» » 23 iyun Dünya Dul Qadınlar Günüdür

23 iyun Dünya Dul Qadınlar Günüdür

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, yoldaşlarını itirən milyonlarla qadının qarşı-qarşıya qaldığı problemlərə diqqəti çəkmək üçün 2011-ci ildən 23 iyunu Dünya Dul Qadınlar Günü elan edib.
Bu layihə Loomba Fondunun 60 milyona yaxın dulun pis şəraitdə yaşadığını göstərən hesabatdan sonra imzalanmışdı.
Kampaniyanı aparan Gabon dövlət başçısının həyat yoldaşı Sylvia Bongodünyanın hər küncündə olan dulların səslərini eşitdirmək imkanına malik olmadığını söyləmiş və bu günün də onlara dəstək məqsədi ulə edildiyini dilə gətirmişdi.

23 iyun  Dünya Dul Qadınlar Günüdür

İngiltərənin keçmiş baş naziri Toni Bleyerin həyat yoldaşı Cherie Blair dünyada 100 milyon dolayında dul qadının olduğunu, bu qadınların və onların uşaqlarının qarşılaşacaqları problemlərin həllinə köməkçi olmaq məqsədi ilə Dünya Dul Qadınlar Gününün təsis edilməsini əhəmiyyətli hesab etmişdir.
Cherie Blair Nyu- Yorkda BMT Jurnalistlər Dərnəyində '' The Loomba Trust '' adlı vəqfin başçısı olaraq bir məruzəsində bu vəqfin 1997-ci ildə hind əslli ingilis vətəndaşları Raj və Veena Loomba tərəfindən öz analarının xatirəsinə qurulduğunu qeyd etmiş və artıq 10 ildir vəqfin başçısı olduğunu diqqətə çatdırmışdır. Cherie Blair Rajın anasının Hindistanda məhz 23 iyunda 37 yaşında dul qaldığını xatırlatmış və böyük mücadilərlə 7 uşağını oxutduğunu yada salmış və Dünya Dul Qadınlar Gününün məhz bu qadın olduğunu xatirəsinə 23 iyunda qəbul edilməsini təmin etməyə çalışdıqlarını bildirmişdi.
BMT-dən bu günü qəbul etməsini və dünyadakı dul qadınların, eləcə də onların uşaqlarının vəziyyətlərinin yaxşılaşdırılması ilə maraqlanacaq BMT xüsusi məruzəçisi təyin edilməsini istədiklərini söyləyən Blair demişdir:
'' Dul qadınlara cəmiyyət olaraq belə həssas yanaşmaq onların əmlaklarının əlindən alınaraq cəmiyyətdən uzaqlaşdırılmasının, insan hüquqlarının tapdalanmasının önünə keçilməsi və dul qadınların cəmiyyət üçün bir dəyər olduğu gerçəyinin başa düşülməsi baxımından böyük bir addım olacaqdır. ''
Özünün də anası tərəfindən böyüdüyüldüyünü bildirən Blair İngiltərədə 2005-ci ildə qəbul edilən günə dəstək verənlərdən birinin də öz anası də dul qalan İngiltərə xarici işlər naziri Margaret Beckett olduğunu söyləmişdir.

23 iyun  Dünya Dul Qadınlar Günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz