» » İyun ayının 15-i Dünya Qayınanalar Günüdür

İyun ayının 15-i Dünya Qayınanalar Günüdür

 
İyun ayının 15-i Dünya Qayınanalar Günüdür.
1970-ci illərin sonlarında Amerikada elan edilən Qayınanalar Günü 28 Oktyabrdan qeyd olunmağa başlandı. Amerikalıların bu gün üçün hazırladıqları şüar isə belə idi: "Gəlinlər, hər qayınananın iki üzü olduğunu, pis üzü qədər yaxşı üzünün də olduğunu da unutmayın. Qaynanalar günündə qayınananızın yaxşı tərəflərini düşünərək ona bir gözəl buket çiçək verin. Bu ,onun hər zaman xatırlayacağıq bir jest ola bilər. "
Türkiyədə isə qayınana-gəlin arasındakı bu tarixi addım 1989-cu sonlarından atılmışdır. Bu tarixdən sonra Dünya Qayınanalar Günü 15 İyun olaraq təyin olundu. Qaynanasından doya bilməyən gəlinlər bir günlə kifayətlənməyib, günü həftəyə yayaraq, qayınanaları ilə bir olmaq arzularını ortaya qoydular. Yəni, həftəboyu qayınanalarına rəğbətlərini ifadə etdilər. Biz indiyə kimi, qayınanalarla bağlı çoxlu yazılar vermişik vemişik. Qayınanalarınızı düşünüb duyğulanmaq istəsəniz, buyurub saytın axtarışına "qayınana" yazsanız kifayətdir, başlıqlardan seçib oxuya bilərsiniz.

İyun ayının 15-i  Dünya Qayınanalar Günüdür

Sonda isə gəlinlərə qayınanalarına doğru çağırış edirik:
- Gəlin, ay gəlin, çox təcrübəsizsiniz. Qayınananı sevmədən,  ehtiram bəsləmədən siz onun oğlundan mükəmməl sevgi, dəruni eşq görə bilməzsiniz. Yoxdu belə təcrübə.Bu gün etdiyiniz kimi etməyin, eləməyin. Siz qayınanızın timsalında özünüzün gələcək qayınana  taleyinzi  görürsünüz. Yazıq analar bu məqamla da Sizə nümunə olurlar. Sizin gələcəkdə başınıza gələcəkləri əyan edir. Kim bu həyat imtahanından üzüağ çıxır, eşq olsun...
Bəxtəvər o proletarın başına ki, bəxtinə anasına onun özü kimi ehtiram bəsləyəcək gəlin düşüb.
Hörmətli gəlin anası, bəy anası, Qayınanalar Gününüz mübarək...
Evinizə, ocağınıza gətirdiyiniz gəlinlər layiqli davamçılarınız olsun..

İyun ayının 15-i  Dünya Qayınanalar Günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz