» » Kişilərin gəlin getdiyi məmləkət

Kişilərin gəlin getdiyi məmləkət


Kişilərin gəlin getdiyi məmləkət

Bu məmləkət dünyanın ən müxtəlif mədəniyyətlərindən birinə sahib olan İndoneziyayanın Sumatra adasıdır. Bu yerlər həm təbii, hə də qeyri-adi həyat formaları ilə hər kəsin diqqətini cəlb edir.
Dünyanın ən böyük altıncı adası olan Sumatra bitki örtüyü ilə ekzotik ölkədir. Bu gün də burada ənənələrindən, inamlarına sədaqətlərindən ailələrinə sədaqətlərinə qədər çox şey dünyadan fərqlidir. 

Kişilərin gəlin getdiyi məmləkət

Sumatra, əvvəldə dediyimiz kimi, yaşıllıq baxımından çox zəngindir, buna səbəb bu ərazinin bol sulu yer olması və ümumilikdə İndoneziyanın yağıntılı ölkə olması ilə əlaqədardır. Bu səbəbdən Sumatraya bolluq və bərəkətin mərkəzi də demək olar.
İndoneziyanın Qərbi Sumatra adasında yaşayan 4,5 milyon əhalili Minangkabau cəmiyyəti dünyanın ən böyük ana qəbilə icmalı yaşayış məskəni hesab edilir.
Evlərin qadınlara aid olduğu, soyun anadan hesablandığı , kişi evləndikdən sonra arvadının ailəsinin evində yaşadığı Minangkabau cəmiyyəti dünyanın marağına səbəb olan cəmiyyətdir. Başqa sözlə, miras tənzimləməsininə görə qəbilə hüququnun anadan qıza keçən Minangkabauda anaya və analıq cəmiyyətinə ən çox dəyər verən qəbilədir.

Kişilərin gəlin getdiyi məmləkət

Kişilərin gəlin getdiyi məmləkət

Ailə quran gənclər toy edərkən gəlin gətirmir, özü qız evinə gedir, qadının soyadını alır.
İslam coğrafiyasındakı qadın həqiqətini özünün çəkdiyi sənədli filmdə lentə alan Ayşe Böhürler İndoneziyanın Sumatra adasında bu dəfə qadınların deyil, kişilərin qadınların söz sahibi olduqları bu hakim rejimdə yaşadıqları ədalətsizliklərə şahidi olduğunu nəzərə çarpdırmışdır. İndoneziyanın 250 milyon əhalisiylə dünyanın ən böyük İslam ölkəsi olduğunu xatırladan Böhürler qeyd edir ki, burada kişinin müstəqil mövqeyi hiss edilmir. Qadınlar hər yerdə və hər vəzifədə sərbəst və imtiyazlıdırlar. İndoneziyada İslamı ən erkən qəbul edən Qərbi Sumatra adasında - Minankabau mədəniyyətinin hakim olduğu bu bölgədə qadın kişiyə hakimdirr. Burada evdən qovulduqları zaman heç bir sosial təminatı olmayan kişilər üçün məscidlərdə sığınma otaqları mövcuddur.
Qadınların hökmlanlıq etdiyi bu torpaqlarda kişilər siyasət və din məsələləri maraqlanarlar. Evlilik məsələsində hər qadının özünə xüsusi yataq otağı vardır. Əri onunla yata bilər, ancaq səhər tezdən oyanıb yeməyə anasının evinə getmək məcburiyyətindədir. Oğlan uşaqları 10 yaşından anasının evindən ayrılır və kişilərlə bərabər həyat və din üzərinə təhsillər alırlar. Qəbilə başçıları kişilər olsa da, rəisləri qadınlar seçir və əgər qadınlar bu başçıların yararsız olduqlarını hiss edərlərsə, həmin an onları vəzifədən ala bilərlər.

Kişilərin gəlin getdiyi məmləkət

Kişilərin gəlin getdiyi məmləkət

Kişilərin gəlin getdiyi məmləkət

Kişilərin gəlin getdiyi məmləkət

Qeyd: Yazı tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz