» » » “Doşab almışam, bal çıxıb eyyyy....”

“Doşab almışam, bal çıxıb eyyyy....”



Ailə münasibətlərində təzə gəlin üçün yeni evdə hər məsələ söz-söhbət yarada bilir: yemək-içmək, yatmaq-durmaq, əyləşmək, gülmək-danışmaq, geyinmək, bəzənmək və s. Bunlar gəlin tərəfinin ailəsində də, oğlan tərəfinin ailəsində də var. Gəlin özü ilə yeni öcağa elə fərli cəhət gətirməyib ki, oğlan evində bunu ilk dəfə görürlər. Bəs nədən xırda söhbətlər, umu-ksülər başlayır, getdikcə dərinləşir: gəlin-qayınana münasibətləri heç isinmir ki-isinmir.
Məsələn, götürək elə yuxu-yatmaq qayğılarını. Olsun ki, fərqli-fərqli rayonlarda, lap eyni regionun müxtəlif kəndlərində müxtəlif də toy adət-ənənələri, gəlin üçün məqbul hesab edilən-edilməyən hallar var.
Bir şey var ki, bizim ailə münasibətləri dünyanın istənilən ölkəsində olan ailə münaibətlərindən  hər zaman üstün olub və indi də üstündür. Doğrudur, mənəviyyatımıza son illər bir az eybəcər meyillər də daxil olub, amma ümid edirik ki, bu, keçid prosesi ilə bağlıdır, gec-tez biz dədə-babalarılmızın illərlə qurub-yaratdıqları ailə-əxlaq nizamına  yenidən qayıdacağıq. Mən hər zaman  yazılarımda toxunmuşam: seriallardakı həyat tərzinin illüziyasıdır. Əsl sevgi yaçanmalıdır, nümayiş etdirilməli yox.
Mən inanmıram ki, Azərbaycan kişisi seriallardakı kimi ailə həyatını, qadını qəbul edə bilsin?
"Qadınlar, əgər Sizi üç kişi sevirsə biri mənəm.İki kişi sevirsə, yenə biri mənəm.Əgər bir kişi sevirsə, o da mənəm. Sabah Sizi heç kim sevməsə, onda bilin ki, Rəsul Həmzətov yoxdur."

 

“Doşab almışam, bal çıxıb eyyyy....”

Bunu məşhur R.Həmzətov yazıb. Böyük əksəriyyət də özünü Rəsul Həmzətov kimi düşünür, sanır, eləcə də mən. Fəqət, sevgi, ailə münasibətlərində müəyyən hədləri mütləq gözləmək lazımdır. Bu yolu keçmiş böyük bir nəslin sevgi-qadın fəsəfəsində heç vaxt indiki düşüncə tərzi olmayıb. Hara baxırsan , nə reklam edirlər, qadınla bağlayırlar. Hansı saytı açırsan (xarici saytlar lap biabırçılıq), "ulduzılar”ı, modelləri yayımlayırlar.
Amma dədə-babalarımız qadın adını, ailə şərəfini, qüruru, ədəb-ərkanı göz bəbəkləri imi qoruyublar, çörək kimi qoruyublar.
"Kişi” sözünün etimologiyası qadın cinsinin əksi deməkdir. Amma zaman-zaman yəyat yaşantıları ilə bu sözün cövhərinə yeni siqlət əlavə olunub: sözübütöv adama "kişi” dedikləri kimi, nümunəvi, hım də ciddi ailəsi olan şəxslərə də "əsl kişidir” deyiblər.
Bunun niyəsini başa düşmək, üçün akademiya qurtarmaq lazım deyil.
Biz istər öz evimizdə, istərsə də qonaq getdiyimiz digər yerlərdə görmüşük ki, gəlin sübh tezdən hamıdan əvvəl oyanar, həyət-bacanı süpürər, inəkləri sağar, yemək bişirərdi. Ər qalxanda görər ki, samovar stolun üstündə paqqapaq qaynayır, ailə başçısının yolunu gözləyir.
Amma yer də var ki, orada deyirlər ki, gəin gələndə onu qoruyarlar 1 uşaq olana kimi. Səhər öz xoşuna nə vaxt oyanar-oyanar da , məsələn, saat 9-da, 10-da. Bu, o vaxtdır ki, işə gedənlər artıq gedib, evdə qalanlar da artıqçoxdan yemiş olurlar.

 

“Doşab almışam, bal çıxıb eyyyy....”

 

Onda bu evə gəlin nəyə lazım imiş ki… Onda bu gəlin öz atasının şad-xürrəm yaşamasını qoyub, gəlib yeni evin nizamını niyə dəyişdirirdi ki?
"Dədə Qorqud” dastanında belə epizod var: Qanturalı atasına deyir:
"Baba, mən bir qız al ver ki, yerimdən durmadan ol durmuş ola. Mən qaraqoç atıma minmədən ol minmiş ola. Mən qanlı kafir elinə varmadan ol varmış, mənə baş gətirmiş ola”.
Bunlar şahzadə idilər, olsun ki, qulluqçuları olub. Lap qulluqçuları olsa da, o da qadındır. Dastandan sitat gətirdiyimiz tərbiyəvi, əxlaqi arzular isə bir nəfərə deyil, bütün xalqa aid edilir. O vaxt da, bu gün də ailə gərək zəhməkeş olsun, çalışsın ki, dolanışıqlarını təmin edə bilsin.
Bir ailə azından 5-6, bəzə 8-10 uşaq olurdu. Buna "külfət” deyirdilər. Ana yatıb qalsa ki, "mən zərif məxluqam, saat 10-da kefim istəyəndə duracağam”, bəs bu tifillər necə yaşaya bilərdi? Odur ki, ana sübh obaşdan hamıdan əvvəl durub ocağı qalamalıdır, toyuq-cücəyə dən verməli idi. Mal-qaranı rahatlayıb sağmalı idi, samovar odlayıb, südü bişirməli idi. Hələ bir vaxt tapıb bağa baş çəkməli qoz-şabalıd ağaclarının diblərini yığmalı idi. Yoxsa, proletar onu niyə alırdı ki? Alıb ki, ona kömək etsin, məslək dostu, yol yoldaşı olsun, həm də qadını…

“Doşab almışam, bal çıxıb eyyyy....”

Qadın öz əri ilə həyatını necə quracaq, necə yaşayacaq, bir-birlərinə sevgilərini necə izah edəcəklər öz işləri, amma buna qədər əməl edilməsi vacib olan xüsusatlar var: ailədə Birinci xanım Anadır, digər xanımlar bu ananın hüzurunda olduqlarını unutmamalıdrlar : ana durubsa, gəlin yatmamalıdır. Annın cadar-cadr əlini hər dəqiqə görürsən: indi sən paltar, qab-qacaq yumayasan ki, əllərin xarab olur və a əlinə əlcək geyəsən, ya da ərinə verib göndərəsən "pareçnaya”ya. Ana bunu görəcəksə, inciyəcək. Çünki sən artıq Birinci xanımın haqqına girdin. Yaşlı adamlar həssas olur, uşaq kimi. İndi sən elə etməlisən ki, ona toxunmasın.
 

“Doşab almışam, bal çıxıb eyyyy....”


“Doşab almışam, bal çıxıb eyyyy....”

Məsələn, görkəmi yaxşı olan bir əlçək də qayınanan üçün al. Deki, canım ana, sənin əllərini qoruyan olmadı. İndi mən gəlmişəm , özüm qoruyacam, özüm yuyacam. Əlini kimyəvi məhlullara vurma, mən yuyacağam. Lap yumaq istəsən də, bu əlçəyi sənə almışam. Mənə kömə edəndə bunları hökmən əlinə geyin. Və yaxud nə rəng, nə dad və s təyin etmək istəyirsən Birinci xanımdan soruş… Həm Allaha xoş getsin, həm oğluna.Belədə o oğul səni sevməyəcəksə, çoxlu eyib olsun ona.
Dünya dağılmaz ki. Bu anadan heç vaxt sonra durma. İşdən qorxma ey.. Tezdən oyanıb anan görə biləcəyi işləri gör və o da hər dəfə durub əlin atanda görsün ki, şirin gəlini edib.O da sevindiyindən qonşu arvadlara desin ki, "ağez, doşab almışam, bal çıxıb eyyyy…”

“Doşab almışam, bal çıxıb eyyyy....”

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz