxarmasın, bura Şuşadır.Bazarda şor satan da "Bayatı Şiraz” üstündə oxuyur.
Deyirlər ki, Sarabski bu sözləri eşidəndə o da əsəbiləşir və dostlarından ayrılıb birbaşa səhnəyə gəlir və Əsgər rolunu misilsiz məharətlə oynayır. Hətta tamaşadan sonra Üzeyir bəy aktyoru bağrına basır.

"...bura Şuşadır. Bazarda şorsatan da  “Bayatı Şiraz” üstündə oxuyur"

Seyid Əzim Şirvani yaz-yay aylarında bir səhərçağı, bir də axşamçağı Dədəgünəş dağını seyrə şıxarmış. Səhərçağı günəşin çıxmasına, axşamüstü günəşin batmasına tamaşa etməkdən doymazmış..günəşin domasına baxa-baxa dediyi şeirlər gülüşə, sevincə, fərəh saçarmış.Hər misrası, sanki, bir qəhqəhəyə çevrilib, xoş günlərin müjdəçisi kimi səslənirmiş. Günəş batdığı zaman sğylədiyi şerlərin misralarından isə hüzn, ələm süzülərmiş.
Şairin oğlu Cəfər elə bilərmiş ki, Dədəgünəş dağı gündə iki dəfə səslənir. Səhər deyirmiş: "dağ gülür”, axşam pıçıldayırmış: "dağ ağlayır”.

"...bura Şuşadır. Bazarda şorsatan da  “Bayatı Şiraz” üstündə oxuyur"

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz