» » 13 Avqust Dünya Solaxayları Günüdür

13 Avqust Dünya Solaxayları Günüdür

13  Avqust Dünya Solaxayları Günüdür

Orta əsrlərdə, əsasən, sol əldən istifadə edənləri şeytan adlandırıb, cəmiyyətdən təcrid edirdilər. Doğrudan da, solaxaylar çeytadırlarmı?
Ətrafımızda yaşyan insanlar arasında çoxlu sayda solaxaylar var. Onların bəziləri müəyyən istedadlara, idman bacarıqlarına malikdir. Amma biz buların fərqində olmuruq, ya da çox vaxt heç bunlardan xəbərimiz olmur.
Solaxaylar günü ilk dəfə 1991-ci ildə ABŞ-da solaxaylar arasında həmrəyliyi artırmaq üçün "Left Handers Day" adı ilə qeyd edilib.
Solaxay olma faizi qadınlar arasında daha çox rast gəlinir. Solaxaylarda disleksiya xəstəsi olma ehtimalı da daha yüksəkdir. Bir ingilis psixiatriya dərnəyinin araşdırmasına görə, sol əlini istifadə edən insanlar stressə daha meylli olurlar. Bütün bunlara əlavə olaraq, belə şəxslər arasında şəkər xəstəliyi, astma və allergik xəstəliklərin rast gəlinmə nisbəti də daha çoxdur.
Dünya şöhrətli rəssam Leonardo Da Vinçi, Michelangelo, Pikasso və Rafael də solaxaydır.
Solaxayların fərqli ictimai zəkası və yaradıcılıq xüsusiyyətləri siyasət sahəsində də özünü göstərir. ABŞ tarixindəki başçıların ən məşhurları solaxydır: Obama, Bill Klinton, Corc Buş, , Cerald Ford solaxaydı. Keçmiş ABŞ prezidentlərindən Ronald Regan... Gerald Ford və Harry Trumen .
İngiltərədə də iki dövrdür baş nazirli olmuş Devid Kemeron solaxaydır ...
Fidel Fastro da solaxay idi.
Solaxay insanların idman bir çox sahəsində daha uğurlu olduğu artıq qəbul edilən bir həqiqətdir. Dünya futbolunda ən məşhur futbolçular - ulduzlar sol ayaqları ilə möcüzələr göstəriblər: Pele, Maradona, Messi kimi.
21 yaşlı məşhur qılıncoynatma çempionu Reys İmboden London olimpiadasında 198 sağ əli ilə mübarizə aparan idmançılar arasından çıxaraq çempion olan bir idmançıdır.
Amerikada beysbol oyunçularının ən məşhurlarının 25 faizi solaxaydır.
Musiqi dünyasında da məşhur solaxay insanlar var. Ən böyük gitara ustası Jimi Hendrix solaxaydır. Hendrix və Cobain əfsanə... Paul McCartney, Justin Bieber, Eminem, Ricky Martin, Sting də solaxay idilər ...
Solaxaylar zəkalarını pul çevirə çevirən insanlar olurlar.
Dünyanın ən zəngin insanı Bill Qeyts solaxaydır.

13  Avqust Dünya Solaxayları Günüdür

"Forbes”in dünya zənginlər siyahısında solaxayların nisbəti hər zaman artır. "Apple”nin qurucusu Steve Jobs, dünyanın ən məşhur televizyoncusu sayılan Oprah Winfrey də solaxaydır. Dünya zənginlər siyahısında solaxayların nisbəti ümumi əhalidəki solaxay nisbətindən 2,5 qat çoxdur.
Solaxayların məşhur gözəlləri var, məsələn, Angelina Jolie.
Son illərdə Oscar mükafatlarına möhür vuran və gerçək mənada qızıl çağını yaşayan Cennifer Lawrence da solaxaydır. Dünyanın ən gözəl qadınlarından Skarlett Yoxansson solaxayların cazibə simvolu hesab edilir. Nicole Kidman, Julia Roberts və Tina Fey kimi məşhur gözəl qadınların da solaxay olduqları məlumdur.
Adı saysız-hesabsız qətllərdə hallandırılan Usamə Bin Laden də solaxay imiş.

13  Avqust Dünya Solaxayları Günüdür

Qeyd: Yazı tərcümə ilə hazırlanmışdır. 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz