» » Erməni vəhşilikləri “Qarabağ əsirlər və girovlar. Közərən xaç” filmində

Erməni vəhşilikləri “Qarabağ əsirlər və girovlar. Közərən xaç” filmində

Müəllif: Təsisçi от 31-03-2017, 13:30
Erməni vəhşilikləri “Qarabağ əsirlər və girovlar. Közərən xaç” filmində

Martın 31-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "Qarabağ əsirlər və girovlar. Közərən xaç” sənədli filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə 31 mart soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mətbuat Şurasının sifarişi ilə hazırlanan sənədli filmin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, müəllifi əməkdar jurnalist Mübariz Əsgərovdur. Filmdə 1918-ci il martın 31-də ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı bütün incəlikləri ilə öz əksini tapıb. Filmin çəkilişində konkret sənədlərdən, faktlardan, arxiv materiallarından istifadə edilib, şahid ifadələrinə yer verilib.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, "böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçiriblər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini də əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılaraq yerlə-yeksan edilib, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaradıb, özlərinin qəsbkar torpaq iddialarını pərdələyiblər.
Sonra film nümayiş olunub. Filmdə erməni vəhşilikləri barədə danışan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, keçən əsrin əvvəllərində, 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə və 1988-ci ildən başlayaraq ermənilər Azərbaycan xalqına qarşı qanlı, vəhşi qətllər törədiblər. İnsanı əzalarından məhrum etmək, onlara qarşı qorxuducu və vəhşət gətirici hadisələr törətmək ermənilərin xislətidir. Çox təəssüf ki, xristian dünyasında hələ də erməni xalqını yaxşı tanımırlar. Azərbaycan xalqının tolerant ruhunun, xarakterinin göstəricilərindən biri də ondan ibarətdir ki, iki yüz ildən artıq bir müddətdə ermənilərin Azərbaycan xalqının başına olmazın müsibətlər gətirməsinə, vəhşiliklər törətməsinə baxmayaraq, biz həmişə erməni xalqına hörmətlə yanaşmışıq. Bunun nəticəsidir ki, Azərbaycanda 30 mindən artıq erməni yaşayır. Bu, Azərbaycan xalqının tolerant ruhundan, tolerant adət-ənənəsindən, tolerant xarakterindən irəli gəlir.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov, YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digərləri filimlə bağlı təəssüratlarını bölüşüb, bu ekran əsərinin beynəlxalq informasiya məkanlarında nümayiş olunmasının vacibliyini vurğulayıblar. Qeyd edilib ki, film Ermənistanın
Azərbaycan xalqına qarşı törətdiyi soyqırımının bütün dünyada tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir.

Erməni vəhşilikləri “Qarabağ əsirlər və girovlar. Közərən xaç” filmində

Mənbə:http://azertag.az/xeber/1046949

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz