» » Qadın olmaq üçün ən yaxşı 20 ölkə

Qadın olmaq üçün ən yaxşı 20 ölkə

Qadın olmaq üçün ən yaxşı 20 ölkə

 

İngilis "The Independent” qəzeti, bir araşdırma etdirərək "qadın olmaq üçün ən yaxşı 20 ölkə" ni təyin etmək üçün maraqlı bir araşdırma aparmışlar.
Siyasətçi olmaq üçün Ruanda, uşaq dünyaya gətirmək üçün Yunanıstan, həyat yoldaşından ayrılmaq üçün Guam və pul qazanmaq üçün Lüksemburq qadınlar üçün ən yaxşı ölkələr seçilmiş.

Araşdırma nəticələri belə olmuşdur:

* Qadın-kişi bərabərliyi üçün -İslandiya
Sağlamlıq, siyasət, təhsil və məşğulluqla bağlı göstəricilərə görə İslandiya qadın və kişilər arasındakı bərabərlik mövzusunda birinci sırada yer almışdır.

* Siyasətçi olmaq üçün: Ruanda
Ruvanda dünyada qadınların parlamentdə əksəriyyət təşkil etdiyi yeganə ölkədir. Ölkə Məclisindəki 80 kreslonun 45-i qadınlara aid olduğu bilinir. İngiltərə bu göstəriciyə görə, Birləşmiş Ərəb Əmirlikləri və Pakistanın sonra 45-ci sırada qərarlaşmışdır.

* Ana olmaq üçün: Norveç
Norveç doğum zamanı yaşanan körpə ölümləri nisbətinə görə ən aşağı nisbətə sahib ölkədir. Ölkədə 7 min 600 doğumda bir körpə ölümünə rast gəlinir. Bu araşdırmada ən geridə qalan ölkə Əfqanıstan olmuşdur.

* Oxumaq və yazmaq üçün: Lesoto
Lesotoda (Cənubi Afrika) qadınlar arasındakı savadlılıq dərəcəsi kişilərdən daha çoxdur. Ölkədəki qadınların yüzdə 95-i savadlıdır ... Kişilər arasındakı savadlılıq dərəcəsi isə yüzdə 85 nisbətindədir.

* Dövlət başçısı olmaq üçün: Şri - Lanka
Şri Lanka tam 23 ildir qadınlar tərəfindən idarə olunur.
 

 

Qadın olmaq üçün ən yaxşı 20 ölkə

 

* İncəsənət fəaliyyətləri üçün: İsveç
İsveçdə qadın və kişilər arasındakı bərabərliyi dəstəkləmək üçün, xüsusilə sənət sahəsində qadınlara istiqamətli təşviq var. Ölkə İncəsənət Şurasının qadınlara istiqamətli təhsil proqramları təqdim edir.

* Ən üstün səviyyədə idarəçi olmaq üçün: Tailand
Taylandda qadınların yüzdə 45-i təşkilati şirkətlərdə ən üstün səviyyələrdə idarəçi olaraq çalışır.

* Uşaq doğmaq üçün: Yunanıstan
Yunanıstan, doğum əsnasında ana ölümü mövzusunda riskin ən az olduğu ölkələrdən biri. Ölkədə 31 min 800 doğumdan bir ananın həyatını itirməsi halı var.

* İqtisadi iştirak üçün: Bahama adaları
Bahamada iqtisadiyyatda qadın işçilərin çox olması baxımından önə çıxan ölkələrdən biridir.

Qadın olmaq üçün ən yaxşı 20 ölkə

 

* Seçmə haqqı üçün: İsveç
İsveçdə qadınlara hamiləliyinin ilk 18 həftəsinə qədər rəsmi olaraq abort haqqı təqdim edir və abort üçün hər hansı bir zəruri səbəb istənilmir.

* Jurnalist olmaq üçün: Karib adaları
Karib adaları televiziya, radio və qəzetlərində nümayiş olunan xəbərlərin 45 faizi qadınlar tərəfindən hazırlanır.

* İş qüvvəsindən istifadəyə görə: Burundi
Burundi Afrikada qadınların məşğulluq gücündən yüzdə 92 nisbətində istifadə olunan bir ölkədir.

* Pul qazanmaq üçün: Lüksemburq

Lüksemburq gəlir baxımından Norveç ilə birlikdə birinci sıradadır. Ölkədə qadınların illik gəliri orta hesabla 40 min dollardır. Qadınlar və kişilər eyni nisbətdə qazanırlar.

* Universitetlərdə təhsil almaq üçün: Qatar
Qatarda universitetlərdə təhsil alan qadınların kişilərə nisbəti altıya bir nisbətinə uyğun gəlir.

* Uzun ömür yaşamaq üçün: Yaponiya
Yaponiyada qadınların orta ömrünün 87 ildir və onlar kişilərdən 7 il daha uzun yaşayır.
 

Qadın olmaq üçün ən yaxşı 20 ölkə

* Boş zaman üçün: Danimarka
Danimarkada qadınlar əyləncə üçün kişilərdən çox daha çox vaxt sərf edir. Ölkədə qadınlar hər gün ödənişsiz işlər üçün kişilərdən 57 dəqiqə daha çox çalışır.

* Atlet olmaq üçün: ABŞ
2011-ci ildə edilən bir araşdırmaya görə, idman dünyasının ən çox pul qazanan on qadın atletindən 5-i amerikalı olmuşdur.

* Yoldaşından ayrılmaq üçün: Guam
Ekvatorun şimalında - Filippinin şərqindəki Guam dünyada boşanma nisbətinin ən yüksək olduğu ölkədir.

* Taksi sürücüsü olmaq üçün: Hindistan
Hindistan taksi sürücüsü dünyasında ən çox qadının iştirak etdiyi ölkədir. Bu mövzuda ən pisi isə qadınlara avtomobil istifadə etməni qadağan edən Səudiyyə Ərəbistanıdır!

* Üst səviyyə işlər üçün: Yamayka
Yamayka tənzimləyici, üst səviyyədə idarəçi və müdir kimi peşələrdə fəaliyyət göstərən qadınların kişilərə görə daha çox olduğu bir ölkədir. Qadınların yüzdə 60-ı bu kimi işlərdə çalışır.
 

Qadın olmaq üçün ən yaxşı 20 ölkə

  

 Mənbə:https://insan-insanca.blogspot.com/2016/02/erkeklerin-gelin-oldugu-ve-en-ilginc.html

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz