» » " Sevişmək" sözü də, hissi də arqolaşdırılır

" Sevişmək" sözü də, hissi də arqolaşdırılır

" Sevişmək" sözü də, hissi də  arqolaşdırılır

Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil.
Füzuli, eşq zövqün zövqi-eşqi var olandan sor.

Böyük Füzuli demişdi bunu. Bəlkə onda məhəbbət özü də indiki qədər qoca deylmiş. Daha cavan imiş, fəqət,  zirvəsi fəth edilməmiş deyildi. Lap Plotonik eşq mərtəbəsinə qədər.
"Leyli və Məcnun”da bunun təsirli bir epizodu var: sevdiyi qədər də başı bəlalar çəkən Leyli bi dəfə dərdini dağıtmaq üçün səhraya üz tutur . Heç şübhəsiz ki,  Leyli səhrada  sevgilisinə rast gələ biləcəyinə ümid edib və  həqiqətən də, səhrada Məcnuna  rast gəlib.  Amma həsrətdən zəifləyib məcnun halına düşmüş Qeys ondan qaçır. Leylisinə bildirir ki, artıq onun vüsalı ilə deyil, xəyalı ilə yaşamaq istəyir. Siz eşqin paklığına baxın: yayın istisində uzaq yolu piyada başa vuran yolçu mənzil başında kəhrizə rast gəlib qollarını çırmalasın və əl-üzünü yusun, sonra da ovuclayıb o ki var içsin. Bu yolçu üçün yolun başlanğıcında suya olan ehtiyacla son ucda doyunca içdikdən sonrakı ehtiyacla eyni ola bilməz axı. Məcnun da belə düşünür. Eşq onu elə hala gətirmişdir ki, o yəqin edir ki, Leylisilə cismani olaraq birləşsə, onu səhralara salan eşqdən soyuda bilər, qoy elə sevdiyimin, sevgimin xəyalı ilə yaşayım, sevgim şiddətindən enməsin. Bunlar orta əsrlərdə yaranan eşq fəlsəfəsi idi. Üstündən əsrlər keçməsinə baxmayaraq, hər iki aşiqin bu gün də eşq simvolu kimi yaşamasının səbəbi də sevgiyə münasibətləri ilə bağlı idi. Varmı indi belə eşq? Əksinə, günümüzdə zifaf gecəsinə qədər hisslərinə təslim olan sevgililər var, sevgimi bu?
Bu gün sevgi kimi ülvi bir hissin dəyərsizləşməsi, ailə münasibətlərinin möhkəm olmaması daha çox bu dəyərsizliklə bağlıdır.
Düma çox haqlıdır ki, hörmət hissindən məhrum olan məhəbbət çox davam edə bilməz. Hörmətlə tamamlanmayan məhəbbət yüksəyə qalxa bilməz; o, təkqanadlı mələk kimidir.
Elə bu yazımızın qələmə alınma səbəbi də sevgi anlayışınım cılızlaşdırılmasına, bir növ, münasibət bildirməkdir.
Məsələn, indi qeyd edəcəyim sərlövhələrə və ayrı-yrı mətnlrdən seçdiyimiz sitatlara birlikdə diqqət edək:

"Sevişmək istəyənlər baxsın... ”, "Sevişmək öpüşməkdən başlayır (+18)”, "Sevişərkən işıq yansın, ya sönsün?”, "Ən yaxşı sevişən peşə sahibləri hansılardır? ”
"Yataq səhnəsi bir çox filmlərin vaz keçilməyən hissəsidir. Əsas qəhrəmanların sevişmə səhnələri bəzən o qədər səmimi olur ki, onların ehtirası insanlara keçir və…”
"Öz ölkəsində sevişdiyi qadına verdiy pulla o cür məkanlarda 3-4-ü ilə sevişər. Filippin, Malayziya və digər ölkələrə səfər edənlər o qəbildəndir.”

" Sevişmək" sözü də, hissi də  arqolaşdırılır
"Lakin sevəndə də ölümünə sevirdi deyə ayrıla bilmridim ondan.”
"O gecə anama yalandan rəfiqəmgildə qlıram-dedim.Gecə səhərə qədər sevişdik . O mənim ilk eşqimin yanğısı idi,mən də onun.Nə isə..”
"Ledi Qaqa jurnalın 16-cı üz qabığı üçün verdiyi poza haqqında "Bu fotonu çəkməmişdən əvvəl Taylor ilə sevişdik” – deyə bildirib.”
"Əvvəl maşının içində bir az sevişdik. Ərim məni yaxşı sevişmədiyim üçün aldatdığını demişdi. Burada bütün bacarığımı göstərdim, uşağı seks oyunlarımla sanki uçurtdum. Torpağın üzərində dəlilər kimi sevişdik. Qadın olmanın sevişmənin ilk dəfə fərqinə vardım. "
"Sən nə geymisən, əhvalın necədi, mənə nələr dedin, neçə dəfə və hansı duruşda sevişdik… .... Onun sənə çoxlu sualı olacaq, həyatdan baş çıxarmaq istəyəcək.”
"Tuba Büyüküstün-Saylanla eşq yaşadığım barədə xəbərlər dərc edilib...” Bu günə kimi susmaq əsas prinsipim olub. Ancaq hazırda evli olan bir xanımla şəxslən əlaqəm və münasibətimin olmadığını bəyan edirəm. yayılan xəbərlər həqiqəti əks etdirmir”.
Məncə, istər təqdim etdiyimiz başlıqlarda, istərsə də sitatlarda verilən "sevişmək” ifadələri uğurlu seçilməyib, əksinə, bu mətnlərdə insan həyatını mənalandıran böyük eşq arxa plana keçirilib, əza həzzinə daha həssaslıq yaradılıb. Başlıqları və sitatları oxuyan hər kəs bunu belə başa düşəcək.

 

" Sevişmək" sözü də, hissi də  arqolaşdırılır

Ruscadan tərcümənin xətalarıdır bunlar. Ruslar ” любовью заниматься” deyəndə "sekslə məşğul olduq " anlamı, bu fəaliyyət başa düşülür, yəni, bunun sevgiyə dəxli yoxdur.
Və yaxud son günlər informasiya vasitələrində keçmiş baketbolçu İbrahim Qutluay türk kinosunun məşhurlarından hesab edilən türkiyəli aktrisa Tuba Büyüküstünlə sevgili olması ilə bağlı yayılan xəbərlər yayılmaqdadır. Yazıların birinin sərlövhəsi belədir: ""Tuba ilə eşq yaşamıram...”
Bir çox türk saytlarında da bu yazını aradım, təxminən 10-a yaxın xəbərə baxdım : hamısında belə yazılmışdı: "İbrahim Kutluay ve Tuba Büyüküstün yasak aşk mı yaşıyor?
” Bizim kütləvi informasiya vasitələrində verilmiş variantla tük variantı arasında kəskin fərq var. Qrafik olaraq bu fərq "yasaq” ifadəsi ilə diqqətə gəlir. Amma məna baxımından, məntiq baxımından bizim saytdakı variant dolayısı ilə öz-özünü inkar edir.
Türk saytlarında verilən başlıq bu xəbəri bir fərziyyə, güman kimi irəli sürür: " İbrahim Qutluay və Tuba Böyüküstün yasaq eşq yaşayırmı? ” Yəni, ailəli qadının digər kimləsə yaxınlığı normal hal deyil. Çəmiyyətin ölçüləri, ailə ənənələri bunu yasaq hesab edir. Göründüyü kimi, başlıqda hərəkətə, əmələ uyğun da ifadə forması seçilib.

 

" Sevişmək" sözü də, hissi də  arqolaşdırılır

"Tuba ilə eşq yaşamıram...” başlığı isə məsələni dəqiq ifadə etmir. İki ailəli adam bir-birilə necə eşq yaşaya bilər və yaşasaydılar, bunu eşq adlandırmağa necə qıyardıq ?
Mən kiminsə ailə həyatı haqqında bu və ya digər rəy söyləmək fikrindən uzağam. Söylədiklərim dil baxımından fikrin doğru-düzgün istifadəsinə aiddir.
"Bu fotonu çəkməmişdən əvvəl Taylor ilə sevişdik”. Axı sevişmək belə ola bilməz. Foto çəkilməyin sevgiyə nə idiyyəti ola bilər?
Bir neçə il öncə satlarımızın birində "Səni sevmək” adlı şeir oxumuşdum (Müəllifi yazılmamışdı deyəsən):

Səni sevmək nəymiş, gülüm?!

Səni sevən  nə bəxtəvər bəymiş,gülüm?!

Sevgi adı gələn yerdə-əyilməyən palıd belə,

Qamətini əymiş,gülüm.

Könül səni sevən gündən,məni təbrik etmək üçün

Yer ilə Göy,dağ ilə daş bir-birinə dəymiş, gülüm.

Gəl görüşək-görüşümüz saz havası,

Həsrətimiz dil-dil ötən bir yanıqlı  neymiş,gülüm.

Səni sevmək-bir ömürdə minbir  ömür yaşamaqmış,

Səni sevmək-dağ yükünü quş yükütək daşımaqmış,

Səni sevmək -"Kərəmi"ni Kərəm kimi çalmaq imiş,

Səni sevmək-Məcnun olub səhralarda qalmaq imiş,

Səni sevmək-qartal olub dalğaların sinəsində

                                    sevda yolu salmaq imiş

Leylisənmi?!Əslisənmi?! Zöhrəsənmi?!

Ulu sevgilər içindən təzə çıxan pöhrəsənmi?!

Səni sevmək-Göydən uca,yerdən dərin olmaq imiş

Sudan duru,baldan şirin olmaq imiş,

Günəş olub dan yerindən doğmaq imiş,

İşıq olub zülmətləri boğmaq imiş,

Səni sevmək-

         heç bilmədim ucuz nədir,baha nədir

Daha nəyi demək olar?!

Səni sevmək mən bilmirəm daha nədir,

Bircə onu bilirəm ki, səni görən gündən bəri

Ömrümüz də, günümüz də

Sevgimiz də şəhanədir......

 

Dörudan da, belə sevgi şəhanədir.
"Ledi Qaqanın "bu fotonu çəkməmişdən əvvəl Taylor ilə sevişdik” cümləsindəki sevişmək bu şəhanəlikdən çox-çox uzaq və bayağıdır.
Yaxşı olar ki, müxtəif saytlar, ayrı-ayrı müəlliflər yazılarında bu məqama diqqətli olsunlar. Dilimizin o qədər imkanları var ki. Həyat, tale müəyyən edən, insanları bir-birinə bağlayan sevgi hissinin bu şəkildə arqolaşmasına yol vemək olmaz.
 
" Sevişmək" sözü də, hissi də  arqolaşdırılır

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz