» » Qış aylarında dərinizi qoruyun

Qış aylarında dərinizi qoruyun

Müəllif: Samirə от 9-01-2017, 00:20
 

Qış aylarında  dərinizi qoruyun

Artıq qış fəslidir. Soyuqlu-qarlı hava şəraiti ölkəmizin hər yerində davam etməkdədir. Dəyişən hava şəraiti, sərt və küləkli havalar, kondisioner və qızdırıcıların təsiri, kompüter başında keçirilən uzun zamanlar dəriyə ciddi şəkildə təsir edir.
Tibbi estetik mütəxəssisi Nihad Dik qış aylarında dərini qorumaq üçün aşağıdakıları bildirmişdir:
- Qış aylarında soyuyan havaya qarşı dəri, bədən istiliyinin itməməsi, azalmaması üçün qan dövranını azaldır, tər və yağ vəzilərimiz daha yavaş fəliyyət göstərir. Qan dövranı yavaşıyanda dərinin ehtiyac duyduğu antioksidanları və qidalandırıcı maddələri alması çətinləşir. Daha sora dəri quruluğu başlayır, ardınca da dəri yağ itirməyə başlayır.
Bütün bunların birləşməsi isə dərinin hassaslığını artırır, xarici təsirlərə qarşı özünü qoruya bilməməsinə yol açar və qaşınmağa, qızarmağa, rəngini dəyişdirməyə başlayır. Lipid baryeri dediyimiz qoruyucu təbəqə incəlir. Dərinin elastikliyi azalır. Çatlamalar, pullanmalarla müşahidə edilən təsirlərin aradan qaldərmaq və dərinin erkən yaşlanmaması üçün dərinin lipid təbəqəsinin dəstəklənməsi lazımdır. Dəri cildimizdə dəyişikliyə uğradığından (məsələn, yağlı dərilər soyuqda daha az yağlanır, normal dəri quruyur, quru dərilər ağrılı olacaq qədər həssaslaşar) qışda dəriyə qulluq edərkən istifadə istifadə edilən qulluq məhsulları, yazın qulluq məhsullarından fərqli olmalıdır. Qışda belə məhsullarının qidalandırıcı dəyərləri daha yüksək olmalıdır.
Əgər qışda dəri baxımına diqqət edilməz isə qırışları, çatlama, sallanma, ləkə kimi problemlərin yanında dəri üstünün geyimlər, tər və yağ ifrazatı ilə davamlı örtülü olması bəzi xəstəliklərinin (acne, sebore, milium kistler) artmasına səbəb olabillir. Ayrıca lipofilik göbələk xəstəlikləri - pitriasis versikolor (Samyeli xəstəliyi) və nəm artımına bağlı intertriginöz (bədəndəki qıvrım yerləri) infeksiyaları daha tez baş verə bilər.
 

Qış aylarında  dərinizi qoruyun

 

Bütün bunlardan xilas olmaq üçün nə etməli?
- Üz və bədənimizə, qurumağa mane olmaq məqsədiylə kremli, yağlı sabun və gel istifadə edilməlidir. İstifadə edilən məhsulların kənar təsirsiz, anti allergik olmasına diqqət edilməlidir. Ancaq qısa müddət üçün (10-15 dəq) dərini yağlı kremlərlə boğmaq səhv olar. Belə vaxt üçün nəmləndirici istifadə etmək lazımdır, isti bir mühitə gedirsinizsə, dərinizin nəmə ehtiyacı olacaq.
- Üz və bədən dəri tipinə uyğun nəmləndiricilər (qliserin, vazelin, törə, laktik turşu, hyaluron turşusu ilə) hər duşdan sonra tətbiq olunmalı və quruluğa mane olunacaq nəmləndiricilər daha tez sürülməlidir.
- Quru dəri tipi sabun komponentləri ehtiva etməyən losyonlar ilə təmizlənməlidir. Və qətiliklə spirt ehtiva edən toniklərin istifadə edilməsi qadağandır. Bu toniklərin dəri tərəfindən yaradılan bakterial qoruma təbəqəsini qaldırarlar. Qaşıntı, həddindən artıq quruluq və iltihab qaçınılmaz olur. Eynisi yetkin dəri üçün də etibarlıdır.
- Qışda dəri tipinə görə sıxlığı nizamlanaraq bitki mənşəli kök hüceyrəli jel, krem və ya maskalarla dərinin ölü təbəqəsi yenilənməsi mütləq təmin edilməlidir. Ayrıca dərinin lipid təbəqəsinin dəstəklənməsi üçün həftədə bir evdə edilə heyvani, ya da bitki mənşəli plasenta ehtiva edən maskalar istifadə etməli, ayda bir professional dəri baxımlarından dəstək almalısınız.
 

Qış aylarında  dərinizi qoruyun

 

- Dəriniz yağlı isə soyuğa qarşı daha dayanıqlıdırlar, yalnız bir problemləri nəm tarazlığını təmin etməkdə zorlanmalarıdır. Bu səbəblə bu dəri tipinin tam tərsi nəmləndiriciləri ehtiyacı vardır. Amma nəmləndiricini çölə çıxmadan əvvəl deyil, daha əvvəl, ən yaxşısı yatmadan əvvəl tətbiq etmək lazımdır.
- Qışda dəriniz pul- pul çıxırsa, bunu tonal krem saxlaya bilməz. Əksinə, tonal krem sürtərək daha pis görünməsinə səbəb olarsınız. Üzünüzə nizamlı olaraq peeling etməli, zəngin məzmunlu bir gecə kremi istifadə etməli və mümkünsə, nəmləndirici ehtiva edən, ləkə önləyici, anti-aging təsirli günəş qoruma faktorlu tonal krem və ya bitki mənşəli kremləri seçməlisiniz. Unutmayın: qış aylarında günəş fəaliyyətinin az olduğu bir dövrdə peeling tətbiq olunması daha doğru olacaq.
- Qışda dəri baxımında sağlam bəslənməyə əhəmiyyət verən kəslər cildlərinin ehtiyac duyduğu vitaminləri antioksidantlar, minerallar və doymamış yağları bədənə alırlar və bununla dəriyə qulluq qışda daha təsirli hala gəlmiş olur. Omega-3 dəstəyi qışda dəri baxımının təsirini artıracaq. Qış mövsümünün meyvələri və tərəvəzləri ilə birlikdə taxıllı qidalar də, qışda dəri baxımının daha təsirli olması üçün sağlam bəslənmə qaydaları arasında iştirak etməkdədir.
- Quru dəri quruluşuna sahib olan kəslər göz ətrafına 20 yaşlarından belə xüsusi serum lampa kimi yüngül formlardaki dermo kosmetik məhsulları tətbiq etməlidirlər.
- Çöldə çox soyuq bir hava varkən, evdə uzun uzun isti bir duş qəbul etmək sizə cazibədar gətir bilər. Amma 15 dəqiqədən sonra bu istilik dərinizin lipid təbəqəsini (nəmin tutulduğu yağ turşuları kompleksi) ələ keçirməyə başlayır. Dərinizdəki təbii yağların yox olmasına səbəb olur. İstiliyi azaldın və ya hamam müddətini qısaldın. Daha sonra çox yaxşı qurumasına diqqət edin. İslaq qalan dəri də dəri quruluğuna səbəb ola bilər.
 
 

Qış aylarında  dərinizi qoruyun

 

- Qış aylarında səhər və axşam nizamlı etdiyiniz dəri təmizliyi zamanı əvvəl istiyə yaxın ilıq su istifadə etməyiniz, dərinizi durularkən sonlara doğru soyuq su ilə bitirməniz dərinizə şok təsiri yaradaraq qan dövranını hərəkətləndirər. Qan dövranının artması yaz aylarında olduğu kimi yağ və tər vəzilərini hərəkətə keçirərək dəri səthini yumşaldar. Burada ən əhəmiyyətli şey istifadə edəcəyiniz nəmləndiriciləri bu nəmi mühafizə edən, amma nəfəs almasına da icazə verən bir quruluşda olmasıdır. Qış aylarında istifadə edəcəyiniz kremlərin nano texnologiya ilə çıxarılmış, bitki mənşəli zülal və peptid məzmununun bir az çox olmasına diqqət edə etməlisiniz.
- Əgər dərimizdə ləkə, qırış və sallanma problemi varsa, bunlara həll tapmaq üçün ən uyğun zaman qış mövsümüdür. Bəzi tətbiqlər, xüsusilə günəşin aktiv olmadığı qış aylarında yedilməməlidir. Məsələn, üz dərisinə edilən lazer proqramlar kimi ... Bu aylarda ediləcək kimyəvi, ya da bitki mənşəli peeling, CO2 fraksiya lazer sizə köməkçi ola bilər.
- Əllərinizə kremlər sürtdükdən sonra 20-30 dəqiqə uzanın. Hər səhər və hər əl sabunlama əməliyyatından sonra kremlənməsi ,xüsusilə qış aylarında çox əhəmiyyətlidir.
- Dodaqların gecə kremlə nəmləndirilməsi əhəmiyyətlidir. Dodaq ətrafındakı çatlamaları önləyər. Gündüz gözəl bir dodaq balı ilə qorumalısınız. Dodaqlarınızı yalamaqdan və yeməkdən qaçınmalısınız.
- Hər duşdan sonra qıçlarınıza mütləq nəmləndirici losyon sürməlisiniz. Qışda ayaqlarınızı yumşaq tutmaq üçün qliserin ehtiva edən bir losyon tətbiq edin.
- Sərt sabunlar, dəri quruluğunu artıran faktorlar arasında iştirak etməkdədir. Bununla birlikdə, pH dəyəri yüksək olan kimyəvi maddələr də dəri quruluğunu səbəbləri arasında iştirak etməkdədir. Dəri quruluğunu səbəblərindən bir başqası da, əlbəttə, tozlardan ilə çox çox təmas halında olmaqdır.
- Qışda dəriyə qulluq edərkən, duş və vanna sonra dərinizi qorumaq üçün qoruyucu losyon istifadə vacibliyini də unutmayın.
- Qışda dəri baxımında nələrə diqqət edirsinizsə, əl baxımında da eyni şeylərə diqqət yetirməlisiniz, çünki əllərin çatlamasını önləmək üçün də eyni qaydalar tətbiq edilir. Əllərin çatlamasını önləmək üçün nizamlı aralıqlarla nəmləndirici istifadə edilməsi lazımdır. Əllərin çatlamasını önləmək üçün isti su və səhv sabunlarla əl sabunlamaqdan da çəkinmək lazımdır.

Qış aylarında  dərinizi qoruyun

 

Mənbə:http://www.hurriyet.com.tr/sogukta-cildi-koruyan-17-oneri-19873619

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz