» » 23 sentyabr 1821-ci ildə Tripolisi ələ keçirən yunanlar 30 000 türkü qanına qəltan etmişdir

23 sentyabr 1821-ci ildə Tripolisi ələ keçirən yunanlar 30 000 türkü qanına qəltan etmişdir

23 sentyabr 1821-ci ildə Tripolisi ələ keçirən yunanlar 30 000 türkü qanına qəltan etmişdir

Tarixdə türklərə qarşı aparılan qətliamlar çox olub. Belə mənhus niyyət və əməllərin tarixi çox qədimdir. 23 sentyabr 1821-ci ildə cəmi 3 gün ərzində 35 min dinc insanın həyatını itirdiyi Tripolisi hadisələri də belə qətliamlardan biridir.
Türklər Osmanlı imperatorluğunun dağılma prosesində baş verən üsyanlar zamanı türklər belə soyqırım və ya qırğınlara məruz qaldı. 1821- 1922 –ci illərə qədər olan 100 il ərzində təxminən 5-6 milyondan çox müsəlman qanına qəltan edilmiş və 5 milyondan çox nüsəlman a ösürgün edilmişdi. Bu qırğınlar zamanı qaçarkən keçirdiyi xəstəliklər və ya ərzaq problemi ucbatından da saysız-hesabsı həyatını həyatını itirmişdi.
Balkanlarda Türklərə qarşı edilən ən böyük qətliam Tripolisi qırğınıdır. Bu qətliam Mora yarımadasının yunanlara keçməsindən qısa bir zaman sonra adaya gələn ingilis Thomos Qordon sonralar gündəkiyində 8000 insanın öldürüldüyünü bildirmişdi. Başqa bir mənbədə isə tarixçi C. Makkarti baş verən qırğın sonrasında həyatını itirən dinc insan sayının 35000 nəfər olduğunu ortaya qoymuşdur. Qətliamın hansı ölçüdə bir dəhşət olduğunu anlamaq adına Teodor Kolokotronisin bu cümlələri olduqca dramatikdir:
  

23 sentyabr 1821-ci ildə Tripolisi ələ keçirən yunanlar 30 000 türkü qanına qəltan etmişdir

"Cümə günündən Bazar gününə qədər yunan hərbi birlikləri, cəmi 3 gün ərzində qadın, kişi və uşaqları amansız bir şəkildə qətlə yetirdi. Tripolisiyə girən bir insanın atlarının ayaqları şəhərin mərkəzinə qədər cəsədlərdən yerə deymirdi. Bu qətliam zamanı təxminən 32 min insan qətlə yetirildi.
İngilis tarixçi Uolter Alison Fillips Tripolis qətliamı haqqında:
"Üç gün ərzində şəhərin sakinləri bu vəhşi dəstənin ixtiyarına buraxıldı. Yaş və cins ayrı-seçkiliyi edilməyib. Qadınlar və uşaqlar öldürməzdən əvvəl işgəncələrə məruz qoyulub. Qırğın o qədər böyük idi ki, yunan ordusu komadanlarından olan Kolokotronis qapıdan qalaya qədər atının ayaqlarının yerə heç toxunmadığını söyləyib. Şəhərdəki yunan qələbəsindən sonra yol kənarları cəsədlər ilə doldu. Qadınlar və uşaqlardan ibarət müsəlman kütlələri mal-qara kimi doğrandı. "
Tarixçi Uilyam Sankt Clair qətliam zamanı Tripolisidə olan xarici zabitlərin gördüklərini belə anlatmışdır:
"Təxminən 10 minə yaxın türk öldürüldü. Pullarını gizlətdiyi şübhə edilən əsirlərə xüsusilə işgəncələr verildi. Qolları və ayaqları kəsildi və odun üzərində yavaş-yavaş qızartdılar. Hamilə olan qadınların qarınları kəsildi, başları kəsildi və it başları ayaqlarının arasına soxulub. Cümədən bazara qədər hava cığlık səsləri ilə dolu idi. Bir yunan "90 nəfəri öldürdüm” deyə öyünürdü. Həftələrlə ac qalan türk uşaqları xarabalıqların arası ilə çarəsiz qaçarkən yunanlar tərəfindən vuruldular. Su quyuları cəsədlərlə doldurdular".
Qərb dünyasının türkləri davamlı genosid və ya soyqırım etmədlə günahlandırırkən belə dəhşətli qətliamların üstündən susqun keçirlər.
Milli birliyimizi yaşadığımız nailiyyətlər qədər birgə ağrılarımıza da borclu olduğumuzu fərqində olaraq bütün Türk dünyası birləşməlidir.
Davamlə və etibarlı Sülh naminə.

Allah Türkü qorusun!

23 sentyabr 1821-ci ildə Tripolisi ələ keçirən yunanlar 30 000 türkü qanına qəltan etmişdir 


Qeyd: Yazı  internet mənbələri əsasında hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz