» » Soyuducudan qənaətli enerji ilə istifadə etmək üçün məsləhətlər

Soyuducudan qənaətli enerji ilə istifadə etmək üçün məsləhətlər

Soyuducudan qənaətli  enerji ilə istifadə etmək üçün məsləhətlər

Bir neçə gün öncə qaz və elektrikin tariflərində edilən dəyişikliklərlə bağlı Tarif Şurasının qərarı günümüzün ən aktual məsələlərindən biri oldu. Ölkəmizin enerji təhlükəsizliyinə yönəli atılan bu addım özlüyündə qənaət rejimini də gündəmə gətirdi. Biz dünənki yazımızda qənaətlə bağlı bir tərcümə yazısı vermişdik. Bu yazımızda isə soyuducudan istifadə edərkən qənaətli enerjidən istifadə yollarını təqdim edirik.
Yeni bir soyuducu alarkən enerji səmərəliliyinin "A” və ya daha yaxşı bir enerji məhsuldarlıq sinfi olmasına diqqət edin. "A” sinfinə aid bir soyuducu, "B” sinfinə aid soyuducudan orta hesabla 23 faiz daha az enerji istehlak edir, yaxud "A+” sinfindən olan bir soyuducu "A” sinfinə aid soyuducudan yenə də 23 % az enerji sərf edir. "A+” qrupundan olan soyuducu yalnız 44 wvttlıq bir lampa qədər enerji sərf edir.
Yeni soyuducu 8-10 yaşlı və ya daha qədim bir soyuducudan daha az enerji sərf edir. Enerji səmərəsi yüksək olan soyuducularının qiymətləri daha yüksək olsa da, uzun müddətli istifadələri ilə büdcənizə çox daha çox davamlılıq gətirir.
Tələbatımıza uyğun soyuducu almalıyıq. Böyük şkaflarda qalan boşluqlar lazımsız enerji itkisinə səbəb olur.
Hər zaman qida məhsullarını qısa müddətdə donduraraq qida dəyərlərini qoruyan və enerji qənaəti təmin edən soyuduculara üstünlük verin.
Soyuducuları radiator, soba, günəş görən pəncərələrdən, soba kimi istilik mənbələrindən uzaq tutmaqla enerji tələbatınzı 10-15 faiz azalda bilərsiniz.
Soyuducu hissəsinin temperaturunu +5 dərəcə, soyuducunun temperaturunu isə -18 dərəcədə tutmağımız lazımdır, daha aşağı istilik enerji israfçılığına səbəb olur.
Soyuducu ilə divar arasında ən azı 10 sm ara olmalıdır! Beləcə cihaz rahat istilik mübadiləsi edə, daha az enerji sərf edir.
Soyuducu qapıları hava sızmamalıdır! Ağ, təmiz bir kağız parçasını qapı qaz sizmasına qarşı istifadə olunan maddəsi ilə şkaf kabineti arasına qoyun. Kağızı asanlıqla çəkirsinizsə soyuducu və ya dərin dondurucu hava alır deməkdir. Hava sızan soyuducu isə lazımsız çalışır və enerji sərf edir.

Soyuducudan qənaətli  enerji ilə istifadə etmək üçün məsləhətlər

Xörəklərimizi soyuducusuna qoymadan əvvəl, soyuyana qədər saxlamalıyıq. Əks təqdirdə, soyuducu istiliyi azaltmaq üçün daha uzun müddət işləyib enerji sərf edir.
Soyuducuya qoyduğunuz yeməklərin üstünü örtün. Yoxsa dolabın içindəki rütubət artar, bu da şkafın daha çox çalışmasına səbəb olur.
Donmuş ərzaqları 1 gün öncə çıxarın.
Dərin dondurucu hissəsində buz qalınlığının 5 millimetrdən çox olmamasına diqqət edin. Buz qalınlaşarkən dərhal əridin.
Soyuducunun arxasındakı dəmir torlu çərçivə və ətrafında toz tuta hissələri ildə ən az bir dəfə təmizləyin.
Soyuducunu nə qədər bağlı saxlasanız o qədər yaxşı! Tez-tez istifadə etdiyiniz materialları üst və ön rəflərə yerləşdirin ki, qapını açıq tutmağınız lazım olan müddət qısa olsun.
Şkafın qapısını tez-tez açıb- örtməyn. Qapağını açmadan öncə ehtiyacınız olan materialları ağlınızdan keçirin.
Məzuniyyətə çıxdıqda cihazınızı söndürün və ya cihazı daha az istifadə etdiyiniz rejimə üstünlük verin.
Buz keçirən və qapısından su verən soyuducu modelləri daha rahat
olsalar da, qarşılıq olaraq daha çox enerji sərf edirlər.
Dərin dondurucu yuxarıda və ya aşağıda olacaq şəkildə hazırlanmış modellər yan- yana olanlardan daha səmərəlidir. Bunun səbəbi təcrid olunacaq sahənin daha az olmasıdır.
Soyuducuların səmərəli istifadə edilməsində müntəzəm qayğı əsasdır. Müntəzəm nəzarət sistemin məhsuldarlığını artırır, cihazın ömrünü uzadır.
Soyuducunun üstünü örtməyin, bu hava dövranını mane olur və soyuducunu gücə salır.
Soyuducuya qoyduğumuz ərzaqların qablaşdırmaları incə olmalıdır. Çünki qablaşdırma qalınlığı artdıqca içindəkiləri soyuq saxlamaq üçün soyuducu daha çox çalışır.
Mövsümü gələndə yaz və qış parametrlərini də nizamlayın.

Soyuducudan qənaətli  enerji ilə istifadə etmək üçün məsləhətlər
Qeyd: Yazı türkcədən tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz