» » Darvin: "Mənim kimi yalan deyərsiniz..."

Darvin: "Mənim kimi yalan deyərsiniz..."

Çarlz Darvin (12 fevral 1809 – 19 aprel 1882) ziyafətlərin birində yanında əyləşmiş xanımın qoluna girib qonşu otağa keçir və nəzakətlə xanıma deyir:
- Siz necə gözəl, necə də yaraşıqlısınız. Burda hamı sizə heyrandır.
- Amma mən sizə belə tərifli sözlər deyə bilməyəcəyəm. Çünki siz buna o qədər də layiq deyilsiniz-deyə 
xanım Darvinə cavab verir.
Darvin özünü itirmədən deyir:
Xanım, eybi yoxdur, xanım, yalandan deyin. Elə mən də sizə yalandan demişdim.
L.N.Tolstoyun oğlu ( 1828- 1910) İlya xatirələrində yazmışdır ki, atasının ən çox sevdiyi rəqəm28 olmuşdur.
L.N.Tolstoy 1828-ci il avqustun 28-də anadan olmuşdur. Onun ilk kitabı da ayın 28-də çıxmışdır.Ədibin birinci oğlu ayın 28-də doğulmuş, oğlanlarından biri ayın 28-də evlənmişdir.
Nəhayət, Lev Nikolayeviç ayın 28-də evdən çıxmış və bir daha geri qayıtmamışdır.
Dünya şöhrətli fransız yazıçısı Onore de Balzakın (20 May, 1799 – 18 Avqust, 1850)həyatı və taleyi maraqlı və gərgin keçmiş, cavanlığında çətinliklərlə üzləşmiş, ağır xəstəlik keçirmişdir. Balzak yaradıcılıqla çox gərgin məşğul olurmuş, hətta günün 14-15 saatını yazı masasından ayrılmazmış. Bu səbəbdən məşhur yazıçının şəxsi həyatı arxa planda qalmışdır. Deyirlər ki, Balzak məçhur bir qəzetdə elan veribmiş ki, evlənmək istəyirəm.Elə xanım axtarıram ki, makinada yazmağı bacarsın, çoxlu pulu olsun, həm də gözəliyinə söz olmasın. Elan dərc olunandan bir müddət sonra günlərin biri Balzakın qapısına əlində elan yazılmış qəzəet olan bir xanım gəlr. Balzakın qapısını döyür və Bildirir ki, elana əsasən gəlmişdir. Xanım olduqca gözəl idi, əlində makinada yazmağı bacarması haqqında sertifikat və bank variadatları haqqında rəsmi sənəd vardı. İlk baxışda Xanım Balzakın elanda yazdığı bütün keyfiyyətlərə malik idi. Amma... Məsələ burasında idi ki, bu xanımı bütün Fransa tanıyırdı...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz