» » Mirzə Ələkbər Sabir haqqında məşhur fikirlər

Mirzə Ələkbər Sabir haqqında məşhur fikirlər

 
Mirzə Ələkbər Sabir çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək onu ictimai məfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət tapmışdır.

İlham Əliyev 
Mirzə Ələkbər Sabir haqqında məşhur fikirlər

Sabirin satirası kapitalist və mülkədarların zülmü altında inləyən fəhlə və kəndlinin iztirablı həyat şəraitinin təcəssümüdür və şairin böyüklüyü orasındadır ki, o, öz mübariz satirasını çar irticasının ağır illərində yaratmışdır. Sabir bütün şeirlərində zalimlərə zərbə vurmuş, məzlumların dadına çatmaq istəmişdir. Bu əsrdə onun qədər inqilaba, öz xalqına yaxın olan ikinci bir qələm sahibi tapılmaz! Sabir fəhlə və kəndli sinfinin ağa və mülkədar zülmü altında çəkdiyi məşəqqətləri əyani və canlı şəkildə göstərən şairdir.
 
Nəriman Nərimanov 
Mirzə Ələkbər Sabir haqqında məşhur fikirlər

Əlli il bundan əvvəl Sabir kimi bir ədib bizdə zühur etsə idi, yazıları indiki kimi xalq tərəfindən qəbul edilsə idi, biz əlli il qabaq düşmüş olardıq.

Ağalibəy Haceh

Mirzə Ələkbər Sabir haqqında məşhur fikirlər

Sabirin əsərləri o qədər sadə, rəvan, xəlqi, aqilanə və qorxmaz ruhdadır ki, azadlıq sevən hər bir insanın ürəyinə yol tapır. Bu səpkidə müstəqil əsərlər yazmaqda mənə Sabir yol göstərmişdir. Bu sahədə mən onun ustalığına minnətdaram. İranın digər satirikləri də mənim kimi. Orta Asiyanı dolaşdığım illərdə gördüm ki, o yerlərin satirik əsərləri də qətiyyən Sabir təsirindən xaricdə deyildir. Əbülqasım Lahuti Sabir yeni ədəbiyyatımızın rəhbəri, acı-acı gülüşləri ilə öz xalqını oyadan bir şair idi.

Məmmədhəsən Hacınski 
Mirzə Ələkbər Sabir haqqında məşhur fikirlər

Sabir filosofdur, mürəbbidir, inqilabçıdır hamısında da səmimidir. Yusif Vəzir Çəmənzəminli 4 Həcvləri ilə xalq həyatını yüngülləşdirib təhzib-əxlaqa xidmət edəcək bir həcvi ancaq Sabir yarada bilmiş, məzhəkənəvisliyin yeni dövrü ancaq Sabirdən başlanmışdır.
 
Məmməd Səid Ordubadi 
Mirzə Ələkbər Sabir haqqında məşhur fikirlər

"Hophopnamə”nin döymədiyi qapı, girmədiyi ev qalmadı, onu oxuyanlar da sevdi, oxudanlar da. Zamanında heç bir şair özünü böyük Sabir qədər xalqa sevdirməmişdir.
 
Abdulla Şaiq 
Mirzə Ələkbər Sabir haqqında məşhur fikirlər

Sabirin hansı mənzuməsini alırsınız alınız, o, sizin üçün tarixi bir sənəddir. O elə bir sənəddir ki, 1906-1911-ci illərdəki xalqımızın əhvaliruhiyyəsi, ictimai həyatı, düşüncəsi tamamilə onda nəzərimizə çarpacaqdır. Sabir şairliyi, sənətkarlığı xalqın intibahı uğrunda çalışmaqdan, onu qəflət yuxusundan ayıltmaqdan ibarət bilmişdir. Seyid Hüseyn Zəngin yaradıcılıq ənənələri və böyük tarixi olan Azərbaycan poeziyası əsrlərin qoynunda bir dağ silsiləsi kimi yüksəlirsə, Mirzə Ələkbər Sabir onun ən uca, ən işıqlı və əzəmətli zirvələrindən biridir.
 
Mirzə İbrahimov
 Mirzə Ələkbər Sabir haqqında məşhur fikirlər

Sabir yalnız Azərbaycanın deyil, Orta Asiyanın, Yaxın Şərqin ən böyük, ən görkəmli şairlərindən biridir. Sabiri əslindən oxuyub anlaya bildiyim üçün qəlbimdə sevinc duyuram. Sabirin azadlıq, xalq mənafeyi, demokratiya uğrunda istibdada, dərəbəyliyə, qara qüvvələrə və burjua liberalizminə qarşı apardığı mübarizə mənim vətənimdə eyni yolda döyüşənlər üçün sınanmış bir silahdır... 1908-ci il inqilabından əvvəl və sonra Sabir Türkiyədə yalnız tərəqqipərvər ziyalılar arasında deyil, xalq kütlələri arasında məhəbbətlə, həyəcanla oxunan bir şair idi... Sabir bu gün də Türkiyə xalqının milli istiqlaliyyət, demokraiya, azadlıq uğrunda apardığı mübarizənin ön sıralarında döyüşməkdədir. Biz, Türkiyənin həqiqi demokratları Sabiri sevirik, Sabirə hörmət bəsləyirik. Şairlərimiz, yazıçılarımız Sabiri öz ustadlarından biri hesab edirlər.

Nazim Hikmət 
 Mirzə Ələkbər Sabir haqqında məşhur fikirlər

Sabir köhnə şeirlə yeni şeir arasında bir əsrlik qədər uçurum açdı ki, bir daha geri dönüb də, o uçurumu atlanmağa kimsədə cürət və cəsarət qalmadı. Sabirin əsərləri İran məşrutəsinə bir ordudan artıq xidmət etmişdir. Bir kərə düşünülsün, ədəbiyyatımızda nə qədər böyük təsir, nə qədər əzim bir inqilab vücuda gətirmiş!...
 
Abbas Səhhət
 Mirzə Ələkbər Sabir haqqında məşhur fikirlər

Mən Sabiri Tiflisdən Şamaxıya, yəni məzari-ədəmə doğru yollandığı sırada görmüşdüm. O, lətif və düşgün sima hala gözümün önündə təcəssüm edib duruyor. Qafqaz öylə nadir vücuda pək çətinliklə malik ola bilər.
 
Hüseyn Cavid

Mirzə Ələkbər Sabir haqqında məşhur fikirlər

  

Müxtəlif mənbələrdən

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz