» » Evdə elektrik enerjisinə qənaət etmək üçün 6 yol və ya ən ucuz enerji qənaət edilən enerjidir

Evdə elektrik enerjisinə qənaət etmək üçün 6 yol və ya ən ucuz enerji qənaət edilən enerjidir

Tarif şurasının elektrik və qaz sərfi ilə bağlı məlum qərarından sonra enerji daşıyıcılarından səmərəli istifadə edilməsi məsələsi qaşılmaz olmuşdur. Bu, həm də ailə büdcəsini qorumaq üçün ən optimal yollardan biridir. Həmin yollar hansılardır, onlardan altısını sizin diqqətinizə çatdırırıq.
Çox sadə addımlardır: zəhmətsiz və xərcsiz. Əgər bunları könüllü və düşünülmüş şəkildə edəriksə, istər fərd və ya ailə üçün , istərsə də cəmiyyət üçün elektrik qənaəti faydalı və gərəkli qənaət münasibəti yaratmış olarıq.

Nələr edilməlidir? 

Qısa qısa və sadə addımlar sadalamayacağam. Bunları etmək və ya etməmək tamamilə sizin ixtiyarınıza bağlı, sizin verəcəyiniz diqqətlə əhəmiyyətli elektrik əmanətləri edə. Bu elektrik əmanətləri ilk baxışda sizə çox çox da gəlməyə bilər, ancaq qənaəti aylara vurduqda və ya mənzilə vurduqda ortaya çıxan əmanətlər nəhəng ölçülərə çatacaq.

1-ci yol

Qənaət rejiminə ailədə maarifləndirilmədən başlanılmalıdır. İstifadə etdiyimiz elektrik enerjisinin sağlamlıq və rahatlıq cəhətilərini şüurlu olaraq qəbul etməliyik, yoxsa, münasibətimizin effektliliyi aşağı olar. Bu vəziyyət işıqlandırmanın və istifadə etdiyimiz lampaların əhəmiyyətini daha da artırır.

Evlərimizdə klassik lampalar yerinə yığcam ampulalar (florasanlar) istifadə etməliyik. Çünki yığcam ampulalar közərmiş ampulalardan 70-80 % nisbətində daha az elektrik sərf edir və eyni işıqlandırmanı təmin edirlər.

Evdə elektrik enerjisinə qənaət etmək  üçün 6 yol  və ya ən ucuz enerji  qənaət edilən enerjidir


Ədədi nümunə vermək lazım olsa, 100 Wattlıq bir klassik lampanın işini, 20 Wattlıq bir yığcam flüor lampaı (ampula) verə bilər. Arada 80 Wattlıq bir elektrik qənaəti mövcuddur. Burada bir vacib məsələ də saya alınmamaya bilməz: bu cür yığcam lampaların ömürləri klassik lampalara nisbətlər qat- qat çoxdur. Bu da elə qənətdir.

Evdə elektrik enerjisinə qənaət etmək  üçün 6 yol  və ya ən ucuz enerji  qənaət edilən enerjidir

2-ci yol

Gərəksiz yerə yanan lampaları söndürmək və gün işığından yararlanmaq lazımdır.Bəzən axşam evimizdə bir otaqda oturarkən, o anda heç kəsin istifadə etmədiyi bir yerin işığını işlək vəziyyətdə buraxarıq. Lazımsız yanan işıqları söndürməliyik bizə ciddi qənaətlər verə bilər.
Gündüzləri də mümkün olduqca çox gün işığından istifadə etməyə can atmalıyıq. Gün işığının yetərli işıqlandırmağı etdiyi yerlərdə lampaları istifadə etməməliyik.

Evdə elektrik enerjisinə qənaət etmək  üçün 6 yol  və ya ən ucuz enerji  qənaət edilən enerjidir


3-ci yol 

Lazımsız işlək vəziyyətində saxlanan elektrik cihazları sağımızda-solumuzda o qədərdir ki: televiziya, kompüter, oyun cihazları və s.
Bunlar ən çox rast gəlinənlərdir. Fikir verirsinizsə, çoxları uzaq getmirik deyə açağı düşəndə, qonşuya keçəndə, telefona ayrılanda və s. bu cihazları içlək vəziyyətlərdə qoyub ayrılırlar. Həmin cihazlar da öz-özünə orada işləyib, israfçılıq yaradır.

4-cü yol

Elektrik cihazları gözləmə "standby" mövqeyində qalmamalıdır. İstifadə etdiyimiz elektrik cihazları gözləmə mövqeyində də elektrik enerjisini istehlak etməkdə davam edirlər. Bu nisbət çalışarkən sərf etdiyinin təxminən 5-7 faiz arasındadır. Daha çox da ola bilər. Məsələn, evinizdə gözləmə, yəni "standby" mövqeyində olan 5 cihaz (televizor, musiqi mərkəzi, kompüter və s) olsa, onlar orta hesabla saatda 4-5 watt enerji sərfinə səbəb olur. Bu qiymət daha da artıq ola bilər.

Evdə elektrik enerjisinə qənaət etmək  üçün 6 yol  və ya ən ucuz enerji  qənaət edilən enerjidir

 

Təxmini bir hesablama aparsaq:

5 (cihaz) x 4 (vatt saatda çəkdiyi enerji) 20 vatt saatda sərf olunan elektrik!

Cihazlar istifadəyə görə, orta hesabla gündə 16 saat gözləmə yəni "standby" mövqeyində qalsa;

20 x 16 320 vatt/saatlıq elektrik enerjisi gündə heç bir şeyə lazım olmayan elektrik enerjisi kimi sərf olunar.

320 x 30 9600 Vatt. Saat
Bu da 9,6 kv.saat enerji istehlakı deməkdir ayda.

Bu, ilk baxışda kiçik bir qənaət kimi görünsə də, əslində, böyükdür. Çünki boş-boşuna sərf olunur. Bu şəkildə 10 min mənzil olsa, ortaya çıxacaq qənaəti nəzərə alın. Qənaət etsək, həm özümüz, həm də ölkəmiz üçün əhəmiyyətlidir. Bu fərdi səylər birləşərək ölkəmiz üçün böyük elektrik əmanətləri təmin edərək enerji səmərəliliyinə kömək etməyimiz deməkdir.

Bu vəziyyətin qarşısını almaq üçün cərəyan mənbəyi aşağıdakı kimi açarlı hala çevirmək lazımdır.

Evdə elektrik enerjisinə qənaət etmək  üçün 6 yol  və ya ən ucuz enerji  qənaət edilən enerjidir


5-cu yol

Enerji səmərəliliyi yüksək cihazlar almaq lazımdır. Evimizə yeni bir elektrik cihaz alacağıqsa, mütləq və mütləq enerji sinfinə diqqət yetirək. Enerji səmərəliliyinə 
 görə "A" sinfindən olan  bir cihaz, "D" sinfindən olan bir cihazdan  32 % daha az enerji sərf edir. "A" sinifindən az enerji sərf edən bir çox cihazlar mövcuddur, məsələn, "+"; "A++"; "A+++" cihazlar.

Evdə elektrik enerjisinə qənaət etmək  üçün 6 yol  və ya ən ucuz enerji  qənaət edilən enerjidir

 

Bu an üçün "A+Ⅶ" enerji sinifinə mənsub cihazlar həm qiymət, həm də qənaət baxımından münasib cihazlardır.

6-cı yol

Soyuducumuz evimiz üçün əhəmiyyətlidir, amma o da unudulmamalıdır ki, istehlak etdiyimiz elektrikin olduqca əhəmiyyətli bir miqdarı soyuducuların hesabınadır. Bundan başqa, evimizdə mövcud elektrik cihazlar içində daim çalışan yeganə qurğudur.

Tələbatımızdan daha böyük həcmlərdə soyuducu tutmamalıyıq. Bundan başqa, əvvəlki maddə də qeyd etdiyim kimi, enerji sinifi olaraq A və yuxarı siniflərə üstünlük verməliyik. Bu yazılanlar paltar və qab-qacaq maşınları kimi digər mühüm məişət cihazları üçün də etibarlıdır.
Unutmayaq ki, "ən ucuz enerji qənaət edilən enerjidir".

P.S: Soyuducularda elektrik enerjisinə necə qənaət etmək olar, bu mövzuda daha bir yazımızda məlumat verəcəyik.Gğzləyin...
Qeyd: Yazı türkcədən tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz