» » Müzakirə: Siz necə fikrləşirsiniz?

Müzakirə: Siz necə fikrləşirsiniz?

Müzakirə: Siz necə fikrləşirsiniz?

Ailə münsibətlərində əhəmiyyət ermədiyiniz bir məsələ olmamalıdır. Heç nə diqqətdən qaçmamalıdır. Hər biriniz hər şeyə vaxt tapmalısınız. Bu, qanundur. Buna söz vermisiniz, əhd etmisiniz. 4 kişidən boşanmış birinin makiyajlı, plastik müdaxiləli cəsədinə aldanmayın. Yaxşılar daha çoxdur, ədəbli və gözəl olanlar çoxdur. Bunun üçün hər birimiz məsuliyyət daşımlıyıq. Ciddi qınaq olmalıdır. Biz bir təhər ömrümüzü başa vura biləcəyik. Bəs övladlarımız, nəvə-nəticələrimiz? Artyom qəsəbəsində bir yaramaz 4 yaşlı qıza təcavüz etmişdi, Qusarda qaynata gəlinə atəş açmış, sonra başını kəsmişdir.. Hansı bir pəzəvəng kiminsə evinə gedib başqasının halalına göz dikmiş, gəlinin qohum-qardaşları da diyuq düşərək onu yaxalamış və əzasını kəsmişdilər...Bir deyil, iki deyil... Axşam oxudum ki, test imtahanlarından yaxşı nəticə göstərə bilmədiyinə görə Kürdəmir rayonu Pirili kənd sakini, 1997-ci il təvəllüdlü Qəhrəmanova Bikəxanım Rəhim qızı özünü tövlədə asıb. Bikəxanım nişanlı imiş.

Müzakirə: Siz necə fikrləşirsiniz?

Yadınızdadırsa, Xaçmazda 2 bacı yoxa çıxdı və s.. Son illərin iintihar hallarını araşdırsaq, əksəriyyəti gənclərdir, qızlardır. İntihardır deyib ötməyə nə var, axı bunu həqiqi etiologiyası bulinməsə, diaqnozu düzgün qoyulmasa, belə ağrılar, acılar davam edəcək, belə hallara səbəb olanlar isə məsuliyyətsiz ötüşdüklərini görüb daha dərinlərə gedəcəklər. Orta məktəbi bitirən qızı nişanlamaq tez deyildimi? Onda adam fikirləşir ki, bu qızı zorla nişanlayıblar və istəmədiyinə nişanlayıblar. O da ümid edirmiş ki, ali məktəbə daxil olub bəlkə bu problemin vaxtını uzadar və digər formada tamam xitam verə bilər. Amma indi arzusu reallaşmadığından tezliklə gəlin köçəcəyi qaçılmaz imiş. Bu, bir təxmindir. Doğrusunu hüquq-mühafizə orqanlarımız müəyyən edəcək. Mən, sadəcə, mülki vətəndaş olaraq münasibət bildirirəm. Əgər mətbuatı, televiziyanı izləyirsinizsə son illər Kürdəmirdə az qala intihar hadisəsi tipikləşə:
1998-ci il təvəllüdlü Aynur Məhərrəmova telefon ötürücü dayağına çıxaraq intihara cəhd etmişdi.
1959-cu il təvəllüdlü Minayə Nəsirova özünü yaşadığı mənzildə asaraq intihar etmişdi.
sevdiyi qıza görə özünü qüllədən atan 19 yaşlı Azad Şıxaliyevin faciəsindən də çox keçməyib və s.
Tək Kürdəmir deyil, elə kateqoriyafan cinayətlər var ki, onlar respublikamızın ayrı-ayrı rayonları üçün xarakterikdir. Bu qədər hadislər baş verir Kütləvi informasiya vasitələri xəbər kimi təqdim edib çəkilirlər kənara. Belə olmaz axı... Böyük maarifləndirmə işlərinə ehtiyacımız var, saytlar, bir çox şou=proqramlar, qəzetlər Aygünü, Rəqsanəni və onların qızını nümayiş edirlər.
Amma biz kənardan seyrçiyik. Ürəyimiz yansa da, çıxış yollarına, nədənlər, niyələrə cavab axtarmırıq. Mövzumuz bu deyil, ona görə misal çəkdim ki, insanların fəallığı olmayanda, əksinə, laqeydlik çox olanda qəbəhətlər də, qəbahət edənlər də "fəallaşır”lar.
Bolqarıstanlı müğənni gəlmişdi: Azis .


Mətbuata istinadən, Bakı konserti üçün ona 1 milyon dollar veriləcək. Youtub- də konsertindən fraqmentlər göstırirdilər. "Qızlaımız” səhnəyə çıxıb bilmirdilər nə etsin. Oğlanla da həmçinin. Bu, hamıya aid edilə bilməsə də bizə utancdır. O səhnəyə çıxıb bizə utanc gətirən oğlumuz, qızımız ətrafdakı insanlara hörmətsizlik etdi.. Görünür ya axır-zaman gəlib, ya da bizim auditoriya səviyyəmiz belədir. Avropada belə etmək adi şeydir. Adi şeydir ki, orada digər çox şey də adiləşib daha..Amma bizim əxlaq üçün, mühit üçün bu, eə bilirəm ki, qəbuledilməzdir.
Keçən əsrin 80-ci illərin ortaları idi. Bakıda keçmiş Lenin adına sarayda dünya şöhrətli bir xanım müğənni solo-konserti verirdi. Deyirdilər ki, guya həmin müğənni səhnəyə bizim ölkə üçün uyğun olmayan bir şəkildə çıxırmış. O vaxt Birinci katib işləyən Ümummilli liderimiz Heydər Əliyev ona xəbərdarlıq edibmiş ki, Azərbaycana xoş gəlmisiniz, biz sizin sənətə ehtiram bəsləyirik. Amma siz Azərbaycanın əxlaq nörmalarına sayqılı yanaşmalısınız . Və o xanım da bunu etmişdi.
Bizim mətbuat niyə bu qədər ehtiyatlı durub-oturur. Belə məsələləri gündəmə gətirmir. Nə olsun ki, müğənnidir, müğənni səhnəyə çıplaq çıxmalıdır, yaxası açıq çıxmalıdır, qızları bağrına basmalıdır və s..Kimdir bu konsertlərin təşkilatçıları? Mən bu gün mətbuata, televiziya çox ümid edirəm. Sovet dövlətinin ideologiyası çox güclü idi.İndi müstəqil respublikayıq, amma ictimai mövqeyimiz zəif-zəif.
Bəlkə biz dünyaya, Avropaya inteqrasiya olunuruq, inteqrasiyanın modeli bəlkə belə olur.
Müzakirə: Siz necə fikrləşirsiniz?

Müzakirə: Siz necə fikrləşirsiniz?

Müzakirə: Siz necə fikrləşirsiniz?

Müzakirə: Siz necə fikrləşirsiniz?

Müzakirə: Siz necə fikrləşirsiniz?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz