» » "Ana və Uşaq" təbrik edir

"Ana və Uşaq" təbrik edir

"Ana və Uşaq"  təbrik edir

Mən ali məktəbi bitirəndə 25 yaşım vardı: heç hələ tamam deyildi.Getdim rayonda təyinat müddətini başa vurdum və 28 yaşımda Bakıya köçdüm. İndi kiçik oğlumun 32 yaşı tamam olur. Doğrudan dünya fırlanır.
Fırlansın, başına dönüm dünyanın, qoy fırlansın: istər sağdan sola, istərsə soldan sağa.
Sadəcə, məni də yedəyinə almağı unutmasın. Hələ 3 nəvəmi, inşallah, gəlin köçürəcəm, 2 gəlin də özümüzə gətirəcəyəm. Buna möhlət versin mənə. Sonra deyəcəm, saxla arabanı, düşmək istəyirəm....
Vüsal, doğum günün mübarək...
Sənə cansağlığı, uzun ömür, müdriklik və səbir arzulayıram.

"Ana və Uşaq"  təbrik edir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz