» » 19 iyun Amerika Birləşmiş Ştatlarında Atalar günüdür

19 iyun Amerika Birləşmiş Ştatlarında Atalar günüdür

19 iyun  Amerika  Birləşmiş Ştatlarında Atalar günüdür

19 iyun Amerika Birləşmiş Ştatlarında Atalar günü  kimi qeyd edilir. Qeyri-rəsmi gün olsa da,  artıq hər il iyun ayının üçüncü bazar günü qeyd edilir. Amerika ilə yanaşı, digər ölkələr də bu günün verdiyi fürsətdən istifadə edib insanlar atalarına ehtiramlarını ifadə edirlər: onlara qiymətli hədiyyələr alır, gəzinti və şam yeməyi təşkil edirlər.
Bəzi məlumatlara görə Atalar gününün tarixi keçən əsrin əvvəllrinə təsadüf edir. Əsas fikir budur ki, Amerikada Vətəndaş müharibəsi iştirakçısının qızı olan Sonora Dodd adlı bir qız Analar günü kimi ataların da öz günü olması arzusu ilə çıxış etmişdir. Doddun atası analarının yoxluğunda altı uşağını təkbaşına büyütmüştü. Bu, qızı çox heyrətlndirmişdir.

19 iyun  Amerika  Birləşmiş Ştatlarında Atalar günüdür

 

O, atasının doğum gününü -  5 iyunu Atalar günü kimi  elan edilməsi üçün aidiyyəti qurumlar müraciətlər etmişdir, amma müəyyən səbəblərdən ləngidiyi üçün tarixi iyun ayının üçüncü bazar gününə kimi təxirə salınmışlar.
Bu gün  ilk dəfə 19 iyun 1910 – cu ildə Spokan şəhərində qeyd olunmuşdur. 1924 -cü ildə Amerika Birləşmiş Ştatlarının 30-cu prezidenti Kalvin Kulidj bu günü qeyd etməyi dəstəkləmişdir. 1966-ci ildə 36-cı prezident Lindon Conson onun hər il iyun  ayının üçüncü bazar gününü  Atalar günü olaraq qeyd ediləcəyini açıqlayan bir məlumat yaysa da,  amma bu günü elan etməmişdir.

19 iyun  Amerika  Birləşmiş Ştatlarında Atalar günüdür

1972-ci ildə ABŞ-ın 37-ci prezidenti Riçard Nikson tərəfindən Atalar günü ölkədə  rəsmət  baram olaraq elan edilib.
Əlbəttə ki, harada keçirilməsindən asılı olmayaraq, xoş arzu və niyyətləri həmişə, hər yerdə  alqışlamaq lazımdır.
Analar da, atalar da bu həyatın ali varlıqlarıdır. Niyə qarşılıqlı olaraq ildə onlar  üçün bir gün  ayırlmasınlar, niyə qarşılıqlı olaraq onlar özləri də  bir - birlərini təbrik etməsinlər?!
Biz də bu gün fürsətdən istifadə edib bütün ataları təbrik edirik. Onlara cansağlığı, uzun ömür arzulayırıq: mehriban ailələri olsun, ağıllı uşaqları olsun...
Dünyanı  sevgiləri, sevdikləri ilə birlikdə gəzsinlər...
Vəfat etmiş valideynlərə isə Allahdan rəhmət diləyirik.

19 iyun  Amerika  Birləşmiş Ştatlarında Atalar günüdür

19 iyun  Amerika  Birləşmiş Ştatlarında Atalar günüdür

19 iyun  Amerika  Birləşmiş Ştatlarında Atalar günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz