» » “Bəri gəlgil, başım baxtı, evim taxtı...”

“Bəri gəlgil, başım baxtı, evim taxtı...”



Evinə gələn Dirsə xan xatununu çağırıb söylər: 

Bəri gəlgil, başım baxtı, evim taxtı,
Evdən çıxıb yürüyəndə səlvi boylum!
Topuğunda sarmaşanda qara saçlım!

"Yuvanı quran ana quşdur" aforizmi bir el hikmətidir və çox doğrudur. Ailə problemləri ilə məşğul olan mütəxəssislər isə deyirlər ki, bu, ortaq işdir, birlikdə edilməlidir. Hər iki fikir fərqli-fərqli kontekslərdə doğrudur. Burada ayrı-ayrılıqda nə kişinin, nə də qadının əleyhinə heç bir münasibət düşünülməmişdir. Hər fikir öz məqamında doğrudur.
Əslində, necədir? Əgər kişi ona məxsus enerjisinin yüzdə 10-nunu evin içinə sərf edə bilsə, o ailədə daha xoşbəxt bir evlilik ola bilər.

“Bəri gəlgil, başım baxtı, evim taxtı...”
Kişilərsə, əksəriyyətlə çöldə-bayırda işlədiklərindən heç də evin, ailənin qayğılarına tam istiqamətlənə bilmirlər. Mütəxəssislərin fikrincə, kişi, işdə o qədər çox yorulur ki, evə qayıdanda artıq ailə məkanı üçün normal enerjisi qalmır. Və yaxud ər evə qayıdanda evdə onu gün axşama kimi ev işlərində heydən düşmüş bir "kəniz” qarşılayır: yorulub əldən düşmüş, saçları pırtlaşıq, 3 metrdən soğan iyi gələn həyat yoldaşı.
Kişi hansı qayğıları daşıyırsa-daşısın, qadın hansı qayğıları daşıyırsa-daşısın, bunlardan imtina edə bilməz: ailəni ər dolandırmalıdır, odu-ocağı da qadın qorumalıdır. Yəni bunlar yazılmış-yazılmamış qanunlara görə qurduqları ailəni hər şeyə rəğmən qoruyub yaşatmağa müvəkkildirlər.
Sadəcə, birlikdə olmaq, problemin üstünə də birlikdə getmək lazımdır. Onlar özlərinə lazım olan səadəti elə bu çətinliklərin arasında qura bisələr, ondan sonra problemlər yavaş-yavaş özləri geri çəkiləcək.
Həyat göstərir ki, evlilik əlaqələrində laqeydlik, yanlış yanaşmalar ucbatından yaşanan böhranların öhdəsindən heç də hər zaman gəlmək mümkün olmur.

“Bəri gəlgil, başım baxtı, evim taxtı...”

"Kişi qismini boş buraxmamaq lazımdır" ,- deyən qadınlar, hətta, onları "tikan üstündə tutmaq" lazımdır deyirlər.Bu, doğru bir yanaşmamı?
Belə vəziyyətlərdə evli cütlərin çoxu qarşısındakını dəyişdirməyə çalışır, amma müvəffəqiyyətli ola bilmirlər. Halbuki, özünü dəyişdirmək ən qısa və təsirli yoldur.
Kişilər, adətən, hər şeyə qadınları, qadınlar da kişiləri bais bilirlər. Bütün qadınlar günahsızdır, fəqət, kişilər onları aldadır deyə bir şey yox və yaxud əksinə, bütün günahlar qadındalardadır, kişilərin ətəyində namaz qılmaq olar demək də birtərəfli yanaşmadır. Kişinin sevildiyini, dəyər verildiyini, istəndiyini hiss etməsi çox əhəmiyyətlidir. Eləcə də qadının. Bir kişinin ailə özəlliklərində uma bilmək haqqı qadın da eynidir. Əgər kişi ailədə büsbütün özünü tapırsa, əlbəttə, evi çox istəkli edən səbəb də elə istəkli bir qadındır. Onda kişinin çöldə "ilişib qalması" olmayacaq, ya da çox az olacaq. Ən isti yuva, maraqlı, şirin ünsiyyət məkanı özünüzün nəfəsi ilə qızınan otaqlarınızdır.
Söz-söhbətsiz evlilik yoxdur. Evliliklərinin çox yaxşı olduğunu söyləyən cütlərin belə, yüzdə 60-nın problemi var. Sadəcə, qarşılıqlı etimad və güzəşt lazımdır. Sevgini də bunlara qatırsan, elə bil heç nə olmayıbmış ki.
Evlilikdə bəzən cütlərdən birinin digərini daşıması da lazımdır. Məşhur multfilmdə deyildiyi kimi : "Ребята, давайте жить дружно” .
Bir insan ömrü nə qədər uzun ki, onun da yarısını küsməklə, nifrətlə keçirsinlər?! Olmazmı ki, bu sevgi qatarı 100 ton səmimiyyət, sevgi, etimad, təbəssüm, romantik, ehtiras, güzəşt, hörmət daşımaq gücündədirsə, qayda bunda pozulsun, 100 yox, 105 ton daşınsın?!
Heç mümkün olan edilmir. Sevənə kimi, ailənə kimi çox şeylər vəd edilir: göy yerə endirilir, yer göyə qaldırılır, amma evlənəndən, məqsudinə çatandan sonra

“Bəri gəlgil, başım baxtı, evim taxtı...”

Heç olmasa, bacara bildiyini etmirlər. Amma qəlb qırmalar, şiddət, gözyaşları gendən-günə keçdikcə artır.
Şiddət, evliliyə çox ciddi zərər verir. Ağır sözlər, lazımsız iradlar, təhqirlər , hər şeyə mənfi baxımdan yanaşmalar sevənləri uçuruma daha yaxınlaşdırır. Keçmişdə yaşanan şeylərin köhnə mitil kimi davamlı olaraq gündəmə gətirilməsi yanlış, kğkündən yanlış. Həmişə keçmişdəki çuxurlara baxmağa ayrılsanız, önümüzdəki çuxurları görməz və hər addım da çuxura düşərsiniz ki. Odur ki, evli tərəflər ürəklərindən, evlərindən sevgini azalmağa qoymamalıdırlar. Növbələşib yatmaq, sevginin keşiyini çəkmək, evdən, qəlbdən buraxmamaq lazımdır onu.
Müraciət və fikirlərimizi daha müsbət bir dillə istifadə edə bilərik. Məsələn, nə gözəl, demək: "Əzizim, bəs bu yaxınlarda sənə aldığım mavi bluz (bədənin üst hissəsinə geyilən, ümumiyyətlə, incə parçadan edilən və ya iplikdən hörülən qadın geyimi)hanı, o sənə çox yaraşır?! Onu geyinsən, necə gözəl olar. Belə müraciət etsəniz, bu, daha incə və məmnunluq bəxş edən bir ifadə olar.
Cütlərin əlaqələrində nəyi bir-birlərinə necə söylədiklərindən çox çey asılıdır. Bir mühitdə, ünsiyyətdə bir şeyi dəyişdirmək istəyirsinizsə, əvvəl özünüzdən başlayın. Çin atalar sözü var: "Dünyanı dəyişdirmək istəyirsənsə, əvvəl özündən başla."
Cütlər həmişə öz qarşısındakını dəyişdirmək istəyir, amma bu çox çətin. Özünüzü dəyişdirmək daha qısa və təsirli bir yoldur. Qaraürək olmayın, şübhələri yaxına buraxmayın. Keçmişlə deyil, bugününüzlə yaşayın, bugününüzü xatirəyə çevirin.
Hər düşünülməmiş söhbət özü qısqanclıq səbəbi ola bilər. Cütlərdən birinin, məsələn, ər qadınının yanında hansısa özgə bir xanımı tərifləsin ki, çox gözəldir və yaxud qadın hansısa bir rəfiqəsinin ərini tərifləsin . Təbii ki, hər ikisi eynimahiyyətlidir. Hər iki vəziyyətdə qadın da, kişi də eyni qınaq hədəfidir.

“Bəri gəlgil, başım baxtı, evim taxtı...”

Ürəkdən istərdim ki, nə qadın, nə kişi bu cür münasibət və yanaşmalarla bir-birlərinin qəlbini qırmasınlar. Ağlıma sığışdıra bilmirəm və bu yaşıma qədər də belə hal bilmirəm ki, hansısa bir qadın özgə bir kişini tərifləsin və yaxud əksinə, hansısa bir kişi öz qadının üzünə desin ki, filənkəs daha gözəldir. Ürəyə gəlsə də, dilinə gəlməyib, gələ də bilməz. Olsun ki, kişi ailə yaşantılarının bir axarında "filəkəsin bəxtəvər başına belə xanımı var, belə xanımın qayğısını kim çəkməz” kimi sözlər deyib, buna haqq qazandırmıram, amma belə deyibsə, qadın ailə özəlliklərinin mayasına bir çimdik qədər şirinlik qatmalıdır. Qadın bu məqamı dəyərləndirməyi bacarmalı, psixoloq olmalıdır. Kişilər belədir də, çox şey istərlər, gözlərlər, amma dilə gətirməzlər. İnsanların hər zaman ən dəruni, ən özəl sirləri dilə gətirə bilmədikləri fikirlərdə gizli qalır. Əsl ailə münaibətlərinin dadı-duzu, şirinliyi, gözəllik və səmimiyyəti, məncə, burdadır: kişi öz xanımına bəslədiyi ehtiramı, mühafizəkarlığı yad qadına çəkinmədən deyə bilir, amma dost-doğma, halallıqla, hüquqi rəsmiyyətlə öz adına olan xanımına deyə bilmir və mən öz payıma deyirəm: heç vaxt da deməyəcəyəm. Xahiş edirəm, ciddi bir şey fikirləşməyin, sadəcə, düşncəmi çatdırmaq üçün deyirəm və özümü tərəfə çevirirəm.
İfrat qısqanclıq , inamsızlıq nəzarət etməyə, əslində, "güdməyə” yol açar. Qadın da həyat yoldaşının onu qısqandığını bilir , getdikcə bu qısqanclıq ifraat dərəcəyə çatır , tərəflərin ikisi də əsəb və gərginlikdən ömürlərinin qısaldığının fərqində ola bilmirlər. Həm də belə həddə gəlib çatandan sonra yenidən ilkinliyindəki yüksək hislərə qayıtmaq çətin ki, olsun. Bu, artıq qısqanclığın patoloji halıdır. Mənim şəxsi qənaətim, ampulamda qısqanclıq var: amma bu qısqanclıq bütün gücü ilə sevgiyə, mehribanlığa xidmət edir, birlikdəliyin üstündən xətt çəkən qısqanclıq deyil.
Qadınlar zərif məxluq oldqları üçün duyğulanmağa çox meyillidirlər.Qadınlar
həssas oduqları üçün heç nə gözlərindən yayınmaz. Gördükləri, eşitdikləri heç nəyə laqeyd qala bilmirlər, odur ki, onlar həm də problemlərə daha həssas, daha dilə gətirən tərəfdir. Odur ki, heç nəyi ürəklərində saxlaya bilmirlər. Qadının bir gündə istifadə etdiyi söz sayı 20 minkən, kişininki 8 min ətrafında olur. Bilirsiniz niyə:qadının gündəlik ayrıldıqları həyat tərzi 3 deyil, 5 deyil. Qadın anadır, xanımdır, aşpazdır, dayədir, sağıcıdır, bağbandır, paltaryuyandır, müəllimdir, xəstə-qoca baxıcısıdır və sair, və ilaxır ...Qadın bunlarımedal almaq üçün etmir. Qadın bunları ərinə yaradığını, sədaqətli olduğunu təsdiqləmmək üçün edir. Kitab yazmayıh, sağlığına badə qaldırmayın, abidə yaratmayın, sadəcə, sevin, sevgisini qaytarın, enerjisini təzələyin yeniləyin, vəzifələrini ta sona kimi beləcə davam edə bilsin.
“Bəri gəlgil, başım baxtı, evim taxtı...”

Bəzən həyat bizim bildiklərimizdən, hətta özünün yazıldığı nizamdan ayrı cürə dövr edir.
Olsun ki, kişi çöldə-bayırda çox olduğundan bunları daha çox hiss edir, görür. Kişinin ətrafda gördükləri, eşitdikləri onu zahirən dəyişdirə bilər, lap fikirlərinfə də müəyyən dəyişikliklər yarada bilər. Bunda isə qadın küsməməli, inciməməli, yoldaçının düşündüklərini həssas qəbul etməlidir. Qadınların yanlış anladıqları da az deyil. Qadın məcbur edir ki, ər necə bilir elə də danışsın. Amma ər istəmir ara aşılsın, onun ailəsində belə söhbətlər edilsin. Qadın gərək mətləbdən mətləb bilə.Biz yazdıqlarımız üçün, dediklərimiz üçün məsuliyyət hiss edə bilirik.
Daha həyati müşahidələri yazası olsaq, Şahmar Ələkbərov 1989-cu ildə "Sahilsiz gecə” filmi çəkmişdi və o zanan böyük səs-küy yaranmışdı. Film müharibə dövründə əxlaqsızlığa düçar olmuş qadınlardan bəhs edirdi. Müəllifi də, aktyorları da kinostudiyanın qarşısına yığıb daş-qalaq etmək istəyirdilər. Biz Şahmar Ələkbərov deylik, amma mükafat deyil ki, daş-qalaq olmaq istəmirik. Biz sözümüzü bizi doğru, səmimi anlayacaq kəslərə deyirik.Biz həyata qara eynəklə baxmırıq. Biz Azərbaycan kişisi olmağımızla fəxr edirik Biz yanımızda Azərbaycan qadını addımlayır deyə, bir az da qürurluyuq. Bu, tamam başqa şeydir. Amma biz getdikcə yaranan narahatçılıqlarımızı ifadə edirik.
Sevgi dünyasında bir qanun var:
Sevən tərəflər bir-birlərindən sevilməyi, hörmət görməyi, dəyər verildiyini, qəbul edildiyini yaxınlığı və romantik doyumu hiss etmək istəyərlər. Bu duyğular əlaqənin sağlam sürməsini təmin edər. Əlaqədə bunlar yoxsa, psixoloji problemlər, depressiya qaçılmazdır.
Yeganə yol ömrün sonuna kimi 1-ci gün sevdiyin kimi sevməkdir. Üstündən 20-30 il keçəndən sonra belə bu sevginin üstünə ən azı gündə 1 qram əlavə
olunmalıdır. Sevgi statik qala bilmir: uçur gedir. Sevgini qorumalı, bu sevgini doldurmaq istədiyiniz ürəkləri qorumalı.

“Bəri gəlgil, başım baxtı, evim taxtı...”

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz