» » Alimlər qəhvə və çayın ürək üçün faydalı olduğunu sübuta yetiriblər

Alimlər qəhvə və çayın ürək üçün faydalı olduğunu sübuta yetiriblər

Müəllif: Vüsal от 19-01-2017, 00:25
Britaniyalı alımlər müəyyən ediblər ki, çay və qəhvə ürək-damar xəstəliklərinin yaranması riskini azaldır.
Məlum olub ki, bu içkilərin tərkibindəki kofein qan damarlarının iltihabına səbəb olan kimyəvi maddələri zərərsizləşdirir. AZƏRTAC "Daily Mail” nəşrinə istinadla xəbər verir ki, çay və qəhvə içməyənlər ilə müqayisədə mütəmadi kofeinli içkilər içən insanların qanında iltihabi proseslərə az təsadüf edilib.
Tədqiqatçılar bildirirlər ki, laboratoriya sınaqları zamanı alkaloid iltihab əmələ gətirən kimyəvi maddələrə qarşı fəal "mübarizə aparmaqla”, ürək-damar xəstəlikləri riskini azaldıb.
Alimlər qəhvə və çayın ürək üçün faydalı olduğunu sübuta yetiriblər

Mənbə:http://azertag.az/xeber/Alimler_qehve_ve_chayin_urek_uchun_faydali_oldugunu_subuta_yetiribler-1027890

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz