» » » Körpələrdə və uşaqlarda üşümə

Körpələrdə və uşaqlarda üşümə

Körpələrdə və uşaqlarda üşümə

Havaların soyuması valideynləri narahat edən qayğıların birincididir. "Uşağım, görəsən, üşümür ki, onları çölə buraxmayımmı,  bir az təmiz havadan məhrum etməməliyəmsə, bəs  nə geyindirim, necə geyindirim",- deyə onlar həmişə nigarançılıq keçirirlər.

Axı hərəkətlərini məhdudlaşmayan isti mövsüm  paltarlarından sonra qalın paltarlar geymək məcburiyyətində qalan uşaqlar üst-üstə bir çox paltar geyinəndə hərəkət etməyə  çətinlik çəkirlər. Şlyapa, şal, beret, əlcək, gödəkçə, kürk, qalın qazaxlar uşaqların sevmədiyi və boğulduğu geyim və aksessuarıdır.
Uşaqlar hələ piy qatlarının əmələ gəlməməsi səbəbindən qorumağa möhtacdırlar. Bu səbəbdən ailələrin uşaqları üçün narahatçılıq keçirməsi çox normaldır. Valideynlər övlandlarını ən yaxşı geyindirdikləri halda da  yenə "görəsən, körpəmiz üşümür",- deyə düşünürlər. Burnu və barmaqlarına soyuq olanda,  adətən, dərilərinin  rəngləri dəyişsə də,  əslində,  onlar üşüyü kimi də qəbul edilməməlidir ola. Bunu anlamaq üçün sadə bir yol vardır. Bir istilikölçənləuşağın qoltuğında   temperaturunun ölçülməsi lazımdır.

Körpələrdə və uşaqlarda üşümə

Əgər uşağınızın bədən temperaturu 36 və 37,2 dərəcə arasında isə bu normaldır və dərinin qızarmasından, göyərməsindən  narahat olmağa əsas yoxdur. Əgər 36 dərəcədən aşağıdırsa, bir qatörtülməlidir. Əgər yüksək isə daha nazik paltarlar geyindirilməsi və yerləşdiyi mühitin temperaturunun nəzarət edilməsi lazımdır.
Yeni doğulan körpələrdə isə vəziyyət daha həssasdır. Tərkibləri çox zəif olan uşaqların çölə çıxararkən külək və soyuq havadan qorunmaları lazımdır. Bunun üçün sadə bir rüzgarlık və adyal istifadə edilə bilər.

Uşaqlar evdə necə geyindirməlidir

Körpələr və uşaqlar çox isti sevmirlər. İlk üç ayın içərisində olan körpələrin soyutma vəziləri işləmədiyindən onları soyuqdan və istidən narahat olurlar. Uşaqların və körpələrin metabolizmi böyüklərdən sürətli çalışdığından yatarkən üstlərini örtmək lazımdır. Qışda pambıqlı bir pijama və corab geyindirilərək körpələrin rahat və sağlam bir yuxu prosesi yaşamaları təmin edilir.

Körpələrdə və uşaqlarda üşümə

Uşaqların qat-qat geyindirilməsi doğrudurmu?

Məlum olanın əksinə, uşaqların dəfələrlə geyindirilməsi düzgün deyil. Uşaqlar qat- qat geyindirəndə tərləyə və daha tez xəstə ola  bilər. Bu səbəbdən uşaqların və körpələrin qat qat geyindirilməsi yox, düzgün geyindirilməsi şərtdir.

Uşaqların geyimləri seçilərkən parça quruluşuna diqqət etmək lazımdır. Xüsusilə qışda pambıqlı paltarlara üstünlük verilməsi lazımdır. 
Tək parçadan qalın bir paltarın əksinə, incə paltarların üst-üstə geyindirilməsi daha doğrudur. Ancaq bu qat-qat bir sürü paltarın geyindirilməsi demək deyil. Əlbəttə, uşağın yerləşdiyi mühitin temperaturu vacibdir.

Uşaqlar çöldə necə geyindməlidir?

Uşaqlar çölə çıxararkən evdə geyindiklərinə əlavə olaraq yağış və soyuq keçirməyən  qatranlanmış və ya kombinezon geyinirlər. Tərləmələrə və üşüməsinlər mane olacaq geyimlər seçilməlidir. Uşağın üşütməsi nə qədər xəstəliyə səbəb olacaqsa,  tərləməsi xəstələnməsinə səbəb olacaqdır. QBu zaman, qeyd etdiyimiz kimi, tək parçadaan olan  qalın bir paltar əvəzinə,  nazik, amma üst-üstə iki və ya üç hissənin geyindirilməsi daha doğrudur.

Körpələrdə və uşaqlarda üşümə

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz