» » Saxara səhrasına son 37 ildə ilk dəfə qar yağıb

Saxara səhrasına son 37 ildə ilk dəfə qar yağıb

Müəllif: Dəyanət от 23-12-2016, 00:20
Afrikanın Saxara səhrasına son 37 ildə ilk dəfə qar yağıb.
AZƏRTAC Independent qəzetinə istinadla xəbər verir ki, səhranın qar mənzərələrini Saxaranın şimalında, Əlcəzairin Ayn-Sefra şəhəri yaxınlığında həvəskar fotoqraf Karim Buştet çəkib. Onun sözlərinə görə, qar yerdə bir günə yaxın qalıb və sonra əriməyə başlayıb.
Ayn-Sefra şəhəri "Səhranın qapısı” kimi tanınır. Bu regionda yayda havanın temperaturu müsbət 37 dərəcəyədək yüksəlir, qışda donma dərəcəsinədək endiyi vaxtlar olur.
Telegraph nəşri öz növbəsində xəbər verir ki, bu, bütün müşahidələr müddətində qeydə alınan ikinci belə hadisədir. Saxaraya birinci dəfə qar 1979-cu il fevralın 18-də, yenə Ayn-Sefraya yağmışdı.
Saxara səhrasına son 37 ildə ilk dəfə qar yağıb.

Saxara səhrasına son 37 ildə ilk dəfə qar yağıb

Mənbə: http://azertag.az/xeber/Saxara_sehrasina_son_37_ilde_ilk_defe_qar_yagib-1021236

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz