» » "Bir buluduq göy üzündə; Yağış məndə, dolu səndə..."

"Bir buluduq göy üzündə; Yağış məndə, dolu səndə..."

Müəllif: Samirə от 5-02-2017, 00:10
"Bir buluduq göy üzündə; Yağış məndə, dolu səndə..."

Aşağıdakı suallardan biri və ya da daha çoxunun cavabı "bəli" isə, yox olub getmiş bir əlaqəni davam etdirməyə çalışırsınız. Yəni "tamam” demənin vaxtı çoxdan gəlmiş.

Məsələn:
- əgər əlaqənizdəki sevginin ölçüsü deyişdisə və onu bir dost və ya qardaş gözüylə sevməyə başladınızsa;
- sədaqətsizliyə uğradınızsa;
- artıq qarşınızdakı insana heç güvənmirsinizsə,
- yalanını tutdunuzsa;
- ağzınızdan çıxan hər söz ona ağır gəlirsə;
- xarici görünüşünüzə davamlı şəbədə qoşursa;
- eyni anda fərqli "iki dil" danışır kimi hiss edirsinizsə,
- yolunuza o olmadan davam etmək daha sakit-salamat gəlirsə;
- sizə qarşı davamlı tərs və əsəbi davranırsa;
- üzərində danışmanız lazım olan mövzuları dhər zaman təxirə salırsa;
- hər danışmaı mübahisəyə çəkirsə;

"Bir buluduq göy üzündə; Yağış məndə, dolu səndə..."

- baş-başa olmaqdan, birlikdə məsləhətlər etməkdən qaçırsınızsa;
- həddindən artıq qısqanclığa məruz qalırsınızsa;
- dəyər verdiyiniz hər şeyin əlinizdən alındığına şəkk-şübhə yoxdursa;
- ən kiçik problemlərdə belə sizi günahlandırırsa;
- artıq onunla ünsiyyət qura bilmirsinizsə;
- anlamsız bir şəkildə ürəyiniz qırılır, kədərlənir və acı çəkirsinizsə;
- əlaqəniz sizi yorursa, tez-tez qaçıb uzaqlaşmaq istəyirsinizsə;
- etdiyiniz fədakarlıqları və göstərdiyiniz anlayışlardan sui -istifadə etdiyini düşünürsünüzsə;
- sanki bir səhv skaner kimi hər cüzi xətaları qeyd edib bayrağa çevirirsə;
- artıq onunla bir gələcəyə ümidiniz qalmat=yıbsa;
- əlaqəni normaya salmaq üçün səy edən tək adam sizsinizsə;
- bir anlıq da olsa ağılınıza başqasıyla daha mı xoşbəxt olardım fikri gəlirsə;
- artıq vəziyyəti normallaşdırmaq üçün bir səbəbiniz qalmadığını düşünürsünüzsə....(((((

Davam etmək üçün ...

Aşağıdakılardan bir və ya daha çoxunun cavabı "bəli" isə ayrılıq qərarı almadan əvvəl bir dəfə daha dayanıb düşünməniz lazımdır. Əlaqənizdəki problemlərə baxmayaraq, bir-birinizi hələ sevir və birlikdə olmaqdan xoşbəxtsinizsə, hər şeyə baxmayaraq "davam etməyi" qəti olaraq qərara almalısınız.
Bu ümid bağlılıqları aşağıdakılardır:

- sizi üzməyən müəyyən səhvlər edir və kiçik yalanlar söyləyirsə;
- sizə həyat yolunda köməkçi olur, qoruyur, dəstək olur, ancaq hirs anında incidici sözlər söyləsə də, təhqirə yol vermirsə;
- sizə hər zaman haqq etdiyiniz dəyəri verir, amma xüsusi günləri unudursa;
- iş və ya ailə qayğılarından vaxt tapıb sizə kifayət qədər zaman ayıra bilmirsə;
- qarşınızdakı insana olan marağınıza və sevginizə özünüzdə bir azalma yoxsa;
- onu itirmək və yalnız qalmaq düşüncəsi sizi qorxudursa;
- əlaqələrinizi normallaşdırmağa səy etdiyiniz cəhdlərə inanırsınızsa;
- bir-birinə olan hörmətinizi qoruduğunu görürsünüzsə;
- aranızdakı güclü fiziki cazibə davam edirsə;
- hər şeyə baxmayaraq, sizə olan sevgisini bilir və hiss edirsinizsə;
- qarşınızdakı insanı yalnız yaxşı vaxt keçirdiyiniz birindən daha çox, həyatınızı paylaşacağınız bir yol yoldaşı olaraq görürsünüzsə, şeytana dil çıxarın.. Anlamaq, bir-birinizi qəbul etmək və sevmələ sabahlara addəmlamaq lazımdır.

"Bir buluduq göy üzündə; Yağış məndə, dolu səndə..."

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz