» » Uşaqların itə, pişiyə maraq göstərmələrini bildik, bəs bu, necə omalıdır?

Uşaqların itə, pişiyə maraq göstərmələrini bildik, bəs bu, necə omalıdır?

Uşaqların itə, pişiyə maraq göstərmələrini bildik, bəs bu, necə omalıdır?

 

Uşaqların itə, pişiyə maraq göstərmələrini bildik, bəs bu, necə omalıdır?

At, eşşək, it, dəvə, fil, maral, pişik kimi heyvanlar, eləcə də göyərçin, şahin kimi quşlar insanların dostu , köməkçisi və silahdaşı olduqlarını uzaq əsrlərdən günümüzə kimi sübut etməkdədirlər. Digər heyvanlar və quşlar da var ki, insanların ərzaq təminatında mühüm mənbələrdir. Vəhşi heyvanlar, quşlar özləri də bir işə yarar.
Təcrübəli bir şəxs kimi, pedaqoq , müəllim və jurnalist kimi bununla bağlı xeyli məlumatım və müşahidələrim, qənaətim var. Heyvanların sədaqəti, insanlar üçün sərgilədiyi ibrət dərsləri hamısı doğrudur, qəbul edirəm. Amma bunula bağlı problemləri də saya almaya bilmərik.
Bizim məhəllədə 10-15 sahibsiz it vardı. Uzun müddət bu itlərin əlində qalmışdıq. Gecələr sakinlər yata bilmirdilər: 1 maşın ötən kimi, itlər sürəklə hürə-hürə maşının arxasınca düşürdülər. Gündüzlər qadınlar uşaqlarını oynamaq üçün evin qarşısındkı bağçaya buraxmağa qorxurdular. İt bəlkə də onlara zərəl yetirməyəcəkdi, amma hürməsi də kifayıət idi ki, uşaqlar qorxurdular. Sahibsiz itlərin yaşıllıq, park və bağlarda nəzarətsiz gəzmələri, ifraztlarını bu ərazilərdə etməsi infeksiyalara səbəb ola bilər. Sahibsiz heyvanlar heç bir vaksinləşdirilmə aparılmadığından hər zaman təhlükə mənbəyi olduğu unudulmamalıdır. Uşaq küçədə heç bir baytarlıq nəzarətindən keçməyən, vaksinləşmə aparılmayan bir iti qucaqlayır, belinə, ayaqlarına əl gəzdirir və s. Digər təhlükələr də var.
Aşağıdakı şəkil İzmirdə çəkilib. Bu oğlan həmyaşıdları ilə mağazaya gedəndə ətrafda gəzintiyə çıxarılmış bir itin hücumuna məruz qalmış, it uşağın sağ qulağını qoparmışdır.

Uşaqların itə, pişiyə maraq göstərmələrini bildik, bəs bu, necə omalıdır?

 

Odur ki, itlərə nə qədər rəğbətimiz olsa da, bir çox xüsuslara hökmən əməl etməliyik. Sahibsiz heyvanlarla əlaqə yaratmağı doğru hesab etmirəm. Buna baxmayaraq, onlara qarşı qəddarlıq etmək qətiyyən yolverilmədir. Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində sahibsiz heyvanlarla bağlı müəyyən qurum fəaliyyət göstərir. Onlara müraciət ediməli, bu heyvanlar ovlanıb Qaradağ rayonunda xüsusi olaraq bunun üşün hazırlanmış sığınacaqlara göndərilməlidir. Amma bu, o anlama gəlməməlidir ki, uşaqlar heyvanlardan təcrid edilməlidir. Yox. Uşaqlar təbiəti təbiətin qoynunda təbiətin özündən öyrənməlidir, heyvanların, quşların əhatəsində öyrənməlidirlər. Onlarda heyvanlara, quşlara qarşı hər zaman qayğı hissi formalaşdırmaq lazımdır. Uşağın itə, pişiyə, quşlara yem verməsini alqışlamaq lazımdır. Bu, yardımlaşma keyfiyyətinin, humanizmin ilkin cücərtiləridir.
Mən də həyət evində olsam , xüsusi yer düzəldib it də saxlayaram, pişik də. Əlbəttə ki, baytar nəzarətində saxlamaqla. Təqdim etdiyimiz yazı da hesab edirəm ki, it saxlamaq istəyən insanlara bununla bağlı müəyyən məsələlərə aydınlıq gətirməkdə kömək edəcək.
P.S: Bu yazını türk saytlarından götürdüm. Oxudum, maraqlı gəldiyi üçün və hər bir kəsə müəyyən yol göstərə biləcəyini düşünüb saytımızda da verməyi qərara aldıq.
"Ana və Uşaq"

Uşaq it istərsə
Yoldaşımın 11 yaşlı qızından maraqlı bir sms aldım. Mənə bir sualı vardı: "Mən it saxlamaq istəyirəm, amma atam və anam bir çox səbıbdən o qədər də istəmir. Əgər alacaq olsaq, haradan alaq, yardımçı ola bilərsinizmi? Təşəkkürlər..."
Əgər siz də tam bu anda it almaq üçün araşdırma halında isə özünüz, uşağınız it istəyir və siz tam əmin deyilsinizsə, bu qızcığaza yazdıqlarım sizə də yardımçı ola bilər.
Sevgili Ececim,
İtləri və ümumiyyətlə, heyvanları sevmək çox gözəl. Məncə, anan və atan da çox sevirlər, it və digər heyvanları. Ancaq evdə it baxmaq asan bir şey deyil. Bəlkə də buna görə istəmirlər.
Əvvəl sənə it sahibi olmaq necə şeydir ki, ondan danışım, sonra da itləri necə tapmalı barədə məlumat verim.

Uşaqların itə, pişiyə maraq göstərmələrini bildik, bəs bu, necə omalıdır?

 

Bir itin sahibi olmaq demək, daim bu dostla birlikdə olmaq deməkdir. Elə bir dost ki, sənin yanında dünyanın ən xoşbəxt olanıdır. Sən yox ikən də daim səni gözləyəndir. Belə olduqda, itini qoyub bir yerə getmək sahibinə çox vaxt çətin gəlir. Hər yerə də itlə gedir, ayrılıb davam etdikdə isə kədərlə baş-başa olurlar.
Belə insanlar ailəvi istirahətə gedərkən, səfərə çıxarkən "dostlarını” da bapara bilsin deyə yerləri seçmək məcburiyyətində qalırlar, ya da digərlərini göndərib özü getməmək zorunda qalır.
Əslində, qəmlənməyə dəyməz. Əslində siz güvənli, səadaqətli bir dosta sahibsiniz. Çünki əvvəllər səyahətə getdikdə, harasa bir yerə istirahə yollandıqda istirahətiniz həmişə qısa sürürdü, tez də geri dönürdünüz.Amma daha belə problem yox.
Gündə 3-4 dəfə onu yürüşə, gəzməyə çıxarırsınız. Gözəl havalarda itlə gəzinti çox şən olur, oyunladan çıxır. Birlikdə oyun oynayırsınız. Amma bəzən külək, bəzən qar, bəzən də istilər sizin kefinizi sizdən alır. İstəməsəniz də, evə qayıdaq deyə can atırsınız.

Uşaqların itə, pişiyə maraq göstərmələrini bildik, bəs bu, necə omalıdır?

 

Nə qədər xoş ovqat versə də, qayğıları da çoxdur. Bəzən çöldə sidiyə çıxmayıb gəlib evdə çıxar.Acıqlanmaq olmaz, o, bir uşaq. Ona görə də hər dəfə sidiyi təmizləyərsiniz. Bəzən də xəstələnə bilir: qusa bilir, ishal olur, təmizləməlisən. Bəzən çox çətin gəlir belə şeyləri təmizləmək, hələ bu da itin ola. Evdəki adamlara bilirsən bu, necə təsir edir?
Evdəki hər kəsin, ona görə də, iti sənin qədər sevməsi lazımdır. Yoxsa, belə vəziyyət yarandıqda dərhal itdən xilas olmaq istəyirlər.
Bəzən hürməyə başlayır və bitmir. Qonşular və evin içindəkilər narahat olurlar. "Susdurun itinizi” deyirlər. Ancaq necə? Televiziya kimi deyil ki, uzaqdan pultla idarə edəsən. Hər bir hürmə qulağında cingildəyir. Çox çarəsiz qalarsan. Amma yenə yenə qızışa bilnəzsən.
İt insanla 15 ilə kimi qalırlar.
Bir də yaşadığı prosesə (15 il kimi bir Məsələn, indi əgər 11 yaşındadırsa, təxminən 26 yaşına qədər səndən ayrılmayacaq.
Əgər itə bir ömür boyu baxacaq bir ailən varsa, və birlikdə istirahətinizə bir az əl çək, gün ərzində 3-4 dəfə itlə gəzinti və oyunları paylaş, xəstələnəndə onu baytarlığa apar, ona ləzzətli və balanslı yeməklər təmin edə biləcəksinizsə, it dünyanın ən yaxşı dostudur. Ancaq valideynin bütün məsuliyyəti sənə qoyur və özləri bir it istəmirlərsə, onda ancaq və ancaq öz evin olanda it sahibi olmaq ən düzgünüdür.

Uşaqların itə, pişiyə maraq göstərmələrini bildik, bəs bu, necə omalıdır?

 

Köpək alarkən, cinsi məsələsində seçim mühüm. Sən bir "beagle”(tazı) deyirsən. "Beagle” mehriban, hərəkətli, fəal bir it. Buna görə gündəlik yürüşləri mütləqdir. Odur ki, evinizin yaxınlığında kəmərsiz sevinəcəyi məkanlar olması yaxşı olar.
Mənim tövsiyəm: cins it yerinə, adi bir it tapmalısınız. "Almaq" demirəm, çünki heç istəmirəm zoomağazalardan it seçəsiniz, çünki, adətən, nizamsız və insafsız yerlər olur bu cür mağazalar.
Bu məqsədlə xüsusi itə sahibləndirmə saytları olur, onlarla əlaqə qurmalı.
Sahibsiz heyvanlar arasından seçə bilərsiniz: körpəsi də ola bilər, yaşlısı da
Körpə it olsa, yeni bir uşağınız olmuş kimi bağ, vaxt, səbr istəyir. Oyunları hələ insana aydın deyil. Dişlər paltarlarınızı cırar, sizi və qonaqlarınızı cüzi yaralaya da bilər.

Uşaqların itə, pişiyə maraq göstərmələrini bildik, bəs bu, necə omalıdır?

 

Hələ tualet təhsili yoxdur və ya zəifdir. Evinizi bir az batırır. Dişləri çıxır və qaşınır: Evdə dişlənilməyən yer qoymaz. Evdə bir ayaqqabını yerində tağmazsınız.
Sosiallaşması və təhsili üçün öncə özünüzü tərbiyə etməyiniz, sonra da "balalarınıza” bol-bol vaxt ayırmağınız lazımdır. Onun beynini inkişaf etdirmək və əyləndirmək əskildəcək bir iş deyil.
Bala itin ilk vaksinləri olacaq ilk vaxtlar, bunlar vaxtlı-vaxtında edilməlidir, bunlar mümkün hər cürə problemlərin qarşısını almaqdan ötrüdür. Bundan başqa, bala itin ehtiyacları zaman ərzində sürətlə dəyişə bilir və bəzi əlavə xərcləri olur: Böyümə mərhələsində üç müxtəlif kəmər tələb edə, qayış ölçü və tipi də dəyişə bilər. Yatağı, ora oyuncaqları körpə itlərdə tez-tez yenilənmə ehtiyacı göstərir.
Amma, əlbəttə, bala it bir körpədir və "ağac yaşkən daha rahat əyilir" fikri də də doğrudur: körpəykən onu istədiyiniz kimi öyrədə bilərsiniz. Evinizə, ailənin bütün üzvlərinə, digər heyvanlara alışması daha asandır.
Yetkin it isə daha sakit olar. Tualet təhsili olmasa da, ən azından əzələləri inkişaf etmiş olduğundan asanlıqla öyrənə bilər. Onsuz da yetkin itlər təbiətləri gərəyi yuva bildikləri yeri kirlətməməyə meyllidir.
Yetkin itlər, xüsusən də daha əvvəl evdə baxılmış olanları- müəyyən ev qaydalarına asan adaptasiya oluna bilirirlər. Dişləri hissini itirdiyindən oyun zamanı nə sizə, nə də paltarlarınızı zərər verməzlər. Həmçinin oyun zamanı "yumşaq ağız" dediyimiz ölçülü dişləməyi öyrənmişdir.
Ancaq, keçmiş həyatlarından bəzi vərdiş və narahatçılıqlarla bərabər gəlirlər. Bəzi ürkək, ictimaiyyətə qarşı və hətta təcavüzkar olması da gözlənilir.
Yetkin it tutarkən uşaqlarla uyğunluğu, digər ev heyvanları ilə uyğunluğu məsələsində kifayət qədər araşdırma aparmalısınız, yaxşı olar.
Ən gözəli də sığınacaqlardan yetkin it tutduqda, ehtiyac içində olan bir cana yeni bir həyat təqdim olmaqdır. Bəzən yetkin itlər, bütün peyvəndləri, parazit müalicələri, hətta yemək qabları və yataqları ilə bərabər gəlirlər (əvvəlki sahibindən təqdim olunur) Bu halda xərclərinizə da bu dərəcədə az olacaqdır.

Uşaqların itə, pişiyə maraq göstərmələrini bildik, bəs bu, necə omalıdır?

 

Bundan başqa, tədqiqatçının evini tapmadan öncə müvəqqəti olaraq bir ev və ailəyə ehtiyac duyan itlər olur.
Çox əhəmiyyətli bir nöqtə, qətiyyən it əldə etmə məsələsində ailəvi qərar verəsiniz. İt təminatı tək bir adamın, xüsusilə uşağın istəyi ilə yerinə yetiriləsi bir şey deyil. İtlə həyatın məsuliyyətlərini ailə içindəki bütün şəxslər bölüşməlidir.
Əgər it almağa qərar versəniz ilk iş Cesar Millanın "Ailənin bir üzvü" kitabını ailəvi oxumağınızı təklif edirəm. Sonra yenə davam edərik.
Çox sevgilərlə: Zeynəb
Mənbə: http://kopeklerveinsanlari.com/2013/03/26/cocuk-kopek-isterse/

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz