» » 29 Aprel Dünya Rəqs Günüdür

29 Aprel Dünya Rəqs Günüdür

Müəllif: Vüsal от 29-04-2017, 00:30
29 Aprel Dünya Rəqs Günüdür

Dünya Rəqs Günü və ya Beynəlxalq Rəqs Günü, Beynəlxalq Teatr İnstitutunun (ITI) və YUNESKO-nun QHT Beynəlxalq Rəqs Komitəsi tərəfindən 1982-ci ildə qəbul edilmişdir və hər il 29 Apreldə qeyd olunur. Dünya Rəqs Günü müasir baletin yaradıcısı Jean-Georges Noverrenin (1727-1810) doğum günü xatirəsinə ITI Beynəlxalq Rəqs Komitəsi tərəfindən təyin olunmuşdur.

Hər il, föv əladə bir xoreoqraf və ya rəqqas dünyada dolaşan bir mesaj vermələri üçün komitəyə dəvət edilir. Bu kəslər "World Dance Alliance” və ITI Beynəlxalq Rəqs Komitəsi iş birliyi ilə Beynəlxalq Rəqs Gününün Təşkilat komitəsi tərəfindən seçilir.

"Beynəlxalq Rəqs Günü Mesajı" nın hədəfi bütün siyasi, mədəni və etnik maneələri aşaraq ortaq dil olan rəqs vasitəsilə insanları bir araya gətirmək, bu sənətin yaratdığı xoş anların içində əylənmək və şadlanmaqdır.

29 Aprel Dünya Rəqs Günüdür

1982 – 2012 –ci illərdə Beynəlxalq Rəqs Günü mesajını yazanlar:

1982 -Henrik Neubauer
1983 -Verilən bir mesaj olmamışdır.
1984 -Yuri Qriqoreviç
1985- Robert Joffrey
1986 -Chetna Jalan
1987 – Beynəlxalq Rəqs Komitəsi
1988 - Robin Hovard
1989- Doris Lain
1990 – Merc Kanninem
1991- Hans Van Manen
1992- Cermeyn Asognu
1993- Maguy Marin
1994- Dai Ailian
1995- Мyurrey Louis
1996 - Maia Plissetskaya
1997- Moris Bejar
1998- Kazuo Ohno
1999- Mahmoud Reda
2000- Alicia Alonso, Jirí Kylian, Cyrielle Lesueur
2001- Uilyam Forsayt
2002 –ketrin Danxem
2003- Mats Ek
2004- Stiven STR
2005- Miyako Yosida
2006- Kambocanın əlahəzrət Kralı- Norodom Siamoni
2007- Saşa Vals
2008- Qledis Agulhas
2009- Akram Khan
2010- Xulio Bokka
2011- Anne Teresa Keers maker
2012- Sidi Larbi Şerkaoui

29 Aprel Dünya Rəqs Günüdür

Mənbə: Vikipediya

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz