» » Uşaq İtkin düşərsə, valideynlər necə hərəkət etmək lazım olduğunu bilirlərmi?

Uşaq İtkin düşərsə, valideynlər necə hərəkət etmək lazım olduğunu bilirlərmi?

Müəllif: Anaveusaq.az от 7-02-2017, 08:00
Uşaq   İtkin düşərsə,  valideynlər necə hərəkət etmək lazım olduğunu bilirlərmi?

Hər gün nəvələrimi açıq havaya çıxardıram. Həm uşaqlar təbiətin qoynunda olur, həm də özüm gündəlik gəzinti payımı yerinə yetirirəm. İki gün öncə, gördüm ki, 2-3 1qadın, yanlarında da 5-6 uşaq narahat halda ora-bura vurnuxurlar. Uşaqlardan nə olduğunu xəbər aldlm.Qarşıda yeni tikilmiş binaları göstərib dedilər ki, o binada yaşayan uşaq itib. 5 saatdan artıqdır ki, yoxdur. Və onlar da xalaların dalınca qoşulub gümn gələn yerlərə getdilər. O gün bir xəbər öyrənə bilmədim. Gecəni narahat yatdım. Səhər gəzintisində balacamı da götürüb həmin binanın həyətinə getdim: yeni tikilmiş 3 onaltı mərtəbəli binanın həyətində 2-3 nəfərdən soraq etdim, həyətdəki mağazadan sordum: xəbərsiz olduqlarını dedilər. Allah etsin, salamatçılıq olsun, tapılmış mənim bilib-bilməməyimin bir təfavütü yoxdur. Amma fürsətdən istifadə edib bu narahatçılığımı ifadə edəcəyəm. Allah heç kimin başına bu cür hadisə gətirməsin. Amma indiki analar çox məsuliyyətsizdirlər. Öz həyətimizdə müşahidə edirəm. Marketlərə tək gedib-gələn çocuqları görəndə hökmən söhbətə tuturam. Nə ürəklə belə azyaşlı uşağı mağazaya göndərirlər, həyətə buraxırlar, anlamıram.
Və yaxud həyətdə fikir verirəm: uşaqları burxıb özləri verirlər baş-başa (aralarında günəbaxan tumu çırtlyan da olur), heç inanmıram ki, hansısa vacib əhəmiyyətli bir məsələ haqqında bildiklərini bölüşürlər. Elə bir vacib məsələ düşünə bilmirlərsə, birini diqqətə biz çatdıraq:
uşaqlar itməsini dərk etdiklərində nə etməlidirlər, valideynlər nə etməlidirlər? Beləliklə, bu mğvzuda eşidib-bildiyimiz 10 "qızıl qayda”nı diqqətinizə çatdırırıq. Bu qaydalar həm də itkin düşməni önləyən addəmlar kimi də xarakterizə oluna bilər. Ola bilər ki, sizin də faydalı təklifiniz ola bilər. Elə isə buyurub bizə bildirin.
 
Uşaq   İtkin düşərsə,  valideynlər necə hərəkət etmək lazım olduğunu bilirlərmi?
Beləliklə,10 "qızıl qayda”:

1. Uşaqlarınıza təhlükəli yerlər haqqında məlumat verin, dağıdılmış, insqnların yaşamadıqları və ya seyrək yaşadıqları küçələrə, tikinti aparılan və tərk edilmiş yerlərə getməmələrini öyrədin.
2. Uşaqlarınıza tanışı bir adamla belə olsa, heç bir yerə sizin razılığınız olmadan getməmələrini tapşırın.
3. Uşaqlarınıza tanımadıqları kəslərdən yemək, içki, dərman kimi maddələr almaması lazım olduğunu öyrədin.
4. Səs bir imdad çağırışı ola biləcəyini uşaqlarınıza izah edin. Çətin vəziyyətlərdə qışqıraraq kömək istəməsi haqqında məlumat verin.
5. Uşaqlarınıza adını, soyadını, ailə fərdlərinin ad, soyad və ünvanlarını öyrədin. Bu məlumatları polis , fövqəladə hallar əməkdaşlarına verə bilmək üçündür. İnternet, sosial media mühitində isə tanımadığı kəslərlə fotoşəkil, ünvan, məktəb və şəxsi məlumatları paylaşmaması lazım olduğunu izah edin.
6. Uşaqlarınıza evdə tək qalanda tanımadıqları şəxslərə qapını açmamalarını qəti olaraq tapşırın.
7. Parkda və ya çöldə oyun oynayarkən uşaqlarınızı davamlı izləyin. Gün içində etdiklərindən xəbərdar olun. Yoldaşlarının və ailələrinin adlarını, telefon nömrələrini və ünvanlarını asanca çata biləcəyiniz bir yerdə saxlayın.
8. Təhlükəsizlik əməkdaşları, polis idarələri haqqında uşaqlarda anlayış yaradın, bunu uşaqlara tanıdın. Məktəb, xəstəxana, polis bölməsi kimi kömək istəyə biləcəkləri yerləri uşaqlarınıza öyrədin.
9. Uşaqlarınıza itkin düşdüklərini yəqin etdiklərində olduqları yerdən uzaqlaşmaması lazım olduğunu izah edin.
10. Uşaqlarınızı birinə əmanətə etmək məcburiyyətində qaldığınızda davamlı o adamla ünsiyyət halında qalın.

Uşaq   İtkin düşərsə,  valideynlər necə hərəkət etmək lazım olduğunu bilirlərmi?

Uşaq   İtkin düşərsə,  valideynlər necə hərəkət etmək lazım olduğunu bilirlərmi?

Qeyd: Yazı türkcədən tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz