» » Qadın - kişi münasibətlərində ənənəni pozan kənd

Qadın - kişi münasibətlərində ənənəni pozan kənd

Qadın - kişi münasibətlərində ənənəni pozan kənd

Amasyanın Qaratəpə kənd muxtarının (rəhbər) qadınlara aid etdiyi layihəyə görə, yaşayan qadınlar hər çərşənbə axşamı günü kənd gecə klubunda görüşərək okey (domino oyunu) oynayarkən kişilər də evlərində təsərrüfat işlərini görülər.
İtaliyada 32 il çalışdıqdan sonra məmləkəti Amasya Merzifon mahalının inzibati bölgüsünə aid olan Qaratəpə kəndinə dönən Rumi Ərikçi muxtar seçildikdən sonra kəndindəki qadınlara istiqamətli bu maraqlı layihənin həyata keçirilməsinə nail olmuşdur. O, əvvəlcə layihəsini 276 əhalisi və 100 evi olan kəndin kişilərinə paylayıb onların münasibətini öyrənmiş və kişilərin dəstəyini alandan sonra kənddə hər çərşənbə axşamı günlərini "Qadınlar günü "elan etmişdir.
3 ay məscid radio qovşağından edilən anonsdan sonra kişilər kənd meydanından evlərinə dağılmış və qadınlar günorta saatlarında muxtarlıq binasına bitişik gecə klubuna toplanmağa başlamış və getdikcə bu, nizamlı qaydaya çevrilmişdir. Qadınlar bura gələndə evdən özləri ilə yemək gətirir və bu yeməkləri birlikdə yeyirlər. Klubda qadınlar saatlarda oyun oynayır, kitab oxuyur, sonra yenidən evlərinə dönürlər.

Qadın - kişi münasibətlərində ənənəni pozan kənd

Digər günlər rəfiqələri ilə birlikdə tarlada çalışdıqlarını, gecə klublarında ancaq çərşənbə axşamı günü görüşdüklərini bildirən iki uşaq anası Beyhan Çopur daha sonra demişdir: "Evdən şirniyat, biskvit gətirib çayla içirik. Söhbət edirik, okey (domino) oynayırıq, müəyyən şeylər toxuyuruq, kitab oxuyuruq. Bəylər evdə, ya da tarlada işi olan tarlada işlə məşğul olurlar. Çərşənbə axşamı günləri bəylər ev işlərinə, toyuq- cücəyə də baxırlar ".
3 uşaq anası Səlma Cələp isə birlikdə toxuma bacarıqlarını paylaşdıqlarını, gələcəkdə qurulması planlaşdırılan kooperativ üçün fikir mübadiləsi etdiklərini söyləmişdir.
Çərşənbə axşamı günləri kişilərə küçələrə çıxmaq qadağan edilir.
Kəndin yaşlılarından olan Nurəddin Uz də çərşənbə axşamı günləri qadağan olduğu üçün küçəyə çıxmadığını bildirmişdir.
Tarlada təcili bir işi olmadığı olmazsa, çərşənbə axşamı günlərini ancaq evdə keçirdiyini dilə fətirən kənd sakini Tuncay Çopur isə demişdir: "Evi süpürürük, qab-qacaqları maşınla yuyuruq, toz alınacaq yerlərin tozunu alırıq. Bu gün xanımlarımızın edəcəyi işləri biz edirik. Xanımlar isə hər həftənin çərşənbə axşamı günündə kənd gecə klubunda yoldaşlarıyla görüşür, şənlənirlər”.
Muxtar (kənd rəhbəri) Rumi Ərikçi bu layihənin mahiyyəti haqqında kənd camaatına danışarkən onlar da bu layihəni bəyənmiş:"Əsl qadın hüquqlarıdır, çox yaxşı düşünmüşsün”,- demişlər. Ərikçi demişdir: "Məni dinlədikləri üçün onlara hörmətlər bildirirəm. Analar günü - Qadınlar günü ildə bir dəfə olur. 365 gün qadınların və anaların günüdür onsuz da, onlar hər gün işləyirlər. Biz, sadəcə, həftədə bir günü onlara ayırdıq. Bunda məmnunluq duyuram ".
Qadınlara şiddət hadisələrini da xatırladan Ərikçi daha sonra demişdir: "Çox təəssüf ki, Türkiyədə qadınlara hələ də şiddət tətbiq olunur. Mən bu şiddəti şiddətlə qınayıram."

Qadın - kişi münasibətlərində ənənəni pozan kənd
Qeyd: Yazı türkcədən tərcümə edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz