» » Uşağın yatağı nə üçün ayrılmalıdır?

Uşağın yatağı nə üçün ayrılmalıdır?

Uşağın yatağı nə üçün ayrılmalıdır?

Uşaqların sağlam və fiziki inkişafı ilə yanaşı, gələcək həyata hazırlanması, mənəvi baxımdan əsl insan kimi böyüməsi də ailənin, valideynlərin qarşısında duran aktual məsələlərdən biridir. Məsələn, deyək ki, uşa həyatının bütün mərhələləri, dövrləri uşağın həyatında elə iz salır ki, ömrü boyu onu tərk etmir. Odur ki, əşi, bu, uşaqdır, o, elə şeyləri nə qanır, böyüdükcə unudacaq və s. kimi laqeyd cavablar verməməli, əksinə, bunların hər birinə həssaslıqla yanaşmaq lazımdır. Elə götürək uşağa yataq otağının ayrılması və valideynləri ilə birlikdə yatması halına münasibətdən. Psixoloqlar qətiliklə bildirirlər ki, bu, nəinki doğrudur, həm də çox zəruridir.
Onların fikrincə, uşaqların öz otaqlarında uymaları onların inkişafları baxımından olduqca əhəmiyyətlidir. Ana -ataların bu mövzudakı ən əhəmiyyətli mövqeləri isə körpələrinin otağının nə üçün və nə zaman ayrılması lazım olduğu bilmələridir.
Ana və ataların "onlarla bir yatarkən körpələrinə bir şey olurmu?”, körpələri əgər ayrı otaqda yatarsa və gecənin bir vaxtı ”ağlarsa, onu duya bilərlərmi?” kimi qayğıları var. Buna görə də, ümumiyyətlə, valideynlər körpələrinin beşiyini ilk olaraq öz otaqlarına qoyurlar ki, narahatşılıq olsa, uşaq ağlasa, dərhal duyuq düşsünlər. Onların fikrincə, belədə həm ana- atanı rahat olur, həm də körpənin ehtiyaclarının tam qarşılanmasında təsirli olur.

Uşağın yatağı nə üçün ayrılmalıdır?

Bəs körpənin yataq otağından nə vaxt ayırmaq lazımdır? Bu məsələ bağlı fikirlər müxtəlifdir.
Körpə ilk 6 ayda yalnız ana südü ilə bəslənir və 6 aydan etibarən ana südü ilə birlikdə əlavə qida alırsa, 12 aydan etibarən otaq ayrıla bilər. Körpə ana südü etmirsə belə, 3 aylığından etibarən otaq ayrılmasının bir qorxusu yoxdur. Amma alt sərhəd olaraq bu addımın 12 aydan sonra atılması daha doğru olardı.
Uşağın qidalanması və psixoloji inkişafı baxımından ilk 1 il çox əhəmiyyətlidir. Ehtiyacları vaxtında və ardıcıl bir şəkildə qarşılanan körpədə özünə və xarici dünyaya bağlı müsbət bir fikir formalaşmağa başlayır. Yəni bu dövrdə körpənin ana və ata ilə eyni otaqda yatması,onların varlığı və sevgisini yaxından hiss etməsi, ehtiyaclarının sürətli bir şəkildə aradan qaldırılması körpənin təməl güvən duyğusunun inkişafına çox mühüm töhfə verir. Körpələrin otaqlarının ayrılmasında üst sərhəd isə 2-3 yaş ətraflarında olmalıdır.

Uşağın yatağı nə üçün ayrılmalıdır?

Bəzən körpələri nəinki ayrı yataq otağına köçürürlər, hətta , valideynlər öz yataqlarında yatdırırlar. Körpələrin valideynlərlə bir yataq da yatırılması ölümlərə belə səbəb ola bilir.
Statistik göstəricilərə görə hər il iki yaşa qədər olan uşaqlar arasında təxminən 60 körpə bu səbəbdən həyatını itirir. Buna görə də ən azından, valideynlər körpəni öz otaqlarında yatdırırlarsa, onları öz beşiyinə yatırtmağa diqqət etməlidir. Unudulmamalıdır ki, körpələr doğulduqdan sonrakı ilk günlərdə belə öz beşiklerinde yata bilər. Körpə öz beşiyinə kürək üstü yatırılmalı, yataqları sərt olmalı; yatağında yastıq və bənzəri yumşaq obyektlər olmamalıdır: çarpayının barmaqlıqları çox geniş olmamalıdır; yatağa yatdığında ayaqları yatağın sonuna gəlməlidir.

Uşağın yatağı nə üçün ayrılmalıdır?

Ana və ata uşağın otağını müəyyən etmək vaxtı gələndə öz qərarlarında
səmimi, qərarlı və tutarlı olmalıdırlar. Beləcə, uşaqların onlar üçün ayrılmış otaqlarında özbaşlarına yatma vərdişini qazanmaları daha rahat olacaq. Uşağın yaşına bağlı olaraq uşağa öz otağı və öz yatağının olduğu qərarlı bir şəkildə izah edilməlidir. Uşağın yuxuya hazırlanmasına dair ailə öz nizamını yarada bilər. Burada ən sıx qarşılaşılan problem uşağın ya ən başdan yatağına yatmaq istəməməsi, ya da yatdıqdan bir müddət sonra ağlayıb ana- atasının yanına gəlməsidir. Belə bir vəziyyət yaşandığında uşağa istər özünün, istər valideynlərinin istirahət etmələri anladılmalı, təkrar otağına götürülməli və lazım olsa, yuxuya dalana qədər yanında qalınmalıdır. Əgər qorxduğundan israr edirsə, uşağın sarılaraq yata biləcəyi sevimli bir oyuncaq da köməkçi ola bilər. Əgər uşaq qaranlıqdan qorxduğunu söyləyirsə, yenə sevimli bir gecə lampası və ya koridorda bir işığın açıq buraxılması da rahatlaşdırıcı ola bilər.
Bir daha ağlar və yanlarına gəlirsə, ana və ata eyni qaydanı davam etdirməlidir. Günlər irəlilədikcə yanında qalma müddəti azaldılmalıdır. Bu müddətdə ana və atanın səbirli olması, uşaq hər ağladığında ya da yanlarına gəldikdə təkrar ana və atayla yatmasına icazə verilməməlidir.

Uşağın yatağı nə üçün ayrılmalıdır? 

Uşağın öz otağında və öz yatağında yatması fərdi inkişafı üçün çox əhəmiyyətlidir. Uşağın gələcək yaşlarda da ana atası ilə eyni otaqda qalması onun öz otağına sahib olmasının qatdığı ayırma, özünəinam, fərdilik kimi qazanamlar və məsuliyyət duyğusundan məhrum olmasına səbəb olacaq. Eyni zamanda ana və atayla yatmağa davam etmək, uşaqda yuxu problemlərinə və nizamsızlıqlara səbəb olacaq, Bəzi hallarda valideynlər ayrı otaqlarda yatmaq vəziyyətində qalacaq, bu da yoldaşların xüsusi həyatlarına mənfi təsir edəcək.
Əgər uşağın öz otağında yatmaq yerinə ana-atasıyla yatmaq istəməsinin altında bir stress qaynağı varsa, bunu anlamaq və müdaxilə etmək lazımdır. Əks halda, otaqları ayırma səyləri da nəticə verməyəcək, uşaq üçün daha travmatik olacaq. Məsələn, yalnız qalmaq istəməmə, müxtəlif həyat hadisələri (zəlzələ, qəzalar, xəstəlik, boşanma, tez ana ata müzakirələri, yeni bir qardaşın doğulması ya da doğulacaq olması, bağçaya başlama və s.), qorxu, etibarda hiss etmə ehtiyacı, tualet ehtiyacından qorxma kimi səbəblər uşağın ana- atasıyla uyğunlaşmaya istəyinin səbəbləri ola bilər. Əgər belə bir vəziyyət varsa, əvvəl bu vəziyyətin uşağa yaşatdığı qayğılar aradan qaldırılmalıdır, sonra uşaq yenidənöz otağında yatmağa alışdırılmalıdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz