» » » Uşağın zamanında danışması (I yazı)

Uşağın zamanında danışması (I yazı)


Uşağın zamanında danışması (I yazı)  

Danışma və dil inkişafı ünsiyyət və ictimai həyatın ən əhəmiyyətli elementidir.

Uşaq ilk doğulduğu gündən bəri davamlı olaraq psixoloji inkişaf müddəti içərisindədir. Dil inkişafı da müəyyən ölçüdə doğumdan etibarən inkişafa başlayır. Ən ideal olanı budur ki, uşaq vaxtında yaşına uyğun danışma bacarığına qovuşub və bu istiqamətdə inkişaf mərhələsində heç bir çətinlik meydana gəlməmişdir. Uşağın zamanında danışması, ətrafdakılarla əlaqələrinin və inkişafının normal olması, zəka və öyrənmə tutumunun normal səviyyəyə gəlməsi bütün inkişaf mərhələlərinin nizamlı olması və lazım olan inkişaf dövrlərinə çatması üçün lazımlıdır. Danışma bu qədər əhəmiyyətli olduğuna görə danışmanın zamanı və bunu müsbət və mənfi istiqamətdə təsir edən faktorları nəzərdən keçirək.

Ümumiyyətlə, bütün uşaqların danışması və dil inkişafının olması üçün struktur olaraq sinir sistemi, sinir sistemi ilə dil əzələləri arası yollar, ağız -damaq -dodaq -diş quruluşunun doğuşdan normal olması lazımdır. Bunlardakı hər hansı bir anadangəlmə çətinlik və əskiklik və ya sonradan meydana gələ biləcək pozuqluq olarsa, uşağın danışmasını mənfi istiqamətdə təsir edəcək.

Belə xəstəlikləri tək- tək saymaq olduqca geniş olduğundan, müəyyən məsələlərə münasibət bildirilir, izah və tövsiyə olunur.

Uşaqlar, ümumiyyətlə, ilk altı ayında yavaş-yavaş hecalar çıxmağa başlayır (a- na, a-ta, ba- ba, nə-nəvə s), 12 aydan etibarən isə sözləri tam deməyə başlayır (ana, baba, nənə, dədə və s). 18 aydan etibarən də cümlə qurmağa başlayır (ana gəl, ata ver və s). Bu inkişaf dövrlərinin göstəricilərindən geridə qalan uşaqların, ümumiyyətlə, danışma cəhətdən araşdırılması tələb olunur. Çünki gözdən qaçırılacaq bir vəziyyət uşağın ünsiyyət probleminə, ikincisi isə normal zəka inkişafına, eləcə də ictimai inkişafına pis istiqamətdə təsir edəcək. Bu vaxt bəzi uşaqlar heç bir problemi (anatomik və psixiatrik) olmadığı halda, gec danışırlar. Odur ki, ana- atalara tövsiyə olunur ki, müəyyən bir dövr gözlənildikdən sonra hələ danışmayan uşaqları üçün mütləq həkimə müraciət etsin.

Eşitmə problemi olan uşaqlar xarici dünyadan heç bir səs eşitmədikləri və xəbərdar edən nəsə olmdığı üçün onlarda da danışma problemi ciddi bir şəkildə olacaq. Uşağın danışma mexanizminin və qabiliyyətinin inkişafı üçün xarici dünyadan səs olaraq xəbərdarlıq alması, bunları qəbul etməsi, şərh, ayırd etməsi və bunun nəticəsində ona bənzər səsləri çıxartması müddəti lazımlıdır. Buna görə də danışmayan uşaqlarda eşitmə istiqamətinin araşdırılması uyğun olar, xüsusilə tez olaraq orta qulaq infeksiyası keçirən uşaq üçün diqqətli olmaq lazımdır.


Uşağın zamanında danışması (I yazı)

Danışmaya mənfi təsir edəcək digər bir vəziyyət isə uşağın görmə problemi olmasıdır. Bu vəziyyət eşitmə problemi qədər problemə gətirib çıxarmasa da, uşağın ətrafında baş verənləri görməsi, obyektləri tanıması, adlarını öyrənməsi, digər uşaqlara uyğunlaşma təmin etməsi baxımından problem ola bilir.  

Bir digər səbəb isə öz təbii halında olan uşaqlada, nitq ləngimələri və ünsiyyət problemləri ola bilməkdədir. Uşağın doğulduğu andan etibarən insanlar arasında olması, onunla danışılması, sevilməsi, oyun oynanması və s. onun danışmasını sürətləndirəcək. Amma bunun əksi olaraq ətrafında çox insan tapa bilməyən, öz sakit halında qalan uşaqlarda bu inkişaf geri qalır.

Yuxarıda bəhs edilən problemə paralel olaraq xüsusilə 0-3 yaşda izlənilən TV yə (saatlarla musiqi, reklam izləme) bağlı olaraq uşaqlarda xarici dünyadan qopma, öz halında olma meyili, insanlardan və onlarla olan əlaqələrdən uzaqlaşma, obyektlər ilə daha çox maraqlanma, danışmama , yaşıdları ilə məşğul olmamaq, səslənincə baxmama və s bu kimi psixiatrik hallar yarana bilər. Bu səbəbdən də uşaqların danışması hər zaman geriləyə bilər.

Bu kritik həyat mərhələsində (0-4 yaş) çox TV izləməkdən uzaq tutulmaları doğrudur.

Ayrıca geriliklər, xroniki depressiya, uşaqlıq çağı kimi bir çox xəstəlikdə , eləcə də mərkəzi sinir sistemi ilə bağlı xəstəliklər səbəbindən də danışma problemləri yaşanmaqdadır.

Yuxarıda bəhs edilən xəstəliklər və fiziki problemlər həkim müayinə və müalicəsi ilə aradan qaldırıldıqdan sonra uşağın danışma və ünsiyyəti istiqamətində inkişafı sürətləndirmək üçün bunlar da tövsiyə olunur:

 

Uşağın zamanında danışması (I yazı)  

1- Uşağa sevgi və dinclik dolu bir ailə mühiti hazırlamaq

2- Uşaq ilə maraqlanmaq və sevildiyini hiss etdirmək

3- Uşağın fiziki ehtiyaclarına (yemək, yuxu, qoruma və s) cavab vermək

4- Uşaq ilə yaşı nə olursa -olsun, tez-tez danışmağa cəhd etmək

5- Onunla yaşına uyğun bir şəkildə oyun oynamaq

6- Uşaq ilə birlikdə vaxt keçirmək

7- Onun balanslı və nümunəvi qidalanmasını təmin etmək

8- Onun özbaşına qalmasına icazə verməmək

9- Mümkün olduqca yaşıdları ilə birlikdə oyun oynamasını təmin etmək

10- İnsanlara ünsiyyətdə olmasına səy etmək

11- Ona hekayə, nağıl izah etmək, layla söyləmək

12- Onun sizə göndərdiyi danışma və səs mesajlarına cavab vermək

13- Bir obyekti əlinə aldığında onun ilə əlaqədar ona bir şeylər izah etmək (uşaq 3- 4 aylıq bir körpə olsa belə)

14- TV qarşısında çox uzun müddət qalmasını maneə olmaq(0-4 yaş)

15- Onun ilə danışarkən səs tonunu yaxşı nizamlamaq

16- Onun işarə ilə göstərdiyi istəkləri onunla danışaraq istiqamətləndirmək, izah etməsini təmin etmək (yaşına uyğun olaraq)

17- Onun fikirlərinə dəyər vermək, onun ilə tez-tez dərdləşmək (yaşına uyğun olaraq)

18- Onun özünə etibarını artırmaq

19- Onun tez-tez ictimai mühitlərdə olmasını təmin etmək

20- Çoxluq içində onun danışmasını təşviq etmək

21- O, danışdığında onu cəsarətləndirmək, buna təşviq etmək

22- Onun yaşına uyğun bir təhsil almasını təmin etmək

23- Gündəlik müəyyən bir zaman ayıraraq onun ilə şəkillər üzərində bol- bol danışmaq

24- Ondan yaşına uyğun olaraq hekayə, nağıl izah etməsini istəmək 

25- Danışma çətinlikləri hiss olunarsa, onun diqqətini danışma çətinlikləri üzərinə çəkməmək

 

Uşağın zamanında danışması (I yazı)

                                                                                                          Türkcədən tərcümə 

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz