» » Azərbaycan gimnastı beynəlxalq turnirdə qüvvəsini sınayıb

Azərbaycan gimnastı beynəlxalq turnirdə qüvvəsini sınayıb

Müəllif: Vüsal от 10-04-2017, 20:30

Azərbaycan gimnastı Samirə Qəhrəmanova Belarusun Mogilyov şəhərində keçirilən qadın idman gimnastikası üzrə açıq respublika çempionatında iştirak edib.
AZƏRTAC xəbər verir ki, qadın idman gimnastikası ölkəmizdə 2013-cü ildən inkişaf etdirilməsinə baxmayaraq, Azərbaycan məktəbinin yetirməsi artıq beynəlxalq arenada öz qüvvəsini sınayıb.
S.Qəhrəmanova şəxsi karyerasında ilk dəfə olaraq beynəlxalq turnirdə çıxış edib. O, Ukrayna, Latviya, Özbəkistan, Türkmənistan və Belarusdan olan idmançılarla mübarizə apararaq üç final mərhələsinə yüksəlib. Ən yaxşı nəticəni dayaqlı tullanma hərəkətlərində göstərən gimnastımız altıncı yerdə qərarlaşıb.

Azərbaycan gimnastı beynəlxalq turnirdə qüvvəsini sınayıb

Mənbə:http://azertag.az/xeber/Azerbaycan_gimnasti_beynelxalq_turnirde_quvvesini_sinayib 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz